Məhkəmə qərarları › İş №2(011)-475/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-475/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-475/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Viktoronanın nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X10 nümayəndəsi və vəkili Vəkil3, X1 iştirakları ilə, İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi, mülkiyyət hüququnun tanınması, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin sahibliyə verilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X10 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi, mülkiyyət hüququnun tanınması, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, İddiaçı, 28 yanvar 2009-cu il tarixdə X6 şəxsində Cavabdeh MMC ilə 28/A saylı müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə uyğun olaraq o, Cavabdeh MMC- yə məxsus yeni inşa edilməkdə olan ünvan 1 ünvanında yerləşən 2 saylı binanın 13-cü mərtəbəsindən ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzili 81.200 (səksən bir min iki yüz) ABŞ dollarına almışdır. Həmin müqavilənin 2.1.2. və 2.1.3-cü bəndlərinə və xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmiş və onun heç bir borcu qalmamışdır. Elə həmin müqavilənin 3.2-ci bəndinə əsasən, bina 24 ay ərzində təhvil verilməli idi. Faktiki olaraq almış olduğu mənzil ona müqavilə ilə təqdim edilmiş və bildirilmişdir ki, tikinti işləri tamamlandıqdan sonra mənzilə qapı qoyulacaq və təmin işlərinin aparılmasına icazə veriləcəkdir. Amma bu yaxınlarda mənzilinə qapı qoydurmaq istədikdə məlum olmuşdur ki, mənzilə artıq başqa bir şəxs tərəfindən qapı qoyulmuşdur. Məsələnin araşdırılması ilə bağlı komendanta və MMC-nin hazırki rəhbərliyinə müraciət etsə də, oba bildirilmişdir ki, ola bilər ki, mənzil üçüncü şəxsə də satılmışdır. O, bu cavabdan özünü itirdi. Necə ola bilər ki, 11 ildir aldığı mənzil onun xəbəri olmadan başqa bir şəxsə satılmışdır. Sonradan ona məlum olmuşdur ki, bu MMC-nin fəaliyyətində bir sıra belə halların olması ilə bağlı aidiyyatı qurumlarda araşdırmalar aparılır. Göründüyü kimi Cavabdeh MMC-nin rəhbərliyi onun mənzilini başqa şəxsə satmaqla cinayət əməli törətmişdir. Dəfələrlə MMC-nin rəhbərliyi ilə danışıqlar və görüşlər aparsa da, bu heç bir nəticə verməmişdir və o, məhkəməyə müraciət etməli olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən o, mənzilin dəyərini tam olaraq ödəmişdir. Satıcı isə müqavilənin 3.2-ci bəndinə əsasən tamamlama işləri yekunlaşdırdıqdan sonra 24 ay ərzində mənzili təhvil verməli olduğu halda öz öhdəliklərinin icrasından yayınmaqdadır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilərək, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə cavabdehin öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması və ünvan 2 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin onun sahibliyinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin təmin edilərək, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, qanunsuz hərəkətlərə son qoyulması, mübahisəli mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ünvan 2 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin iddiaçının sahibliyinə (mülkiyyətinə) təhvil verilməsi və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı mənzil tələbinə dair iddiası təmin edilmiş, 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin iddiaçı yaşayış sahəsi İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6704/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X19 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, X19 ilə Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.mdən ibarət olan 2 otaqlı 51 saylı mənzili ona təhvil verməli idi. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən, cavabdeh müqavilədə göstərilən tikintiquraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq, qüsursuz və dövlət tikinti komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma va qaydalarına, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə ona təqdim etməli idi. Bunun müqabilində onun, yəni iddiaçı tərəfindən cavabdehə 64000 (altmış dörd min) manat təqdim edilməli idi. Müqavilənin 3.2-ci bəndində də cavabdeh tərəfindən bütün işlər tamamlanaraq, Alıcıya təhvil verilməsi göstərilmişdir. Sonradan tərəflər arasında 15 aprel 2016-cı il tarixdə 196 saylı Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin də 1.1-ci maddəsinə əsasən, cavabdeh tərəfindən artıq “sakin” kimi qeyd edilmiş ona 08 yanvar 2014-cü il tarixli 345 saylı alqı- satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101.5 kv.m olan 51 saylı mənzili tikinti normalarına uyğun olaraq təhvil verməli idi. Bu müqavilə üzrə artıq sakin kimi qəbul edilmiş onunla mənzildən istismar qaydalarına riayət edilməsi ilə bağlı qarşılıqlı öhdəliklər təsdiq edilmişdir. Onun tərəfindən mənzilə görə tam ödəniş həyata keçirilmişdir. Bunu təsdiq edən 08 yanvar 2014-cü il tarixli maliyyə arayışı mövcuddur. Maliyyə arayışında göstərilmişdir ki, mənzilin tam pay haqqı ödənilmiş və müqavilə üzrə hər hansı borc yoxdur. Əlavə olaraq 15 yanvar 2016-cı il tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən onun tərəfindən sayğaclara görə 1200 manat ödəniş həyata keçirilmişdir. Bildirmişdir ki, bina tam təhvil verilmiş və artıq sakinlər həmin binada yaşayırlar. Hal-hazırda bağlanmış müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən mülkiyyətinə təqdim edilməli olan əmlakdan tam sahiblik və istifadə etməsinə maneələr yaradılır və faktiki olaraq, mənzil bu günədək ona təhvil verilməmişdir. Əlavə olaraq, həmin bina tam təhvil verildiyindən, əmlakın qeydiyyatı üçün tələb olunan sənədlər də cavabdeh tərəfindən bu günədək ona təqdim edilməmişdir. Əlavə olaraq, mənzilin onun istifadəsində olmasına baxmayaraq, sonradan məlum olmuşdur ki, (məhkəmə prosesi zamanı), "xxxx" Kompani MMC ilə İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqavilə sonradan imzalanmış və etibarsız hesab edilməlidir, çünki elə müqavilə imzalandığı gündən həmin mənzilə sahiblik edərək, istifadə edirlər. Bütün kommunal xərcləri və kommunal sayğacların hamısını onlar əldə etmiş və bu günə kimi də həmin mənzilə də yalnız onlar daxil olmuşlar. İddiaçı X19 göstərilənləri nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilin ona təhvil verilməsi, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin ona təqdim edilməsi, ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 saylı mənzilinə dair yaradılmış maneələrin cavabdehə qadağa edilməsi, İddiaçı ilə "xxxx" Kompani MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, izahatında göstərmişdir ki, mübahisəli mənzilin alınması ilə bağlı danışıqları İddiaçı əri X22 "xxxx" Kompani MMC-nin direktoru X16 ilə aparmışdır və 28 yanvar 2009cu il tarixdə Cavabdeh MMC ilə iki mənzillə bağlı 28/B və 28/A saylı müqavilələr bağlamışdır. 28/B saylı müqavilə əsasında 126.080 ABŞ dolları ödənilmiş, 28/A saylı müqavilə əsasında 81200 ABŞ dolları ödəniş edilmişdir. Mənzilin biri ilə bağlı müqavilə öz adına, digərini Viktoriyanın adına tərtib edilmişdir. İddiaçının əri Tağıyev Fuad Azərbaycanın Almaniyadakı diasporanın sədr müavinidir, qardaşı Rövşən Tağıyev isə Ukraynada. Həmin vaxt Viktoriya Bakıda olmasa da, may ayında Bakıya gəldikdən sonra Viktoriya həmin müqaviləni imzalamışdır. Sonradan mənzillər təhvil verilmədiyinə görə X22 müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldırmış, həmin vaxt Cavabdeh MMC-nin direktoru işləyən X16 özü (hansı ki həmin şəxs artıq rəhmətə gedib) məhkəmə iclasına gələrək qəbzi imza etmiş və məhkəmə iclas zalında bildirmişdir ki, “narahat olmayın, evlər sizindir”.X13 mənzili təhvil verilmişdir, və həmin mənzilin dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq sənədləri onlara Cavabdeh MMC-nin direktoru X7 şəxsən vermişdir və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, çıxarış verilmişdir. Viktoriyanın mənzili ilə bağlı müqaviləsinin əsli Almaniyada qaldığı üçün onlar A.Hüseynova müqavilənin surətini təqdim etmişlər. A.Hüseynov onlardan əlavə ödəniş tələb etmiş, onlar imtina etmişdirlər. A.Hüseynov müqavilənin əslinin mövcud olmadığını düşünərək, həmin mənzili Elxan Peysaxova satmışdır. Belə ki, Cəfərov Məzahir vəfat etdikdən sonra Hüseynov Adilağa şirkətə rəhbərlik etməyə başlamış və mənzilləri başqa şəxslərə satmağa başlamışdır. 6-7 ildir Korrupsiya idarəsində istintaq gedir və tək orda Viktoriya zərərçəkən şəxs kimi tanınmamışdır. Orada təxminən 60-70 nəfər zərərçəkmiş var. O cümlədən Peysaxov 2018-ci ildə artıq zərərçəkən şəxs kimi tanınmış, bildiyinə görə Elxana 20000 manat təklif olunmuşdur. O, vaxtilə Elxanın da vəkili olmuşdur və ona demişdir ki, “sən bu məbləği qəbul etmə Korrupsiya İdarəsində iş yekunlaşandan sonra vurulmuş zərərlə bağlı müraciət edə bilərsən”. Onlar həmin ərəfədə Elxan müəllim üçün 4 dənə ev almışlar. Eyni zamanda nümayəndə Vəkil1 qarşılıqlı iddia ərizəsinə münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək, iddia müddətinin keçməsi səbəbindən qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı X10 nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia tələbini müdafiə etməklə yanaşı, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, İddiaçı iddia ərizəsində və nümayəndəsinin iddia ərizəsinə əlavəsində vurğulayırlar ki, İddiaçı məhz 28 yanvar 2009-cü il tarixdə "xxxx" MMC ilə 28/A saylı müqaviləni bağlamışdır. Təqdim edilmiş müqavilənin başlığında qeyd olunur ki, müqavilə Bakı şəhərində bağlanmışdır. Halbuki, Dövlət Sərhəd Xidmətinin məktubuna əsasən İddiaçı 20 avqust 2008-ci ildə ölkədən çıxıb yalnız 10 may 2009-cu ildə ölkəyə giriş etmişdir. Yəni mübahisəli müqaviləni İddiaçı hər halda 28 yanvar 2009-cu il tarixdə Bakı şəhərində bağlaya bilməzdi, çünki həmin zaman Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu da öz növbəsində İddiaçı müqaviləsinin etibarsız olmasına dəlalət edir. Üstəlik də, İddiaçı ilə bağlanmış müqavilənin nömrəsi məhz 28/A olması də bəzi şübhələr doğurur. Elxan Peysaxovun müqaviləsi 345 saylıdır, qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilə isə 196 saylıdır, hər hansı bir əlavə hərif ilə işarələnməmişdir, İddiaçı ilə olan müqavilənin niyə rəqəmdən sonra hərifə ehtiyac olması bəlli deyil və təbii ki, etibarsızlığına əlavə əsaslar yaradır. Əksinə, Elxan Peysaxovun mənzilin alınmasında hər hansı bir şübhələr nə faktiki cəhətdən, nə də hüquqi cəhətdən şübhələr yaratmır. Belə ki, Cavabdeh MMC ilə Elxan Peysaxov arasında 08 yanvar 2014-cü il tarixli 345 saylı ünvan 3 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasında, 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 k.m-dən ibarət 2 otaqlı 51 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmışdır və həmin tarixli mənzilə dair borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Eyni zamanda tərəflər arasında 15 aprel 2016-ci il tarixli qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə 196 saylı müqaviləyə əsasən sözügedən mənzil Elxan Peysaxova təhvil verilmişdir, o isə öz növbəsində həmin tarixli 196 saylı kassa mədaxil orderinin qəbzinə əsasən mənzilin işıq, qaz, su və siqnalizasiya sayğacları üçün 1200 manat vəsait ödəmişdir. O, hesab edir ki, istənilən bir tələb barəsində iddia qaldırıldıqda məhkəmənin üzərinə düşən ən əsas və vacib vəzifə həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Pozulmuş hüquqların bərpasını təmin etmək vəzifəsini daşıyan məhkəmə bunu tərəflərin həmin tələbə dair hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etmək səlahiyyətinə malikdir. Hüququn pozulub-pozulmaması da qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu nöqteyi-nəzərdən müqaviləyə istinad edilərək, hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsinə zərurət yaranır. Belə ki, müqaviləyə istinad edilərək, irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olub-olmamağından asılıdır və tələbin əsaslandığı müqavilənin etibarsız olması, həmin müqavilə üzrə tələb hüququnun yaranmadığını göstərir. Müqavilə üzrə tələb hüququnun yaranıb-yaranmamasını, yəni müqavilənin etibarlı olub-olmamasını müəyyən etmək üçün onunla hüquqi, o cümlədən maraqlar baxımından hər hansı formada kəsişən (toqquşan) müqavilələrin etibarlı olub-olmamasına qiymət verilməlidir. Bununla belə, məhkəmə müqavilənin bağlanması yeri və vaxtı ilə bağlı qanunvericiliyin tələblərini, habelə əqdin varlılığı baxımından ən əsas qurucu şərtin şübhəsiz olaraq iradə ifadəsi olmasını nəzərə almalıdır və həmin şəxsin müqavilə bağlandığı zaman ölkədə olmaması hər hansı müqavilə bağlanmamasının sübutudur. Həmçinin “Sahil-D Kompani" MMC tərəfindən mənzili Elxan Peysaxova ayrıca müqavilə ilə illər sonra təhvil verməsi və əlavə olaraq sayğaclar üzrə ödəniş qəbul etməsi İddiaçı ilə bağlanmış müqavilənin qəbul etməməsini dəlalət edir. Göstərilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi, X10 iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki baxış iclasında Cavabdeh MMC-nin nümayəndəsi X7 Cavabdeh MMC-yə qarşı irəli sürülmüş hər iki iddia tələbinə münasibətdə bildirmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzil X15 məxsusdur. Həmin mənzilin alqı-satqısı barədə X11 345 saylı, 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı, 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Nümayəndə eyni zamanda qeyd etmişdir ki, mənzillə bağlı mübahisələrin olmasını nəzərə alaraq mübahisəli mənzil hələ ki, tərəflərin heç birinə təhvil verilməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin direktoru X16 ilə İddiaçı arasında bağlanmış 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsimənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə 2 otaqlı mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 81200 ABŞ dolları kimi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzil tələbinə dair iddiası təmin edilmiş, 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə üzrə öz öhdəliklərini icra etməsi və ünvan 1 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzilin iddiaçı yaşayış sahəsi İddiaçı təhvil verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6704/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-876/2022 saylı, 11 aprel 2022-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və mülki işin ərazi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3177/2022 saylı, 12 dekabr 2022-ci il tarixli qərardadından görünür ki, e-2(011)-3177/2022 nömrəli mülki işin 2(011)-7140/2022 nömrəli mülki işlə birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-si tərəfindən “Pro Bono” vəkil bürosunun vəkili Ələsgər Hüseynliyə ünvanlanmış 08 may 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzil X15 məxsusdur. Həmin mənzilin alqı-satqısı barədə X11 345 saylı, 08 yanvar 2014-cü il tarixli müqavilə imzalanmış və həmin tarixdə ona maliyyə arayışı verilmişdir. Sonra onunla qarşılıqlı münasibətləri tənzimləyən 196 saylı, 15 aprel 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzil X15 təhvil verilmişdir. Cavabdeh MMC-nin İddiaçı adlı sakininin olması və 51 saylı mənzilin ona satılması barədə hər hansı bir sənəd mövcud deyildir. İddiaçı adına "xxxx" MMC tərəfindən verilən müqavilə ilə guya 51 saylı mənzil ona satılmışdır. Halbuki, "xxxx" MMCnin Cavabdeh MMC-nin inşa etdiyi binalara heç bir aidiyyəti yoxdur. Onu da əlavə etmişdir ki, İddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biri olmuş X4 yaxın qohumudur və 28 yanvar 2009-cu il tarixli saxta müqavilə də onun tərəfindən tərtib olunmuşdur. Bir daha bildirmişdir ki, Cavabdeh MMC-nin İddiaçı adlı sakini yoxdur. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X16 ilə X19 arasında bağlanmış 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə hər kvadrat metr üçün 631 manat ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 64000 manat kimi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 08 yanvar 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı X19 tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Cavabdeh MMC-nin icraçı direktoru X17 ilə X19 arasında bağlanmış 15 aprel 2016-cı il tarixli, 196 nömrəli Qarşılıqlı münasibətləri tənzimləyən fərdi məsuliyyət barədə müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Müəssisə Sakinə 08 yanvar 2014-cü il tarixli, 345 saylı alqı-satqı müqaviləsinə əsasən satdığı və ümumi sahəsi 101.5 kv.m olan 51 saylı mənzili tikinti normalarına uyğun şəkildə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 25 iyul 2019-cu il tarixli “Götürmənin keçirilməsi haqqında” protokolun surətindən görünür ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi X3 icraatında olan ********* nömrəli cinayət işi üzrə X10 könüllü olaraq təqdim etdiyi Cavabdeh MMC-nin inşa etdiyi 2 saylı binanın 13-cü mərtəbə, 101.4 kv.metr sahəsi olan 2 otaqlı mənzilin satılması ilə bağlı rəsmiləşdirilmiş 08 yanvar 2014-cü il tarixli müqavilənin, həmin tarixli maliyyə arayışının əsillərini götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış İAMAS bazasındakı məlumatlardan görünür ki, xx xxxxxx 1970-ci il təvəllüdlü İddiaçı 2009-cu il tarixdən 14 dekabr 2023-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: Tarix-20 avqust 2008 ci il, istiqamətçıxış, tarix-10 may 2009-cu il, istiqamət-giriş; İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmış iddiaçı X13 iddia ərizəsinin surətindən görünür ki, Fuad Tağıyev Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia ərizəsində Cavabdeh MMC ilə 28 yanvar 2009-cu il tarixdə bağlanmış 28/B saylı müqavilə əsasında ödənilmiş 126.080 ABŞ dollarının, müqavilə öhdəliklərinin icra edilmədiyi andan (xx.xx.2011-ci il tarixdən) etibarən hər il üçün əldən çıxmış fayda qismində illik 14% olmaqla 3 ilin əvəzi olaraq 52953 ABŞ dollarının və mənəvi ziyana görə 50000 manat pulun, ümumilikdə 179033 ABŞ dollarının və 50000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1168/2015 saylı, 22 aprel 2015-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X13 Cavabdeh MMCyə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru X16 ilə X22 arasında bağlanmış 28 yanvar 2009-cu il tarixli, 28/B saylı müqavilənin surətindən görünür ki, həmin tarixdə tərəflər arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi-mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə hər kvadrat metr üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 126.080 ABŞ dolları kimi göstərilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 2 saylı yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu yaşayış binasının 11-ci mərtəbəsində ümumi tikinti sahəsi 157.6 kv.m olan 3 otaqlı 43 saylı mənzilin pay dəyəri X5 tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 4/1362-5/1123 nömrəli ekspert rəyindən görünür ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 44-45-ci vərəqələrində olan 08 yanvar 2014-cü il tarixli 345 nömrəli “Müqavilə”nin kserosurətinin 1ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” qrafasında olan imza; mülki işin 46-cı vərəqində olan 08 yanvar 2014-cü il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza ilə mülki işin 47-48-ci vərəqələrində olan 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli “Müqavilə”nin kserosurətinin 2-ci vərəqinin aşağı sol hissəsində “7. Tərəflərin imzaları. Direktor:Cəfərov M.İ.” qrafasında olan imza; mülki işin 49-cu vərəqində olan 28 yanvar 2009-cu il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza – öz aralarında EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Digər sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, iddiaçının əri Tağıyev Fuadın qohumu olmaqla yanaşı Fuadın nümayəndəsi kimi onun işlərini aparırdı. İxtisasca hüquqşunasdır, əvvəllər Daxili İşlər Nazirliyində şöbə rəisi işləmişdir. Mənzillərin alınmasında o, da iştirak etmiş, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında mənzillər alınmışdır. O, Fuad, Fuadın dostu Zaur və bir də qardaşı X21 firması olan Sahil- D-yə getmişlər. Onlar ikinci mərtəbəyə qalxmışlar. Fuad demişdir ki, oradan 2 mənzil almaq istəyir. O, həmin yerə bəlkə də 50 dəfə evlərin vəziyyətini öyrənmək üçün getmişdir. Fuad özü ilə kulokda pul da gətirmişdi, dollar idi səhv etmirsə. Fuad iki mənzil almaq üçün pul gətirmişdi. X33 ödəmişdir. X30-D-nin direktoru idi. İlham o, bildiyinə görə şirkətin təsisçisi idi. X8 gətirdi. Fuad evin birini öz adına aldı, birini də yoldaşı Vikanın adına aldı, lakin Vika orada yox idi. Dedilər ki, Vika sonradan gəldi imzaladı müqaviləni, yaz ayı idi təxminən. Evləri aldılar, hər şey normal idi. Sonradan onlar 2014-2015-ci illərdə tikinti artıq bitəndən sonra Hüseynov Adilağanın yanına gəlmişlər. 1250 manat ödədikdən sonra Fuadın evinin A.Hüseynov təmirinə icazə verilmiş, Vikanın mənzilinə ona görə icazə vermədilər ki, Vika müqavilənin və maliyyə arayışının əsillərini gətirməmişdir. Onlar müqavilənin surətini təqdim etsələr də, lakin Adil demişdir ki, surət keçmir. Adil surəti görəndən sonra onlara ironiya ilə demişdir ki, “onda siz çaldınız”. Pulu ödədikdən sonra Fuadın mənzilinə icazə almışlar, qapısını da aparıb o, qoymuşdur. Vikanınkı isə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 bildirmişdir ki, iddiaçının əri Fuad Tağıyevin dostu olmaqla yanaşı, mənzillərin alınmasında o, da iştirak etmiş, təxminən deyə bilər ki, 2009-cu ilin yanvar ayında qış aylarında mənzillər alınmışdır. O, Fuad, Elşad və bir də X27 yanına, Sahil-D firmasına getmişlər. Onlar ikinci mərtəbəyə İlhamın kabinetinə qalxmışlar. Fuad özü ilə kulokda pul da gətirmişdi, hardasa 15-20 paçka dollar idi. X23 çağırdı, o, müqavilələri gətirdi, Fuad iki müqavilə bağladı, birini öz adına, birini də yoldaşının adına. Sonradan bir neçə dəfə həmin şirkətə getmişlər, həmin vaxt orda Adil var idi. İkinci müqavilənin Viktoriya tərəfindən hansı tarixdə imzalanmasınıxatırlamır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikasının Mülki Məcələsinin 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilələr hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (337.2-ci maddə) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. ( 337.3-cü maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4-cü maddə) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2-ci maddə) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (339.3-cü maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin qərarda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinə əsasən Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X16 ilə İddiaçı arasında 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzili Alıcının mülkiyyətinə verməyi, Alıcı isə 2 otaqlı mənzilin hər kvadrat metri üçün 800 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 81200 ABŞ dolları kimi göstərilmiş, Cavabdeh MMC tərəfindən verilmiş 28 yanvar 2009-cu il tarixli maliyyə arayışına əsasən isə müəyyən edilmişdir ki, həmin yaşayış binasının 13-cü mərtəbəsində ümumi tikinti sahəsi 101.5 kv.m olan 2 otaqlı 51 saylı mənzilin pay dəyəri Payçı İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. Eyni mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X16 ilə X19 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış, həmin müqavilədə Satıcı ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı 51 nömrəli mənzili Alıcıya təhvil verməyi, Alıcı isə hər kvadrat metr üçün 631 manat ödəməyi öhdəsinə götürmüş, ümumi məbləğ isə 64000 manat kimi göstərilmiş, Cavabdeh MMC tərəfindən verilmiş 08 yanvar 2014-cü il tarixli maliyyə arayışına əsasən isə həmin mənzilin pay dəyəri Payçı X19 tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MMC-yə borcu yoxdur. Hər iki müqavilədə olan Cavabdeh MMC-nin direktoru olmuş X9 məxsus imzaların eynilik təşkil etməsi məhkəmə tərəfindən yoxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 4/1362- 5/1123 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, əksi ekspertizaya təqdim edilmiş, mülki işin 44-45-ci vərəqələrində olan 08 yanvar 2014-cü il tarixli 345 nömrəli “Müqavilə”nin kserosurətinin 1-ci vərəqinin aşağı sol hissəsində olan imza və 2-ci vərəqinin aşağı sol hissəsində “Satıcı” qrafasında olan imza; mülki işin 46-cı vərəqində olan 08 yanvar 2014-cü il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza ilə mülki işin 47-48-ci vərəqələrində olan 28 yanvar 2009-cu il tarixli 28/A nömrəli “Müqavilə”nin kserosurətinin 2ci vərəqinin aşağı sol hissəsində “7. Tərəflərin imzaları. Direktor:Cəfərov M.İ.” qrafasında olan imza; mülki işin 49-cu vərəqində olan 28 yanvar 2009-cu il tarixli “Maliyyə arayışı”nın kserosurətinin aşağı hissəsində “Sahil-D Kompani MMC-nin direktoru:” qrafasında olan imza – öz aralarında EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı təsdiq edilmişdir ki, 28 yanvar 2009-cu il tarixdə hazırki iş üzrə ilkin iddia tələbi üzrə İddiaçı əri X22 arasında Cavabdeh MMC-nin sabiq direktoru X16 ilə 2 mənzilin alqı-satqısına dair razılıq əldə etmiş, eyni gün iki müqavilə tərtib edilmişdir - 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə (həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 157.6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsi-mənzili X13 mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İkinci müqavilə - 28 yanvar 2009-cu il tarixli, 28/A saylı müqavilə (həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzili 81200 ABŞ dolları müqabilində İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Hər iki mənzilin dəyəri tam şəkildə ödənilmişdir. Lakin cavabdeh mənzilin təhvil verilməsini öhdəlik olaraq üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən Fuad Tağıyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etdikdən sonra həmin mənzil ona təhvil verilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hüseynov Adilağanın təqdim etdiyi müvafiq sənədlər əsasında Fuad Tağıyevin adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı müqaviləsinin əsli təqdim edilmədiyinə görə onun adına tərtib olunmuş müqavilənin predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müqavilə bağlanan zaman, yəni 28 yanvar 2009-cu il tarixdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış İAMAS bazasındakı məlumatlarına əsasən ölkə hüdudlarından kənarda olmuşdur. İşin bu halı iddiaçı tərəfindən təkzib edilməmiş və əlavə sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad Azərbaycanın Almaniyadakı diasporanın sədr müavini olduğu üçün həmin dövrdə onlar Almaniyada yaşamış, müqavilə tərtib edilmiş tarixdə onun dəyəri əri tərəfindən ödənilsə də, İddiaçı müqaviləni Azərbaycan Respublikasına qayıtdıqdan sonra imzalamışdır. Həmçinin mübahisənin predmeti olan mənzillə bağlı iş materiallarında olan müqaviləni eyni tarixdə tərtib edilmiş və imzalanmış 28 yanvar 2009-cu il tarixli 28/B saylı müqavilə ilə müqayisə etdikdə görünür ki, müqavilələr eyni forma və məzmunda tərtib edilmişdir. İş materiallarında olan X19 ilə Cavabdeh MMC arasında 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilə forma və məzmununa görə fəqrli tərtib edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Fuad Tağıyev tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 24 dekabr 2014-cü il tarixdə müraciət etməsi də mübahisəli mənzillə bağlı müqavilənin daha əvvəl tərtib edilməsinə dəlalət edir. Belə olan halda Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı sahiblik və istifadə hüquqları İddiaçı məxsus olduğu halda eyni mənzillə bağlı X19 ilə 08 yanvar 2014-cü il tarixdə 345 saylı müqavilənin bağlanması qanunsuz olmaqla həmin müqaviləni əhəmiyyətsizliyinə əsas olmuşdur. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m-dən ibarət olan 2 otaqlı yaşayış sahəsi-mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı ilə, 08 yanvar 2014-cü il tarixdə isə X19 arasında müqavilə bağlansa da, mübahisəli mənzil tərəflərin heç birinə təhvil verilməmişdir. Belə olan halda məhkəmə mülki qanunvericiliyin normalarında müəyyən edilmiş qaydalara uyğun olmaqla əmlakın verilmədiyinə əsaslanaraq, hesab edir ki, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, yəni İddiaçı. Cavabdehin nümayəndəsinin dəlillərinə münasibətdə, yəni Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilənin İddiaçı müqavilə bağlandığı zaman ölkə hüdudlarından kənarda olması səbəbilə etibarsız hesab edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müqavilə bağlanan tarixdə, yəni 28 yanvar 2009-cu il tarixdə İddiaçı ölkə hüdudlarından kənarda olsa da belə, tədqiq olunmuş sübutlarla təsdiq edilmişdir ki, iddiaçının əri Tağıyev Fuad tərəfindən eyni tarixdə Cavabdeh MMC tərəfindən inşa edilmiş binada 2 mənzil alınmış, hər iki mənzilin pay dəyəri ödənilmiş, müqavilələrdən biri İddiaçı əri X22 tərəfindən imzalanmış, İddiaçı adına olan müqavilə isə onun tərəfindən sonradan imzalanmışdır. Bununla da məhkəmə hesab etmişdir ki, İddiaçı müqaviləni sonradan imza etməsi onun əqddə olan iradə ifadəsini zədələmir və bu hal heç bir halda əqdin etibarlılıq şərtlərinə zidd təfsir oluna bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh MMC ilə mübahisəli mənzillə bağlı 28 yanvar 2009-cu il tarixdə İddiaçı arasında bağlanmış müqavilə qüvvədə olduğu halda, X11 eyni mənzilə dair bağlanmış əqd özü-özlüyündə əhəmiyyətsizdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq mübahisələrlə bağlı qərarlarında olan mövqeyini və mülki qanunvericiliyin normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, ilkin iddia tələbləri qismən əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh MMC-nin üzərinə 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh tərəfindən həmin mənzillə bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, ünvan 2 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzil iddiaçının sahibliyinə (mülkiyyətinə) təhvil verilməli və iddiaçı həmin mənzilə köçürülməlidir. İlkin iddia tələbinin mübahisəli mənzillə bağlı iddiaçının mülkiyyət hüququnun tanınması hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ özündə ehtiva etdiyindən, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin mənzilə dair müvafiq dövlət orqanlarında qeydiyyat aparıldıqdan sonra mümkün olması nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsinə münasibətdə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarına istinad edərək, bildirir ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Belə olan halda, Cavabdeh MMC-nin direktoru X16 ilə X19 arasında 08 yanvar 2014-cü il tarixli, 345 saylı müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə həmin əqd əhəmiyyətsiz əqd olduğundan iddia müddətinin tətbiq edilməsinə zərurətin olmadığı qənaətinə gəlir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı X10 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə öhdəliklərinin məcburi qaydada icra edilməsi, mülkiyyət hüququnun tanınması, qanunsuz hərəkətlərə son qoyulması və mənzilin sahibliyə verilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. 28 yanvar 2009-cu il tarixli 28/A saylı müqavilə üzrə öz öhdəliklərini məcburi qaydada icra etməsi, mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb edilən sənədlərin (arayışın, istismara qəbul aktının və zəruri sənədlərin) iddiaçıya verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. ünvan 2 ünvanında inşa edilmiş 2 saylı yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 101.5 kv.m olan 2 otaqlı mənzil İddiaçı sahibliyinə (mülkiyyətinə) təhvil verilsin və iddiaçı həmin mənzilə köçürülsün. Qarşılıqlı iddia üzrə iddiaçı X10 cavabdehlər Cavabdeh MMC-yə və İddiaçı qarşı “daşınmaz əmlaka sahiblik və istifadə hüquqlarının tanınması, maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və əmlakın dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin təqdim edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar