Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4886/2023 13.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi – doğum faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X6nun xx.xx.1928-ci il tarixdə Samux rayonunda doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında X13, ana qrafasında isə X9 göstərilməklə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X3 xx.xx.1929-cu il tarixdə Samux rayonunda doğulmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında Bayramov Abduləzim xxx oğlu, ana qrafasında isə Bayramova Şarabanu xxx qızı göstərilməklə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, atası X2 Abduləzim Bayram oğlu ilə X5 birgə nikahından xx.xx.1928-ci il tarixdə Samux rayonunda anadan olmuşdur. Ərizəçi isə X7 və X5 birgə nikahlarından xx.xx.1969-cu il tarixdə doğulmuşdur. X6 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.Ərizəçi bildirir ki, hazırda doğum haqqında şəhadətnaməni arxiv sənədləri əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunsa da, həmin orqan 1948-ci ilə qədər akt qeydlərinin saxlanıldığını əsas gətirərək doğum haqqında akt qeydinin aşkar edilmədiyini bildirmişdir. Bundan əlavə Milli Arxiv İdarəsi də akt qeydinin aşkarlanmadığını nəzərlərinə çatdırmışdır. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Ərizəçi bildirdi ki, atasının əsl adı Valehdir, bəzi sənədlərdə səhvən Valik yazılmışdır. Atası X4 arayonunda 1929-cu il tarixdə anadan olmuşdur, ata adı Abduləzim, ana adı Şarabanudur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İş materiallarında olan, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1928-ci ilə dair Samux rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, X10 doğum haqqında akt qeydinin axtarışının aparılması imkanları xaricindədir. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1960cı il tarixdə Samux rayonunda anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, Bərdə rayon Qeydiyyat şöbəsi trəfindən verilən arayışdan görünür ki, X17 xx.xx.1959-cu il tarixdə Samux rayonunda anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.1956cı il tarixdə anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1963cü il tarixdə Bərdə rayonunda anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən görünür ki, X25 xx.xx.1966cı il tarixdə anadan olmuş, ata adı qrafasında X16, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1955cü il tarixdə anadan olmuş, ata adı qrafasında X12, ana adı qrafasında X34 yazılmışdır. İş materiallarında olan, AZ-İ № 124439 saylı Bakı şəhər Xətai rayon VVADQ şöbəsi tərəfindən qeydə alınan ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan, nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, 1929-cu il təvəllüdlü Ərizəçi ilə 1928-ci il təvəllüdlü X34 xx.xx.1989-cu il tarixdə 951 nömrəli aktla nikaha daxil olmuşlar. İş materiallarında olan, Bakı şəhər Maraqlı şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 40 saylı notariat ofisinin sorğusuna cavab olaraq bildirmişdirlər ki, Maraqlı şəxs arxivində 1948-ci ilə qədər akt qeydləri saxlanıldığına görə 1929-cu il təvəllüdlü Bayramov Valik (Valeh) Abduləzim oğlunun doğum haqqında akt qeydinin surəti şöbənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubla təqdim olunan xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi Əhalinin Dövlət Reyestrinin X1 Sistemində mövcud olan çıxarışdan görünür ki, Ərizəçi X3 doğum tarixi, ailə vəziyyəti, doğulduğu yer müəyyən edilməmişdir. İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkkiyyət Hüquqlarının Qeydiyytı İdarəsi tərəfindən verilən 088094 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, X15 Bakı şəhəri , N.Tusi küçəsində 49 nömrəli yaşayış evinin 91 nömrəli mənzili X15 adına xüsusi mülkiyyət hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 345 nömrə ilə, xx.xx.1997-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən Bakı şəhər Xətai rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdilər ki, V.Bayramovun nikahı və ölümü haqqında akt qeydlərində doğum tarixi “1928-ci il” deyil, “1929-cu” ildir. Həmçinin həmin şəxsin təvəllüdü 1929-cu il olduğundan onun doğumu haqqında akt qeydinin surətinin istənilməsi ilə bağlı Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunmuşdur. İş materiallarında olan, xx.xx.2004-cu il tarixli, 1164 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, 1929-cu il təvəllüdlü X15 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş üzrə şahid qismində dindirilmiş X30 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi ilə kəndçidirlər, ata tərəfdən uzaq qohumudur. X10 ata adı Abduləzim, ana adı Şarabanudur. Harada anadan olmasını bilmir. İş üzrə şahid qismində dindirilmiş X18 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçi ilə qonşudur. Ərizəçini atasının adı Valehdir, hamı kənddə Valeh kimi tanıyır. X10 ata adı Abduləzim, ana adı Şarabanudur. Təvəllüdünü dəqiq bilmir. İş üzrə şahid qismində dindirilmiş X26 məhkəmədə ifadə verərək, Valehi qonşu kimi tanıdığını, harada anadan olmasını bilmədiyini bildirdi. X10 ata adı Abduləzim, ana adı Şarabanudur. İş üzrə şahid qismində dindirilmiş X25 məhkəmədə ifadə verərək bildirdi ki, ərizəçinin qardaşıdır, atasının adı Valeh, doğum haqqında şəhadətnaməsində atasının adı Valeh gedir. Valik Rusiyada səhv yazılıb. X3 ata adı Abduləzim, ana adı Şarabanudur. Atasının təvəllüdü sənəddə 1929-cu il gedir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X10 doğum faktının müəyyən edilməsinin vərəsəlik eləcə də, hər hansı bir sənədləşmə aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin X10 adına doğum qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, doğum faktını qeydə almalı olan yeganə orqan qeydiyyat şöbəsi doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X10 doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin X10 doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi atasının doğum haqqında şəhadətnaməsini başqa qaydada əldə edə bilmədiyindən, habelə X10 xx.xx.1929-cu il tarixdə Samux rayonunda anadan olması, atasının X13, anasının isə X9 olması ərizəçinin izahatı ilə, şahid ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X10 xx.xx.1929-cu il tarixdə Samux rayonunda anadan olması, atasının Bayramov Abduləzim xxx oğlu, anasının isə Bayramova Şarabanu xxx qızı olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-4886/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4886/2023
13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver