Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-475/2022 23.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərinin pozulmasının qanunsuz hesab edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – cavabdehin xx.xx.2021-ci il tarixli tapşırıq müqaviləsinin öhdəliklərinin pozmasının və 200 manat pulun geri tələb edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Mülki işin materiallarını nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia tələbinə məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdehlə aralarında bağlanmış tapşırıq müqaviləsi üzrə öhdəliklərin pozulmasının qanunsuz hesab edilməsi və cavabdehin ondan 200 manat pulu geri tələb etməsinin qanunsuz hesab edilməsini xahiş edir. Halbuki, məhkəmə araşdırılması zamanı tərəflər arasında olan tapşırıq müqaviləsinin pozulması və ya cavabdehin iddiaçıdan 200 manat pul vəsaiti tələb etməsi müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə olmadığından, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh qarşı – cavabdehin xx.xx.2021-ci il tarixli tapşırıq müqaviləsinin öhdəliklərinin pozmasının və 200 manat pulun geri tələb edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi tələbi barəsində iddiasına məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-475/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-475/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver