Məhkəmə qərarları › İş №2(011)-4963/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4963/2023

21.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4963/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə işə bərpa edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-199/2023 nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh Bakı X8 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şəbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa edilməsi, Cavabdehndən iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsi xahiş etdi. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin tərəfin etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ilə müddətli əmək müqaviləsi əsasında işləmişr, sonuncu dəfə 2023-cü ildə əmək müqaviləsinin bitməsi ilə işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Buna səbəb o, olmuşdur ki, işçi təqaüd yaşına çatmışdır. Əmək müqaviləsinə xitam verilən zaman, qanunvericiliyin normaları pozulmamış, qanunvericiliklə müəyyən edilmiş formada iddiaçıya bildiriş təqdim edilmiş, lakin o, imtina etmişdir İddia əsassız olduğuna görə iddianın rədd edilməsini xahiş etmişdirlər.. . Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin mövqeyi X5 Xidmətinin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı vətəndaşın müraciəti əsasında X5 Xidməti tərəfindən aparılmış araşdırma nəticəsində müddətli əmək müqaviləsinin müddəti bitdiyinə görə xitam verildiyindən hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Lakin burada araşdırılmalı olan məsələ odur ki, əmək müqaviləsinin bağlanıldığı zaman Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə istinad edilsə də, tərəflərin razılığı faktiki pozulub. Şəxsin işinin xarakteri, onun hansı formatda olduğu nəzərə alaraq, onun müddətli bağlanılması mübahisəli haldır. Eyni zamanda, vətəndaşın həmin təşkilatda 5 ildən artıq işlədiyi də nəzərə alınmalıdır. Nümayəndəsi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir. İşin halları - İddiaçı 22 avqust 2012-ci il tarixində Cavabdeh X1 istismarı sahəsində bir il müddətinə sayğacların qəbulu və istismarı xidmətinə 10-cü dərəcəli mühəndiz vəzifəsinə təyin edilmişdir. Daha sonra 13 may 2015-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi xitam verilmişdir. 14 may 2015-ci il tarixində o, SOCAR-ın Cavabdehndə bir il müddətinə Birliyin Bakı Regional qaz ölçü qurğularına xidmət Departamentinin Məişət Sayğaclarının istismarı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. Bundan sonra qeyd edilən əmək müqaviləsinə 29 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verilmişdir. Bundan sonra 30 mart 2020-ci il tarixində İddiaçı ilə Cavabdehndə bir il müddətinə Bakı X8ı Departamentinin Qazın balansı və satışı şöbəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə təyin edilmişdir. 31 mart 2023-cü il tarixli 14-2-2/3-1K-199/2023 nömrəli əmrli ilə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilərək, o, tutduğu vəzifədən azad edilmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 2, hissə 3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 45, hissə 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45, hissə 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45, hissə 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47, bənd f). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68, hissə 2, bənd b). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə 2012-ci ildə qəbul edilmiş, daha sonra Birlikdə 10-cü dərəcəli mühəndis vəzifəsində bir illik müddətli əmək müqavilələri əsasında çalışmışdır. Bununla yanaşı, tərəflər arasında bağlanılmış 30 mart 2023-cü il tarixli 243 nömrəli əmək müqaviləsinin məzmunundan görünən odur ki, iddiaçının əmək funksiyasının və gördüyü iş daimi xarakter daşıyır. Bütün bunlar ona deməyə əsas verir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsində tərəflərin razılığına əsasən müddətin müəyyən edildiyi qeyd edilsə də, müqavilə bağlanan zaman tərəflər arasında hüquq bərabərliyi prinsipinə əməl edilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə “f” bəndinin tələblərinə riayət edilməmişdir. Belə olan, məhkəmə hesab edir ki, işçinin cavabdeh olan təşkilatda 8 ildən artıq müddətdə fasiləsiz olaraq çalışdığı halda, onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə Cavabdehnə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2- 2/3-1K-199/2023 nömrəli əmr ləğv edilməli, iddiaçı Cavabdeh Bakı X8 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şöbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsi işinə bərpa edilməli, Cavabdehndən iddiaçının xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqı tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia üzrə dövlət rusumu da cavabdehə aid edilməlidir. Belə ki, iddia işə bərpa ilə bağlı olduğuna görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 30 mart 2020-cİ il tarixli 243 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-1K-199/2023 nömrəli əmrin ləğv edilsin. İddiaçı Cavabdeh Bakı X8 Departamentinin Qazın balansı və satışı şöbəsinin (yeni adı Qazın Balansı, satışı və müştəri xidməti şəbəsi) 10-cu dərəcəli mühəndisi vəzifəsinə bərpa edilsin. Cavabdehndən İddiaçı xeyrinə məcburi iş buraxmaya görə işə bərpa olunacağı günə qədər olan əmək haqqı tutulsun. 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar