Məhkəmə qərarları › İş №2(011)-4848/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4848/2025

07.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4848/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Rüstəm oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa olunma və digər” tələblər barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025ci il tarixli attestasiya komissiyasının qərarının ləğv edilməsi, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musi Məktəbinin direktoru Nümayəndə 01 aprel 2025-ci il tarixli, 22№-li əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, işə bərpa edilməyi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-2000-ci il tarixlərində Ələsgər adma Şəki Musiqi texnikumunu fortepiano və konsertmeyster müəllimi üzrə bitirmişdir. 2000-2008-ci il tarixlərində Zaqatala incəsənət məktəbində, 2008-2025-ci il tarixlərində S.Rüstəmov adma 13 nömrəli Uşaq Musiqi Məktəbində, ümumilikdə 25 ildir ki, fortepiano şöbəsinin müəllimi vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademivasmda keçirilən musiqi müəllimlərin attestasivası imtahanında iştirak etmişdir. İlkin olaraq imtahanda özünə əmin şəkildə daxil olmuşdur. Lakin sonradan komissiya sədri X3 tərəfindən alçaldıcı, istehzalı hərəkətlər imtahan zamanı onun həyəcan keçirilməyimə səbəb olmuşdur. Həmçinin imtahan keçirilən zaman iddiaçının ixtisası fortepiano olduğu halda ona heç öz ixtisası ilə bağlı suallar verilməmişdir. Komissiya heyəti tərəfindən ona qarşı haqsızlıq və qərəzli mövqey tutularaq verdiyi düzgün cavabları səhv kimi qəbul ediliərək, iddiaçının müəllim kimi nüfuzuna xələl yetirmişlər. Belə ki, Y.Haydın Sonata №27 C-Dur ifa etmiş, çox da normasında və təhlil etmişdir. İfa zəif, ritmin problemləri var deyərək qiymətləndirilmişdir. Üzdən oxumada yeddi illik proqrama uyğun əsər vermədikləri halda, onu da normal etmişdir. Y.Zaydın haqqında yetərli məlumat verdiyi halda orta cavab verdi yazıblar. Sonata alleqro formasında reprizanın izahını verməyinə baxmayaraq cavab verə bilmədi yazıblar. Bethovenin sonataları haqqında "Patetik sonata", “Aylı" sonata və hətta tonallıqlarını belə dediyim halda cavab vermədi yazıblar. Hətta "Aylı sonata"-nln imtahan şərtlərinə zidd olduğu halda, X1 ondan ifa etməyini tələb etdi və bunun kimi digər suallara da cavab verdiyi halda, cavab vermədi deyə qiymətləndirilmişdir. Bildirir ki, iddiaçının göstərdikləri doğru olduğunu imtahan vaxtı quraşdırılmış kameraların video görüntülərində əks olunur. Həmçinin 15 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müşaviri Cəsarət Valehov tərəfindən keçirilən iclasda attestasiya imtahanından sonra heç kəs işdən azad olunmayacağı barədə bildirilsə də, hazırda işlədiyi S. Rüstəmov adma 13 nömrəli Uşaq Musiqi Məktəbindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Mübahisələndirilən əmr birbaşa olaraq ona qarşı qərəz altında imzalanmışdır. Ona görə də 03 mart 2025-ci il tarixli attestasiya komissiyasının qərarı ləğv edilməli, S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə 01 aprel 2025-ci il tarixli, 22№-li əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında attestasiya zamanı ona qarşı qərəzli münasibət göstərildiyini, sualların çoxuna düzgün cavab versə də, səhv cavab kimi qeydə alındığını bildirərək, imtahanda çox həyacanlı olduğunu, bu işə çox ehtiyacı olduğunu, həmçinin əmək stajını nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsi (direktoru) Nümayəndə Rüstəm oğlu məhkəmə iclasında qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müstəqil irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasına gəlməməyinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 22 №-li əmrindən görünür ki, Bakı şəhər Cavabdeh fortepiano müəllimi İddiaçı xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmk müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas Bakı şəhər Cavabdeh Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokol olmuşdur. Bakı şəhər S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının 5 nömrəli xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. xx.xx.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntü Mədəniyyət Nazirliyi tərəfindən məhkəməqə təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə həmin videogörüntü tədqiq edilmişdir. İş materiallarında olan Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025ci il tarixli, MŞB/8/2025-00283 saylı “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və tərəfindən 50 manat mediasiya xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “c” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək hüquqları vardır. Həmin Məcəllənin 12-ci maddəsinin “a” bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Həmin Məcəllənin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, əxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “Qeyd” hissəsində qeyd edilmişdir ki, bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2008-2025-ci il tarixlərində S.Rüstəmov adına 13 nömrəlu Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiyanın nəticəsi olaraq həmin vəzifəyə uyğun hesab edilməmiş, 13 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli əmri ilə xx.xx.2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmk müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı attestasiya zamanı ona verilən suallara düzgün cavab verdiyini, lakin komissiyanın düzgün qiymətləndirmə aparmadığına istinad edərək, attestasiya komissiyasının qərarının ləğv edilməsini və işə bərpa edilməsini məhkəmədən tələb edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olubolmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. İddiaçı ona verilən suallara düzgün cavab versə də, attestasiya vərəqəsində həmin suallara düzgün cavab verməmə kimi qeydlərin aparılmasını bildirsə də, CD-diskə baxış zamanı iddiaçının bu dəlilləri təsdiqini tapmamış, əksinə iddiaçının verilən suallara cavabları attestasiya vərəqəsində qeyd edildiyi kimi olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinini «c» bəndinə əsasən, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa olunmasl və digər” tələblərinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar