Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4833/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Məhkəmənin sorğusuna əsasən AR DİN Bakı şəhəri Xətai RPİ tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş ərizəçinin adına sənədləşən fərdi uçot kartoçkasında məlumata əsasən onun ailə vəziyyəti “subay”, doğum tarixi “xx.xx.1961”, atası – “X10”, anası – “Məhərrəmova Əsli” qeyd edilmişdir.
2. Məhkəmənin sorğusu əsasında AR ƏN yanında AR Əhalinin Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-18/2-233/2024 saylı yazılı məlumatda ərizəçinin atası – X2 qohumluq əlaqələri barədə Əhalinin Dövlət Reyestri Avtomatlaşdırılmış İnformasiya sistemindəki məlumatlarda onun övladı (uşağı) X7, sonuncunun atası X3, anası isə X5 qeyd edilmişdir.
3. Həmçinin, AR ƏN X1 Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna əsasən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş yazılı məlumatda isə ərizəçinin doğumu haqqında hər hansı məlumatın əks olunmaması göstərilmişdir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
4. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum tarixinin qeyd edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1961-ci il tarixdə doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizədə qeyd etmişdir ki, o, XX.XX.1961-Cİ ildə Tovuz rayonunun Böyük Qışlaq kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə Bakı şəhəri, Nizami rayonunda yerləşən 204 nömrəli məktəbdə təhsil almışdır. Həmin illərdə doğum haqqında şəhadətnaməni Nizami rayonunda yerləşən 204 nömrəli məktəbə vermişdi. Məktəbi bitirəndən sonra da doğum haqqında şəhadətnamə həmin məktəbdə qalmışdır. Daha sonra qəza keçirməyi, 1990-ci illərdə baş verən müharibə şəraiti səbəbləri ilə doğum haqqında şəhadətnaməni geri ala bilməmişdir. Doğum haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışına əsasən, doğum haqqında akt qeydi aşkar edilməmişdir. Onun şəxsiyyət vəsiqəsində doğum tarixi XX.XX.1961-ci il olaraq qeyd edilmişdir. Doğum tarixində sadəcə il qeyd edilmişdir. Doğum günü və doğulduğu ay sənəddə qeyd edilməmişdir. Bu isə ona rəsmi sənədləşdirmədə problem yaradır. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
7. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə iclasında şahid X6 izahatında bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Həmişə həmin tarixdə doğum gününü qeyd ediblər.
11. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır, ərizəçi xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcud olub, ancaq sonra Nizami rayonunda yerləşən peşə məktəbinə vermiş və şəhadətnamə elə orada qalmışdır.
12. Məhkəmə iclasında şahid X9 izahat verərək bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Hər il dekabrın 1-də ərizəçinin doğum gününü qeyd edərək, onu təbrik edirlər. Hətta ərizəçi qardaşı ilə evlənəndə yaşı çatmadığına görə 1 il gec evləniblər.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
13. Maddə 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar.
14. Maddə 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
16. Maddə 307.2.3. Məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
17. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
“Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarı:
18. 4-cü bənd: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X1, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X1 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X1 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
19. 4.3-cü bənd: Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
21. İş materialları ilə müəyyən olunur ki, ərizəçi doğum haqqında şəhadətnamənin alınması barədə Maraqlı şəxs müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 989 saylı arayışla doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, doğum haqqında akt qeydi aşkar edilməmişdir.
22. Bu səbədən, ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır (§ 16).
23. İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, XX.XX.1961-ci il tarixdə Tovuz rayonunda doğulmuşdur.
24. İş materiallarında olan AR Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri xidməti və Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş fərdi uçot kartoçkasında olan məlumatlar əsasında müəyyən edilir ki, ərizəçinin doğulduğu tarix xx.xx.1961-ci il, doğulduğu yer isə Tovuz rayonu qeyd edilmişdir.
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin xx.xx.1961-ci il tarixdə Tovuz rayonunda doğulmasının qeyd edilməsi faktı iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapdığından, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Tovuz rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə Ərizəçi atası X4, anası X5 qeyd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı