Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-495/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə, istifadə hüquqlarının tanınması və mənzildən istifadə qaydalarının müəyyən edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı2 ilə Cavabdeh1 xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahından iki övladları – xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından doğulmuş və yetkinlik yaşına çatmayan Cavidan Hüseynzadənin anası, İddiaçı2 yanında saxlanması qət edilmişdir.
2. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 9 saylı evin 1 saylı mənzili (bundan sonra – Mənzil) əvvəllər X1 (cavabdehlərin atası) mülkiyyətində olmuş, Aydın Hüseynov xx.xx.2016-cı il tarixdə öldükdən sonra Mənzilə dair cavabdehlərə xx.xx.2021-ci il tarixdə, hər birinin payı ½ hissədə olmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmçinin, cavabdehlərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, Cavabdeh2 bu barədə xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) Çıxarış verilmişdir.
3. İddiaçı1 (xx.xx.2005-ci il tarixdə doğulmuşdur) və yetkinlik yaşına çatmayan Cavidan Hüseynzadə doğulduqları gündən 2023-cü ilin noyabr ayınadək Mənzildə yaşamışlar, həmin tarixdən sonra valideynləri arasında ailə münasibətləri pozulduğundan və ailə daxili münaqişə nəticəsində Mənzildən çıxaraq İddiaçı2 valideynlərinə məxsus mənzildə yaşayırlar.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 onların və X2 Mənzilə istifadə hüquqlarının tanınması, onların həmin Mənzilə köçürülmələri və yardımçı sahələrin ümumi istifadədə saxlanılmaqla Mənzilin sahəsi 18 kv.m. olan yaşayış otağına dair istifadə qaydalarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
5. İddiaçılar iddia ərizəsində qeyd etmişdir ki, onlar ailə olaraq həmişə mehriban yaşamışlar. Son illər valideynləri arasında olan ər-arvad münasibətləri pozulmağa başlamış və bu münasibət onların boşanması həddinə çatmışdır. 2023-cü ilin noyabr ayında İddiaçı2 ilə Cavabdeh1 birgə yaşamasının mümkün olmamasını əsas götürərək mənzili tərk etmək qərarına gələmişdir. İddiaçı1, İddiaçı2 və yetkinlik yaşına çatmayan Cavidan birlikdə müvəqqəti olaraq valideynlərinin boşanma işi başa çatanadək mənzili tərk edib başqa ünvana köçmüşlər. Müvəqqəti köçdüyündən özüylə qarşıdan gələn mövsümü fəsillərə aid olan paltarları götürməmişdir. Buna baxmayaraq Cavabdeh1 onunla kobud davranmış, sonuncu dəfə təxminən iyun ayının əvvəllərində növbəti dəfə onun yanına gələndə "səndə anana oxşayırsan və elə onun tayısan" deyərək anasına münasibətdə çox nalayiq ifadələrlə onu qarşılayaraq mənzilə belə buraxmamışdır. Bundan sonra Cavabdeh1 mənzilin giriş qapısının açarlarını dəyişmiş və mənzildə olan otaqları qıfıllamışdır. Mübahisəli mənzildə doğulmuş, 18 il həmin mənzildə cavabdehin ailə üzvü olaraq oninla bir təsərrüfatda yaşamış və anadan olmağıyla həmin mənzilə istifadə hüquqlarını əldə etmişdir. Hazırda sahəsi təxminən 17,0 kvm. olan bir otaqlı mənzildə anası və kiçik qardaşıyla yaşayır, ali təhsil müəssisəsində təhsil alır, yaşadığı mənzil norması və məişət şəraiti dərslərlə məşğul olmağı demək olar ki, mümkünsüz edir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, o, Cavabdeh1la boşandıqdan sonra cavabdehlər onları təhqir edir. Hətta, onlar arasında münaqişə də yaşanmış, polisə zəng etmişlər. Polis həmin gecə orada qalmamağı onlara tövsiyyə etdiyindən onlar məcbur olaraq mənzili tərk etmişlər. O, hal-hazırda valideynlərinə məxsus 1 otaqlı mənzildə yaşayır. Aralarındakı mübahisənin razılıq yolu ilə həll edilməsi qeyrimümkündür.
8. İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası ona Mənzilin açarını versə də, növbəti gün Mənzilə getdikdə açarın həmin Mənzilə aid olmadığını görüb. Valideynləri arasında nikah pozulmazdan əvvəl atasının ona qarşı münasibəti normal olmuş, lakin valideynləri arasında tez-tez mübahisələr olmuşdur.
9. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, əvvəllər onların arasında münasibətlər pis olmayıb, hətta daşınmaz əmlakını Cavidana hədiyyə edib. İddiaçı2 Mənzildən istədiyi hər şeyi, qızılları, pulları və Mənzilin çıxarışını aparıb. O, bütün əmlaklarını uşaqların adına keçirən kimi İddiaçı2 onun qardaşından boşanmaq istədiyini bildirdi. İddiaçı2 Mənzildə onlarla yaşaması təhlükəlidir. Uşaqların Mənzildə qalmalarına etiraz etmir, ancaq İddiaçı2 Mənzilə köçürülməsinə qəti şəkildə razı deyil.
10. Cavabdeh1 vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
11. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
12. Maddə 1.1 Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.
13. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
14. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
15. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan Məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. İddiaçılar yetkinlik yaşına çatmayan Cavidan Hüseynzadə ilə birlikdə cavabdehlərin mülkiyyətində olan Mənzilə köçürülmələrini tələb edirlər.
24. Məhkəmə əvvəlcə İddiaçı1 münasibətdə hesab edir ki, iddia tələbi ona aid hissədə təmin edilməlidir. Belə ki, işdə olan sübutlarla müəyyən edilir ki, Mənzil əvvəllər X1 (cavabdehlərin atası) mülkiyyətində olmuş, Aydın Hüseynov xx.xx.2016-cı il tarixdə öldükdən sonra Mənzil vərəsəliklə, hər birinin payı ½ hissədə olmaqla, cavabdehlərin mülkiyyətinə keçmiş, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və Cavabdeh2 bu barədə xx.xx.2021-ci il tarixdə (qeydiyyat nömrəsi: **********) Çıxarış da verilmişdir. X9 öldükdən sonra Mənzildə Cavabdeh1 ailə üzvləri, yəni iddiaçılar, habelə azyaşlı övladı Cavidanla birlikdə yaşamağa davam etmişlər.
25. Mülki Məcəllənin 1243.2-ci maddəsində qeyd edilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd edilən müddəalardan bu nəticə əldə olunur ki, xx.xx.2016-cı il tarixdən sonra (Aydın Hüseynov öldüyü vaxtdan), Cavabdeh1 Mənzildə yaşamaqda davam etdiyindən və ona sahiblik edərək idarə etdiyindən Mənzili faktiki olaraq onun mülkiyyətinə keçmişdir. Digər bir tərəfdən o da işin mübahisəsiz halıdır ki, sonradan cavabdehlərin miras əmlakda bərabər miqdarda paylarının olması barədə xx.xx.2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhədətnamə verilmiş və onların Mənzilə dair paylı mülkiyyət hüquqları, həm də dövlət qeydiyyatından keçmişdir. Məhkəmə hesab edir ki, bu halda tərəflər arasındakı mübahisyə xx.xx.2009-cu uil tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin (bundan sonra yeni – Mənzil Məcəlləsi) müddəları tətbiq edilməldir.
26. Mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür: birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. İddiaçı1 Mənzilin mülkiyyətçisi Cavabdeh1 övladı (ailə üzvü) olduğundan, eləcə də onunla birlikdə yaşadığından onun Mənzildən istifadə hüququ yaranmışdır. Buna görə də, iddia tələbi onun Mənzildən istifadə hüquqları tanınaraq Mənzilə köçürülməsi hissəsində təmin edilməlidir.
27. İddiaçı1 sahəsi 18 kv.m olan yaşayış otağından istifadə qaydasının müəyyən edilməsi tələbinə gəldikdə isə, məhkəməyə təqdim edilmiş Mənzilin texniki pasportundan görünür ki, Mənzildə 3 ədəd yaşayış otağı mövcuddur, onlardan birinin sahəsi 13.55 kv.m, digərlərinin isə hər biri 16.59 kv.m-dir. Göründüyü kimi Mənzildə sahəsi 18 kv.m olan yaşayış otağı möcvud deyil. Lakin, məhkəmə İddiaçı1 Mənzidən istifadə hüququnun olmasını, onun Mənzilə köçürülməli olmasını, cavabdehlərin də istifadə, sahiblik və mülkiyyət hüquqlarının olmasını, eləcə də Mənzilə dair cavabdehlərin paylarının naturada ayrılmamasını nəzərə alaaq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, yardımçı sahələrin ümumi istifadədə saxlanılmaqla İddiaçı1 Mənzilin, sahəsi 13,55 kv.m olan yaşayış otağından istifadə etməsi müəyyən edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən, həm cavabdehlərin İddiaçı1 Mənzildə yaşamasına etiraz etməmələrini də nəzərə alır.
28. Məhkəmə hesab edir ki, iddia tələbi Cavidan Hüseynzadəyə münasibətdə də qismən təmin edilməlidir.
29. Belə ki, Yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması əsasları haqqında ətraflı şəhrh edilmişdir. Əvvəldə də şərh edilmişdir ki, ataları öləndən sonra Mənzil cavabdehlərin, o cümlədən Cavabdeh1 mülkiyyətinə keçmiş və valideynləri arasında ailə münasibətləri pozulanadək bir neçə il Cavidan Hüseynzadə atası ilə birlikdə Mənzildə yaşamışdır. Yeni Mənzil Məcəlləsinin 30.1ci maddəsinin dispozitiv şərti baxımından Cavidan Hüseynzadə atası Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı (ailə üzvü) kimi onunla birlikdə yaşadığından, qanunvericiliyin də müəyyən etdiyi qaydaya görə onun da Mənzildən isitfadə hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavidan Hüseynzadənin Mənzildən istifadə hüququ tanınmalıdır.
30. Lakin məhkəmə hesab edir ki, idda tələbi Cavidan Hüseynzadənin Mənzilə köçürülməsi və onun mənzildəki yaşayış otağından onun istifadə qaydasının müəyyən edilməsi hissəsində hazırda təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Eləcə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında haqqında” AR Qanunun 2-ci maddəsində qeyd edilir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.
31. İşə əlavə edilmiş Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-1589/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh1la İddiaçı2 nikahının pozulması qənaətinə gələn məhkəmə eyni zamanda yetkinlik yaşına çatmayan X5 Hüseynovanın yanında qalması qət etmişdir. Məhkəmə qeyd edir ki, Cavidan Hüseynzadə yetkinlik yaşına çatana qədər İddiaçı2 yanında saxlanıldığından onun yaşayış yeri anasının yaşayış yeri hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, İddiaçı2 hazırda valideynlərinə məxsus mənzildə yaşayır.
32. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi digər İddiaçı2 münasibətdə də təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, İddiaçı2 xx.xx.2000-ci ilin mart ayının əvvəlində Cavabdeh1la ailə quraraq Mənzilə gəlin köçmüş, lakin əvvəldə də qeyd edildiyi kimi, sonradan Mənzili Cavabdeh1 mülkiyyətinə keçmiş, İddiaçı2 da ailə münasibətləri pozulanadək ailə üzvü (arvadı) kimi onunla birlikdə Mənzildə yaşamışdır. Eləcə də, Cavidan Hüseynazdə də Cavabdeh1 ailə üzvü (övladıdır) kimi mülkiyyətində keçdikdən sonra, valideynlərinin ailə münasibətləri pozulanadək onunla birlikdə Mənzildə yaşamışdır. Bu halda da, məhkəmə hesab edir ki, onlar arasındakı mübahisəyə də Yeni Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
33. Yenə də məhkəmə qeyd edir ki, Yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması əsasları haqqında ətraflı şərh edilmişdir. Cavabdeh1 ailə üzvü (arvadı) olduğu üçün Mənzil onun mülkiyyətinə keçdiyi vaxtdan İddiaçı2 da Mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuş, bununla da onların ailə münasibətlərinə xitam verilmişdir.
34. Ailə münasibətlərinə xitam verildikdən sonra istifadə hüquqlarının saxlanılması əsaslarını müəyyən edən Yeni Mənzil Məcəlləsinin 30.4-cü maddəsindən görünür ki, keçmiş ailə ailə üzvünün mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasının iki əsası nəzərdə tutlmuşdur. Onlardan biri istifadə hüquqnun saxlanılması ilə bağlı tərəflər arasında razılaşmanın olması, digəri isə məhkəmənin qərarı əsasında istifadə hüququnun müvəqqəti saxlanılması ilə bağlıdır. İkinci halda müvəqqəti də olsa istifadə hüququ o halda saxlanılır ki, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsin.
35. Məhkəmə araşdırması zaman İddiaçı2 Mənzildən istifadə hüququnun saxlanması üçün qanunda göstərilən hər hansı bir əsasın olması müəyyən edilməmişdir. Odur ki, İddiaçı2 Mənzildə istifadə hüququ yaransa da, Cavabdeh1la aralarında bağlanmış nikahları pozulduğu andan onun Mənzildən istifadə hüququna xitam verildiyindən, İddiaçı2 Mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilə bilməz.
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 9 saylı evin 1 saylı mənzilinə köçürülsün və İddiaçı1 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 9 saylı evin 1 saylı mənzilində, yardımçı sahələri ümumi istifadədə saxlanılmaqla, sahəsi 13,55 kv.m olan yaşayış otağından istifadə etməsi (qaydası) müəyyən edilsin. İddiaçı1 iddiası qalan hissədə təmin edilməsin. X2 Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 9 saylı evin 1 saylı mənzilə istifadə hüququ tanınsın. X3 aid iddia qalan hissədə təmin edilməsin. İddiaçı2 iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı