Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5028/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X1katibliyi, Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8, Cavabdeh13, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh10, Cavabdeh9, Cavabdeh6, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil pul tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək, cavabdehlər Cavabdeh1 3.950 manat, Cavabdeh2 7.182 manat, Cavabdeh3 6.325 manat, Cavabdeh6 10.500 manat, Cavabdeh4 3.591 manat, Cavabdeh7 11.265 manat, Cavabdeh8 5.460 manat, Cavabdeh13 2.583 manat, Cavabdeh11 1.470 manat, Cavabdeh12 2.415 manat, Cavabdeh5 54.230 manat, Cavabdeh10 6.762 manat, Cavabdeh9 3.675 manat pulun məcburi qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2017-2019-cu illər ərzində idarə etdiyi **- ZU-*** dövlət qeydiyyat nişanlı “Qazel” markalı avtomobili ilə un dəyirmanlarından un alıb çörək sexlərinə vermiş və hər ayın sonunda verdiyi unların pullarını yığmışdır. Tərəflər arasında şifahi və nisyə alğı-satqı münasibətləri formalaşmışdır. Qeyd olunan qaydada iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, Cavabdeh7, Cavabdeh8, Cavabdeh13, Cavabdeh11, Cavabdeh12, Cavabdeh5, Cavabdeh10 və Cavabdeh9 çörək sexlərinə mütəmadi olaraq nisyə un vermiş və ayın sonunda onlardan pullarını almışdır. 2018-ci ilin sonu- 2019-cu ilin əvvəllərində cavabdehlərdə aldıqları unun pulunun verilməsində problemlər yaranmış və nəticədə cavabdehlər Cavabdeh1 3.762 manat, Cavabdeh2 6.840 manat, Cavabdeh3 6.024 manat, Cavabdeh6 10.000 manat, Cavabdeh4 3.420 manat, Cavabdeh7 10.729 manat, Cavabdeh8 5.200 manat, Cavabdeh13 2.460 manat, Cavabdeh11 1.400 manat, Cavabdeh12 2.300 manat, Cavabdeh5 51.648 manat, Cavabdeh10 6.440 manat, Cavabdeh9 3.500 manat məbləğində aldıqları unun pulunu qaytarmamaqla iddiaçıya borcu yaranmış, iddiaçının dəfələrlə cavabdehlərdən satdığı unların pullarını tələb etməsinə baxmayaraq, cavabdehlər borclarını verəcəklərinə söz versələr də, bu günə kimi vədlərinə əməl etməmiş, borclarını ödəməmişlər. Cavabdeh1 xx xxxx 2019-cu il tarixli qəbzində İddiaçı 3.762 manat borcu olduğunu təsdiq etmişdir. Cavabdeh2 xx xxxx 2019-cu il tarixli qəbzində İddiaçı 6.840 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh3 xx xxxx 2019-cu il tarixli qəbzində İddiaçı 6.024 manat borclu olduğunu təsdiq etmişdir. Cavabdeh4 xx xxxx 2019-cu il tarixli qəbzində İddiaçı 3.420 manat undan borclu qaldığını etiraf etmişdir. Cavabdeh6 İddiaçı 10.000 manat aldığı una görə borclu olmasını xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi bağlamaqla təsdiqləmişdir. Cavabdehlər iddiaçının pul vəsaitini aralarında olan şifahi razılaşmaya görə vaxtında, yəni un məhsulunu aldıqları ayın sonunda qaytarmadıqlarına və həmin pul vəsaitindən əsassız istifadə edərək varlandıqlarına görə həmin məbləğlərdən Milli Bankın uçot dərəcəsinə uyğun olaraq borc məbləğindən əlavə faizlər də ödəməlidirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 işə iddiaçının iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin Cavabdeh5 aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkilinin dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh4 İddiaçı olan borcunu etiraf etmiş və imkan olan kimi borcu qaytaracağını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi razılaşma əsasında alğı-satqı münasibətləri mövcud olmuşdur. Qeyd edilən razılaşmaya əsasən iddiaçı tərəflərə un satmalı cavabdehlər isə əldə etdiklərini unun dəyərini ödəməli olmuşlar. Məhkəmə araşdırması zamanı cavabdehlərdən bir hissəsi iddia qəbul etmiş və bununla bağlı ərizələr təqdim etmişlər. Belə ki, iş materiallarında olan ərizələrdən və tərəflərin izahatlarından görünür ki, Cavabdeh3 6.024 manat borcu, Cavabdeh7 480 manat borcu, Cavabdeh9 1.850 manat borcu, Cavabdeh10 1.400 manat borcu, Cavabdeh2 3.840 manat borcu, Cavabdeh12 1.700 manat borcu, Cavabdeh1 3.762 manat borcu və Cavabdeh4 3.000 manat borcu olduğunu etiraf etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh2, Cavabdeh12, Cavabdeh4 və Cavabdeh1İddiaçı olan borclarını etiraf etdiklərindən, Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh4 3.000 manat və Cavabdeh1 3.762 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh6 10.000 manat məbləğində pul vəsaitini kredit vermişdir. Cavabdeh6 kredit borcunu xx xxxxxx 2015-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürsə də, həmin pulu geri qaytarmamışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh6 arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqaviləninşərtlərini pozmuşdur. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, Cavabdeh6 10.000 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh8, Cavabdeh13, Cavabdeh11 və Cavabdeh5 aid hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı tərəf cavabdehlər Cavabdeh8, Cavabdeh13, Cavabdeh11 və Cavabdeh5 ona borclarının olması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilmədi və göstərilənlər məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilmədi. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın illik 5% olmaqla borcun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı faiz borclarının ödənilməsini illik əsas borca 5% hesablamaqla tələb etmişdir. Lakin, qeyd olunan məbləğlərin hansı tarixdən və hansı müddətə hesablanmasını göstərməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3 6.024 manat, Cavabdeh7 480 manat, Cavabdeh9 1.850 manat, Cavabdeh10 1.400 manat, Cavabdeh2 3.840 manat, Cavabdeh12 1.700 manat, Cavabdeh4 3.000 manat, Cavabdeh6 10.000 manat və Cavabdeh1 3.762 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçıtərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 6.024 (altı min iyirmi dörd) manat, Cavabdeh7 480 (dörd yüz səksən) manat, Cavabdeh9 1.850 (bir min səkkiz yüz əlli) manat, Cavabdeh10 1.400 (bir min dörd yüz) manat, Cavabdeh2 3.840 (üç min səkkiz yüz qırx) manat, Cavabdeh12 1.700 (bir min yeddi yüz) manat, Cavabdeh4 3.000 (üç min) manat, Cavabdeh6 10.000 (on min) manat və Cavabdeh1 3.762 (üç min yeddi yüz altmış iki) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5028/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5028/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver