Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5014/2024 30.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, xx.xx.1978-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Həmin vaxt onun anadan olmağı tibbi nöqteyi nəzərdən çətin olmuşdur. Bakı şəhərinə köçdükdən sonra ailə üzvləri ona doğum haqqında şəhadətnamə verilməsi üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş və ona doğum haqqında şəhadətnamə verilmişdir. Ərizəçinin qızlıq soyadı Cəfərova olmuşdur. Onun doğum haqqında şəhadətnaməsindədə doğum tarixi texniki səhv olaraq xx.xx.1968-ci il təvəllüd olaraq qeyd edilmişdir. Həmin dövrlərdə ailəsində olan problemlərlə bağlı və sovet imperiyasının süqutu yaxınlışdığı dövrə təsadüf etdiyindən ailə üzvləri bu texniki səhvi aradan qaldırmamışlar. Daha sonra onun atası X4 1995-ci ildə vəfat etdiyindən və bu məsələlərlə bağlı atası məşğul olduğundan daha sonra ailə üzvləri bu səhvin aradan qaldırılması üçün tədbirlər görməmişlər. Lakin qısa müddət öncə anası ilə danışıqları zamanı onun doğum tarixinin düzəldilməli olmasını və nə üçün bunu zamanında etmədiklərini soruşduqda, anası ona bildirmişdir ki, onlar özləri maraqlı olmamışlar ki, ərizəçi həm təhsil, həm də iş kariyerasına daha əvvəl başlaya bilsin. Həmçinin ərizəçidən öncə bir övladlarının əslində 1968-ci ildə anadan olmasını, lakin qısa müddət sonra vəfat etməsini, bu səbəbdən onun şəhadətnaməsinin ona verildiyini bildirmişlər. Hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsində texniki səhv olaraq yazılmış xx.xx.1968-ci il tarix onun bir sıra hüquqlarını məhdudlaşdırmışdır. Bununla bağlı ərizəçi müvafiq qeydiyyat şöbəsinə müraciət etsə də, bundan imtina edilmişdir. İddia ərizəsinə əlavə edilən arayışdan görünür ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Ərizəçinin xx.xx.1978-ci il tarixdə anadan olmağı faktını təsdiq edən şahidlər – anası X3 və qardaşı X9 ərizəçi tərəfindən məhkəmə iclasına gətiriləcəkdir. Belə ki, onlar ərizəçinin yaxın qohumlarıdır və bu faktı təsdiq edəcəklər. Ərizəçi ərizəsini Azərbaycan Respublikası MPM-nin 307.1, 307.2, 308 və 309-cu maddələri ilə əsaslandıraraq, Bakı şəhəri Maraqlı şəxs Əsədova (Cəfərova) Şəhla Ələsgər qızının xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmağı barədə doğum haqqında şəhadətnamənin verilməsindən imtinasının qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdə doğulmağı faktının müəyyən olunması və 401 nömrəli xx.xx.1968-ci il tarixli doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası X1r. İş materiallarında olan Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 27 mart 2024-cü il tarixli məktubun surətindən görünür ki, onun 11 mart 2024-cü il tarixli “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinə ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi və konsulluq idarəsinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Bakı şəhəri Maraqlı şəxs tərəfindən tərtib edilmiş 401 saylı, xx.xx.1968-ci il tarixli doğum haqqında akt qeydində uşaq qrafasında X2 doğum tarixi “xx.xx.1968-ci il” qeyd edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, ərizənin qeydiyyat şöbəsində icrası kifayət qədər əsasın olmaması səbəbindən mümkün olmaması bildirilmiş, yaşadığı rayonun məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 25 iyul 2018-ci il tarixli 00154 nömrəli diplomun surətindən görünür ki, Ərizəçi Keproschool Estetik məktəbində tədris zamanı estetik kosmetologiya adlı kursun əsaslarını tamamlamış və bitirmişdir. İş materiallarında olan AB-İ seriyalı 019509 nömrəli diplomun surətindən görünür ki, X8 1995-ci ildə Nərimanov adına Azərbaycan Dövlət Tibb institutuna daxil olmuş və 2001-ci ildə Nərimanov adına Azərbaycan Tibb Universitetin Müalicə ixtisası üzrə tam kursu bitirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, o, Ərizəçi anasıdır. Onun 4 övladı olmuşdur. Şəhla 1978-ci ildə oğlu Yusif əsgərlikdən gələndə doğulmuşdur. Doğuş ağır keçdiyi üçün o, uzun müddət xəstə olmuş, hətta Şəhla olanda o, ölümcül vəziyyətə qalmışdır. Şəhla anadan olmamışdan əvvəl onun 1968-ci ildə bir qızı uşağı doğulmuş, doğulduqdan bir az sonra vəfat etmişdir. Sonradan Şəhla anadan olmuş, həmin uşağın adını Şəhlaya vermişdir. Ölən qızın doğum sənədini də Şəhlaya vermişdir. Ölən uşağı Cəlilabadda doğulmuşdur, amma doğum haqqında şəhadətnaməsi alınanda Bakı şəhəri qeyd edilmişdir. Şəhla Bakı şəhərində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, Ərizəçi qardaşıdır. O, 1976-cı ildə hərbi xidmətə getmiş, Şəhla xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, 1978-ci ildə hərbi xidmətdən gələndə Şəhla 4-5 aylıq uşaq olmuşdur. Onun bir bacısı da 1968-ci ildə anadan olmuş, sonradan vəfat etmişdir, onun adı da Şəhla olmuşdur. Onda Y.Cəfərov uşaq olmuş, sonradan bilmişdir ki, həmin uşağın doğum sənədini Şəhlaya vermişlər. Y.Cəfərov bildirmişdir ki, 1981-ci ildə ailə həyatı qurmuşdur, Şəhla ondan uşaq olmuşdur. Şəhla 1985-ci ildə məktəbə getmiş, Tibb universitetini bitirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 Ərizəçi dayısı nəvəsi Şəhla Səkinənin 4 övladından biridir. O, xx.xx.1978-ci il tarixdə doğulmuşdur, tibb universitetini 2001-ci ildə bitirmişdir, həkimdir. Şahid təsdiq etmişdir ki, həqiqətən Səkinənin 1968-ci ildə Şəhla adında bir qızı olmuş, sonra vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 Ərizəçi dayısı nəvəsinin əri olduğunu bildirmiş, digər şahidlərin izahatına uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Ərizəçi qonşuluqda yaşayan rəfiqəsi olduğunu bildirmiş, Şəhlanın Tibb Universitetini 2001-ci ildə bitirdiyini, həkim olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi ərizəsində göstərdiyi xüsusatları təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Belə ki, işdə olan sübutlarla və şahid ifadələri təsdiq edilir ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə doğulduğu halda onun adına verilmiş doğum haqqında şəhadətnamədə onun doğum tarixi xx.xx.1968-ci il kimi qeyd edilmişdir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi dünyaya gəlməmişdən əvvəl 1968-ci ildə onun eyni adda olan bacısı olmuş, həmin uşaq vəfat etdikdən sonra onun doğum haqqında şəhadətnaməsini valideynləri ərizəçiyə vermiş, ərizəçinin doğum faktını qeydiyyat orqanında qeydiyyata aldırmamışdırlar. Göstərilən faktların sair yolla müəyyən edilməsi mümkün olmamışdır, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, xx.xx.1968-ci il tarixli doğum haqqında akt qeydi ləğv edilməli, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmağı faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinin tələbinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300, -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixli doğum haqqında akt qeydi ləğv edilsin. Ərizəçi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmağı faktı müəyyən edilsin. Ərizəçi doğum tarixinin xx.xx.1978-ci il qeyd edilməklə yeni doğum haqqında akt qeydinin tərtib edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5014/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5014/2024
30.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver