Məhkəmə qərarları › İş №2(011)-4823/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4823/2024

16.08.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4823/2024 16.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:

1. Ərizəçinin anası X10 ata və anası Smetanina (Tixinova) Anastasiya Aleksandrovna və X8 19 may 1947-ci ildə ailə həyatı qurmuşdur və 422 saylı evlənmə haqqında şəhadətnamə verilmişdir. Bu evlilikdən ərizəçinin anası X17 19 mart 1952-ci il tarixdə anadan olmuşdur. Anasının 3 yaşı olarkən atası X16 özünə məxsus geyim və yataq dəstlərini yığışdıraraq evdən çıxıb getmişdir və bir daha qayıtmamışdır. Həmçinin, bu günə kimi heç bir məlumat da əldə edilməmişdir.

2. Baxmayaraq ki, ərizəçinin nənəsi Smetanina (Tixinova) Anastasiya Aleksandrovna bütün əlaqədar qurumlara, o cümlədən, aliment almaq üçün 13 yanvar 1955-ci ildə Bakı şəhəri o vaxtkı Lenin, indiki Sabunçu Rayon Məhkəməsinə də rəsmi qaydada müraciət etmişdir. Hətta onun Rusiya Federasiyasının şəhərlərindən birinə köçüb getdiyini deyənlər də olmuşdur. Amma bu günə kimi ərizəçinin babası haqqında, vəfat etməsi, itkin düşməsi, sağ qalması barədə rəsmi məlumat əldə edilməmişdir.

3. Artıq ərizəçinin həm anası X17 xx.xx.2023-cü ildə, həm də nənəsi, X1 xx.xx.2003-cü ildə vəfat etmişdirlər. Ərizəçinin anasının anadan olduğu və ömür boyu ərizəçi ilə birlikdə yaşadığı mənzilin sənədləşdirilməsi zamanı ərizəçinin babasının, yəni X9 vəfat etməsini təsdiq edən sənədin alınmasına zərurət yaranmışdır.

4. Qeyd edilənlərə əsasən ərizəçi babası X9 ölmüş elan edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin tələbi:

5. Ərizəçi təxminən 1927-ci il təvəllüdlü X9 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

6. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında qeyd etmişdir ki, hazırda onun illərlə anası ilə birlikdə yaşadığı mənzilin sənədləşdirilməsi üçün babasının ölümünün müəyyən edilməsi və ölüm haqqında şəhadətnaməsi lazımdır. Ölmüş elan edilməsi xahiş edilən şəxs onun anasının atası-babasıdır. Babası uzun illər əvvəl anası uşaq olarkən evi tərk etmiş və həmin vaxtdan bugünə qədər ondan heç bir məlumat əldə edilməmişdir. Anasının doğum haqqında şəhadətnaməsi və digər iş üçün əhəmiyyət kəsb edən sənədlər onun tərəfindən məhkəməyə təqdim edilmişdir. Atası və bacısı şahid qismində cəlb edilməsini və izahatlarının alınmasını, yekun olaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Şahid1 öz izahatında qeyd etmişdir ki, o, X11 heç vaxt görməmişdir. Həyat yoldaşının adı X15muşdur. Onun qızlıq soyadı Smetanina olmuşdur. Həyat yoldaşı öz atası barədə heç vaxt heç nə danışmamışdır. Atası gedərkən o, uşaq olmuşdur. Həmçinin, qaynanası da öz əri barədə heç vaxt heç nə danışmamışdır. Qaynanası rəhmətə getmişdir. Qaynatası ilə bağlı heç bir dövlət orqanına müraciət etməmişdirlər. Onun həyat yoldaşı üçün öz atası maraqlı olmadığından heç onun üçün də maraq kəsb etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən Şahid2 öz izahatında qeyd etmişdir ki, X3 anasının atası- babası olmuşdur. Atası onları tərk edib gedərkən anası uşaq olmuşdur. Onlar birlikdə Sabunçu rayonunda olmuşdur, daha sonra nənəsi Montində ev alaraq oraya köçmüşdür. Babası barədə heç bir məlumatları olmamışdır, anası da bu barədə heç nə danışmamış, sadəcə demişdir ki, o, atası onları tərk edib gedərkən yaşı az olmuşdur. Nənəsi də babası barədə heç nə danışmamışdır. Anasının bacısı, qardaşları da 9-cu sinifdən çıxmış, texnikuma girmiş və təqaüd almışlar. Nənəsi həmin dövrdə işləməmişdir. Anasının 2 bacısı olmuşdur. Onlar üç bacı olmuşdurlar, onlardan Qalina Mixaylovna vəfat etmiş, digər xalası Tatyana Mixaylovna hazırda Rusiyada yaşayır. Xalaları ilə babası haqqında danışmamışdırlar. Xalaları hər iki anasından yaşca böyük olmuşlar. Əlbəttə ki, artıq 50 ildən də çoxdur ki, babasından xəbər yoxdur. Anası 72 yaşında vəfat etmişdir. Hətta babası onları tərk edərkən heç anası məktəbə getmirdi.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

11. Vİ-ЖГ 337468 №li Doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx.xx.1979-cu il tarixdə doğulmuş, onun anası X17, atası Şahid1 olmuşdur.

12. İ-ЖГ 287119 №li Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən Şahid1 və Çelax (Smetanina) Lyubov Mixaylovna xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuşdurlar və bu barədə 1056№li akt qeydi aparılmışdır.

13. xx.xx.1955-ci il tarixdə X1 cavabdeh X5rşı aliment və uşaq tələbinə dair Bakı şəhəri Lenin Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraicət etmişdir.

14. ИЕ 772195 №li Doğum haqqında şəhadətnaməyə əsasən X13 xx.xx.1952-ci il tarixdə doğulmuş, anası X1, atası X7muşdur.

15. xx.xx.1947-ci il tarixli 422№li Evlənmə haqqında şəhadətnaməyə əsasən X16 və X1 nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərə və arvada Smetanin və Smetanina soyadı verilmişdir.

16. AZ-İ 032379 №li Ölüm haqqında şəhadətnaməyə əsasən X1 xx.xx.2003-cü il tarixdə 84 yaşında kəskin beyin qan dövranı pozğunluğundan Bakı şəhəri, Xətai rayonunda vəfat etmişdir.

17. AZ-İİ 389423 №li Ölüm haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.2023-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formalarından vəfat etmişdir.

18. Seriya ÖM 211203 № li Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Q.Yəhya küçəsi, 5 saylı evin 24 saylı mənzili X10 adınadır.

19. AR DİN Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Ərizəçi bildirilmişdir ki, mövcud qanunvericiliyə əsasən itkin düşmüş şəxslər 10 ildən artıq müddət tapılmadıqda, ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsinin alınması üçün məhkəməyə müraciət olunmalıdır.

20. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş sorğuya cavaba əsasən vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yalnız onun xx.xx.1952-ci il təvəllüdlü Smetanina Lyubov adlı qızı haqqında məlumat aşkar edildi.

21. AR DİN Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavaba əsasən vətəndaş X16 barədə məlumatlar sistemdə aşkar edilmədi.

22. xx.xx.2024-cü il tarixli AR Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş sorğuya cavaba əsasən Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində şəxslər barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydləri saxlanılır. Müraciətə aydınlıq gətirilməsi məqsədilə məhkəmə ilə əlaqə saxlamağa dəfələrlə cəhd göstərilmiş, lakin tərəflərindən edilən zənglərə cavab verilməmişdir.

23. xx.xx.2024-cü il tarixli 96 saylı MKİS-dən verilmiş arayışa əsasən, X14 adlı şəxs heç vaxt göstərilən ünvanda qeydiyyatda olmamışdır.

24. xx.xx.2024-cü il tarixli AR Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş sorğuya cavaba əsasən X16 barəsində dəqiq təyinedici məlumatlar olmadığından sorğunun cavablandırılması imkanları xaricindədir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir; 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir;

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlumolan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.

313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.

316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

28. Məhkənə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin babası X4 50 ildən çox müddətdir ki, məlumat alınmır. Onun həyatda olmasına dəlalət edən hər hası məlumat aşkarlanmamışdır. Mülki qaunvericilikdə qeyd edilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

29. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsi özündə üç əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi” və “şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir.

30. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən təxmini 1927-ci il təvəllüdlü X6 (xx.xx.1952-ci il təvəllüdlü X2 atası) ölmüş elan edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şəxs ölmüş elan edilməlidir. Məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.

Məhkəmə xərcləri:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Təxmini 1927-ci il təvəllüdlü X14 (xx.xx.1952-ci il təvəllüdlü X2 atası) ölmüş elan edilsin.

3. Hazırkı qətnamənin qüvvəyə mindiyi gün X6 ölüm günü sayılsın.

4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar