Məhkəmə qərarları › İş №2(011)-4881/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4881/2024

10.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4881/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X8, iddiaçılar İddiaçı1, X4, X1 Cavabdeh qarşı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı1, X4, X5 Cavabdeh qarşı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, mərhum 29 sentyabr 1937-ci il təvəllüdlü X3 mülkiyyətində olmuş ünvan 1 ünvanı İddiaçı1, İddiaçı2, Cavabdeh və X5 arasında paylara münasib şəkildə ¼ hissəyə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, iddiaçılar mərhum 29 sentyabr 1937-ci il təvəllüdlü X3 mülkiyyətində olmuş ünvan 1 ünvanı İddiaçı1, İddiaçı2, Cavabdeh və X5 arasında paylara münasib şəkildə ¼ hissəyə bölünməsini məhkəmədən xahiş etsə də, notariat orqanına müraciət etməsi barədə sübutları və ya həmin orqan tərəfindən həmin mübahisə ilə bağlı imtina cavabı almamışdır. Belə ki, iş materiallarında olan 6 saylı Bakı Maraqlı şəxsndə notariat ofisi tərəfindən İddiaçı1, X4, X2 ünvanlanmış məktubdan görünür ki, miras əmlak olan ünvan 2 ünvanında yerləşən mənzillə bağlı mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində müvafiq çıxarışın təqdim edilməsi xahiş edilmişdir. Bununla bağlı olaraq ərizənin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması üçün notariat orqanına müraciət etmək hüququ izah olunmalıdır. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı1, X4, X1 Cavabdeh qarşı “vərəsəliyin tanınması və miras əmlakdan məcburi payın ayrılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya Bakı şəhəri 6 saylı Notariat Ofisinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar