Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4866/2024 26.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhər Xətai rayonu Xətai Bələdiyyəsinin 03 iyul 2017-ci il tarixli 05/146 saylı qərarı ilə atası X10 ərizəsi əsasında vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məsqədi ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “X11” “Torpaq Bazarı Haqqında” Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına”, “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Qanunun 16.3, 6.6 maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 89 nömrəli qərarına, X4 dair Sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnaməyə, Xətai bələdiyyəsi Yerli İqtisadi inkişaf məsələləri daimi komissiyasının 12 iyun 2007-ci il tarixli 07 saylı və müvafiq olaraq Xətai Bələdiyyəsinin 13 iyun 2007-ci il tarixli 10 saylı qərarlarına və Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 649 saylı razılıq məktubu əsasında Xətai rayonu Turşu küçəsində Turşu zavodunun ərazisinə yaxın təsdiq olunmuş cizgi planına uyğun ərazidə fərdi yaşayış evi tikmək üçün alqı-satqı qaydasında 200 kv.metr torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı özünə məxsus olan torpaq sahəsində fərdi yaşayış evi inşa etmək istəyir. Bugünkü gündə iddiaçı cavabdehin qanunsuz hərəkətləri üzündən kirayədə yaşamağa məcbur olur, buna görə də kirayə haqqı ödəyir ki, bu da iddiaçının onsuz da ağır olan maddi vəziyyətini daha da ağırlaşdırır. Bundan sonra da bir neçə dəfə ona məxsus olan torpaq sahəsini boşaldılması təklifi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh yenə də rədd cavabı vermiş və iddiaçının həmin torpaq sahəsinə girməyinə imkan verməmişdir. Bununla da, iddiaçıya məxsus olan torpaq sahəsini cavabdeh qanunsuz olaraq idarə edir, iddiaçı isə qeyd olunan torpaq sahəsindən istifadə etmək hüququnundan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olunmuşdur. İddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, Xətai rayonu Turşu küçəsində Turşu zavodunun ərazisinə yaxın təsdiq olunmuş cizgi planına uyğun ərazidə fərdi yaşayış evi verilmiş 200 kv.m torpaq sahəsi Bakı şəhər Xətai rayonu Xətai Bələdiyyəsinin 03 iyul 2007-ci il tarixli 05/146 saylı qərarı ilə atası X12 iddiaçıya verilmişdir. Hazırda cavabdehin onun xüsusi mülkiyyətində olan evdə yaşaması iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində təsbit olunmuş hüquqlarını pozmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, mərhum atası X12 məxsus Bakı şəhəri Xətai rayonu Turşu küçəsində yerləşən sahəsi 200 kv.m olan torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişdir. Lakin iddiaçı məhkəməyə teleqramla müraciət edərək, vəkili və özünün ağır xəstə olduğu üçün məhkəmə iclasının baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi torpaq sahəsi ilə bağlı qanuni sənədləri yoxdur. İddiaçının qeyd etdiyi torpaq sahəsi Xətai rayonu Turşu küçəsində Turşu zavodunun ərazisində, cavabdehin atasına məxsus torpaq sahəsi Oksigen küçəsində yerləşir. Cavabdeh 17 ildir ki, orada yaşayır, iddiaçını heç vaxt orada görməmişdir. Məhkəmə cavabdehin çıxışın dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xətai rayon Xətai Bələdiyyəsinin 03 iyul 2007-ci il tarixli 05/146 nömrəli qərarının surətindən görünür ki, Turşu küçəsində, Turşu zavodunun ərazisinə yaxın, təsdiq edilmiş cizgi planına uyğun ərazidə 200 kv.m olan torpaq sahəsi alqı-satqı qaydasında fərdi yaşayış evi tikmək məqsədilə X2. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalarına” na əlavə Torpaqların alqı-satqısına dair 03 iyul 2007-ci il tarixli 14 nömrəli aktın surətindən görünür ki, X13 tərəfindən Xətai rayon, şəhər bələdiyyə orqanına 23 may 2007-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Xətai rayon Bələdiyyə ərazisində 200 kv.m torpaq sahəsinin satılması barədə 2007-ci il 03 iyul tarixli 05/146 nömrəli qərar qəbul edilmişdir. Bunun müqabilində X13 tərəfindən Xətai rayon Bələdiyyəsinin Bankının hesabına əvvəlcədən 4000 manat ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 086311 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 28 may 2020ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən 12 noyabr 2003-cü il tarixdə verilmiş torpaq sahəsinin plan sxemindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 18 ünvanında yerləşən "xxxx" nın balansında olan torpaq sahəsinin eni 12 m, uzunluğu 15 m, ümumi sahəsi 180 kv.m “Azneft” İB-nin 337 nömrəli xx.xx.1993-cü il tarixli məktubuna əsasən istifadə olunmadığına görə X6 daimi istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş plan sxemdən görünür ki, Oksigen küçəsində ev 18F ünvanında yerləşən mənzil X7 məxsusdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 69 saylı 17 iyul 2023-cü il tarixli arayışdan surətindən görünür ki, X1 ev 18F ünvanında qeydiyyatsız yaşayır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən taninan və qorunan hüququdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinin tələbinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.[232] 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayonu Turşu küçəsində yerləşən sahəsi 200 kv.m olan torpaq sahəsi iddiaçının atası X12 Xətai rayon Xətai Bələdiyyəsinin 03 iyul 2007-ci il tarixli 05/146 nömrəli qərarı ilə 4000 manata satılmış, X13 28 may 2020-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi, bununla da hüquqlarının pozulduğunu əsas gətirərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Xətai rayonu Turşu küçəsində Turşu zavodunun ərazisində, cavabdehin atası X7 məxsus torpaq sahəsi Oksigen küçəsində yerləşir. Məhkəmə iclasında cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsi müzakirə edilmiş, lakin iddiaçı iddia tələbini dəyişməmiş, bundan sonra iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən də məhkəmə işə irəli sürülmüş tələb üzrə baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tələbində qeyd etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etmədiyindən, cavabdehin atasına məxsus torpaq sahəsi ilə iddiaçının qeyd etdiyi torpaq sahəsi fərqli ünvanlarda yerləşdiyindən, eləcə də iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ müəyyən edilmədiyindən beləliklə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının subyektiv hüququ müəyyən edilmədiyindən hazırkı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4866/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4866/2024
26.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver