Məhkəmə qərarları › İş №2(011)-4963/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4963/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4963/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olan, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərə “xxxx” Prestij MTK tərəfindən sahiblik və istifadə hüququna dair yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” Prestij MTK tərəfindən tikilən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binada iki mənzil almışdır. Lakin bu günə kimi həmin mənzillərlə bağlı sahiblik və istifadə hüququnu həyata keçirə bilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(011)-5509/2018 saylı qətnaməsi ilə Cavabdeh MTK-ya qarşı digər şəxs X3 əmlak və pul tələbinə dair iddiası ilə birlikdə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi onun da həmin MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzillərin geri qaytarılması tələbinə baxılaraq təmin edilmişdir. Qətnaməyə əsasən "xxxx” Prestij MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərin İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsi “xxxx” Prestij MTK-ya həvalə edilməlidir. Qətnamə qanuni qüvvəyə minmiş və icra edilməmişdir. “xxxx” Prestij MTK tərəfindən illərlə edilən cinayət əməllərinə görə MTK sədri Yigitdöl Hikmet Süleyman barəsində 1(101)- 591/2019 saylı cinayət işi ilə əlaqədar ümumi siyahı ilə iddiaçı zərərçəkmiş şəxs qismində iştirak edərək pozulmuş hüquqlarının bərpa olunduğunu bildirmişdir. Sonradan cavabdeh dövlətin adından çıxarılan və icrası hər kəs üçün məcburi olan məhkəmə qətnaməsini qərəzli şəkildə icra etmir və 2 il müddətində tikilməli olan, lakin 10 il sonra iddiaçının istifadəsinə verilən mənzillərə MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneələr törədilir və iddiaçı öz ailəsi ilə birgə həmin mənzilə köçüb yaşaya bilmir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərə sahiblik və istifadə hüququna dair “xxxx” Prestij MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzildə təmir işlərinin aparılmasına “xxxx” Prestij MTK tərəfindən maneə yaradılmasının qadağan olunması, həmin mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzilə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərə sahiblik və istifadə hüququna dair “xxxx” Prestij MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzildə təmir işlərinin aparılmasına “xxxx” Prestij MTK tərəfindən maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 öz izahatında bildirdi ki, bu işi digər qətnamə üzrə icra tamamlananadək o aparmışdır. Evdə təmir işləri işləri aparmaq üçün briqadaya işləməyə gedən şəxslərə MTK icazə verməmişdir. Onlara maneə yaradan şəxs Hikmət Yigitdöldür. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 öz izahatında bildirdi ki, o, ustadır. İddiaçıla podrat müqaviləsi imzalamışdır. O, evdə 5 gün işləmişdir. Sonra onlara lift kartı lazım olduğunu bildirmişlər. Daha sonra evdə işləmək istəyərkən onlara icazə verilməmişdir. O, 60 manat ödəniş edərək liftin kartını almışdır. Sonra həmin kart ləğv edilmişdir. O, bu ilin fevral ayından oraya getməmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkilinin izahatlarını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə irəli sürülmüş iddiaya qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində onun əmlak üzərində olan mülkiyyət hüquqlarına cavabdeh tərəfindən maneələr törədilməsinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A-1 blokunda yaşayışın 11ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən ümumi sahəsi 136.1 kv.metr təşkil edən 51 saylı və ümumi sahəsi 124.7 kv.metr təşkil edən 54 saylı mənzillər İddiaçı sahiblik və istifadəsinə verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafıəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfındən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfındən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz." Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbini araşdıraraq belə hesab edir ki, hazırkı iş üzrə İddiaçı sözügedən mənzilləri alğı-satqı müqaviləsi əsasında əldə etmiş, məhkəmə qətnaməsi əsasında onun mənzil üzərində olan sahiblik və istifadə hüquqları rəsmiləşdirilmiş, qətnamə icraya yönəldilmiş və mübahisəli mənzillərin açarı iddiaçıya təhvil verilmişdir. Lakin buna baxmayaraq iddiaçı bugünə qədər mənzillərin üzərində öz sahiblik və istifadə hüquqlarını həyata keçirə bilməmiş, Cavabdeh MTK tərəfindən qanunazidd hərəkətlər edilərək buna maneələr yaradılmışdır. İddiaçı tərəfindən mübahisəli mənzillərin təmiri üçün ustalar çağırılsa da, MTK rəhbərliyi təmir işlərinin aparılmasına maneələr törətmişdir. İddiaçı mənzillərin rəsmi şəkildə əldə etsə də, bu günə kimi mənzillərə köçərək yaşaya, öz sahiblik və istfadə hüquqlarını həyata keçirə bilməmişdir. Bununla da iddiaçının konstitusion hüquqları kobud surətdə pozulmuşdur. Məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Buna görə də, məhkəmənin gəldiyi nəticəyə görə, iddia tələbi təmin edilməli, mübahisəli mənzillərdən istifadə etmək və sahiblik etmək üçün yaradılan maneələr və mənzillərdə təmir işlərinin aparılmasına “xxxx” Prestij MTK tərəfindən maneə yaradılması qadağan olunmalıdır. Məhkəmə iddia tələbinin cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması hissəsini araşdıraraq, belə hesab edir ki, iddiaçının mübahisəli mənzillərin üzərində sahiblik və istifadə hüquqlarına maneə törədilməsi cavabdehə qadağan edildiyindən mənzillərdə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulması məsələsinə əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsaslanaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərə sahiblik və istifadə hüququna dair “xxxx” Prestij MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzildə təmir işlərinin aparılması “xxxx” Prestij MTK tərəfindən maneə yaradılması qadağan olunmalı və liftdən istifadəyə şərait yaradılması vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehdən 10 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbəsində) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzillərə sahiblik və istifadə hüququna dair “xxxx” Prestij MTK tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A1” blokunda yaşayışın 11-ci mərtəbəsində (faktiki 15-ci mərtəbədə) yerləşən, 3 otaqlı, ümumi sahəsi 136.1 kv.m təşkil edən 51 saylı və həmin ünvanda yerləşən ümumi sahəsi 124.7 kv.m təşkil edən 54 saylı mənzildə təmir işlərinin aparılması “xxxx” Prestij MTK tərəfindən maneə yaradılması qadağan olunsun. Liftdən istifadəyə şərait yaradılması vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. Cavabdeh MTK-dan 10 (on) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar