Məhkəmə qərarları › İş №2(011)-4762/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4762/2024

01.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4762/2024 01.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərəkətlərin qanunsiz hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: İddiaçılar cavabdehlərin rəhbərliyinin 2006-cı ildən 2023-cü ilədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-yə onların hesablarına ödənilməli vəsaiti (30.000manat) mənimsədiyinə görə hərəkətlərin qanunsuz hesab olunması, həmin vəsaitin hesablanaraq geri alınaraq iddiaçılara qaytarılması, hər bir iddiaçı barəsində əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi, cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad qəbul edib Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçılar iddia ərizəsində 2 hüquqi şəxsi cavabdeh kimi, 3 dövlət orqanını isə maraqlı şəxs kimi qeyd etsə də, cavabdehlərin və maraqlı şəxslərin saylarına görə iddia ərizəsinin surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.1-ci maddəsinə əsasən, cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçılar cavabdehlərin rəhbərlərinin DSMF-na onların hesabına ödənilməli olan 30000 manat pulun onlara geri qaytarılmasını tələb etsələr də, cavabdehlərin hər birinə yönələn tələb, yəni onların hər birindən hansı məbləğdə pulun tutularaq onlara verilməsini konkret göstərməmişlər. Halbuki, Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılmaı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar