Məhkəmə qərarları › İş №2(011)-5010/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5010/2024

15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5010/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qızlıq soyadının Cəfərova olması, həmin soyadın xx.xx.1978-ci il tarixdən qeydiyyata alınması faktının müəyyən olunması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Mövcud ərizədən görünür ki, ərizəçi mövcud tələbini əks etdirən və ərizənin “qoşma” hissəsində sadalanmış sənədləri, həmçinin məhkəmə xərcinə daxil olan dövlət rüsumunun ödənilməsinə dair qəbzi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, Ərizəçi hazırkı ərizəsi onun forma tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. MPM-nin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi qızlıq soyadının Cəfərova olması, həmin soyadın xx.xx.1978-ci il tarixdən qeydiyyata alınması faktının müəyyən olunması tələbi barədə ərizəsi geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar