Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5028/2021 23.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək 1977-1993-cü illər ərzində Ağdam rayonu Muğanlı kənd orta məktəbində işləməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1977-ci il tarixdən Ağdam rayonun Muğanlı kənd orta məktəbində texniki işçi kimi fəaliyyətə başlamışdır. Həmin tarixdən 1993-cü il tarixinədək bu məktəbdə fasiləsiz iş stajı olmuşdur. Ağdam rayonu məlum hadisələrlə əlaqədar işğal olunduqdan sonra 1993-cü il tarixində Bakı şəhərində məhkunlaşmışdır. Qanunvericiliyin tələbinə müvafiq olaraq əmək pensiyasına çıxmaq üçün lazımi orqana müraciət etmiş, lakin ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından imtina məktub yazılmışdır. 1977-ci ildən 1993-cü ilədək Ağdam rayonunun Muğanlı kəndində orta məktəbdə işləməsi barədə arxiv arayışının verilməsi məqsədilə X9 Filialına müraciət etmiş, ona ünvanlanan məktubda qeyd edilmişdir ki, ünvan 2 ilə qədər olan arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur. Düşdüyü vəziyyətdə respublikada baş vermiş hadisələrlə əlaqədar arxiv sənədi əldə etmək mümkün deyildir. Həmin dövrdə qeyd etdiyi məktəbdə işləməsi ilə bağlı çox sayda şahidləri də vardır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X6 ərizənin məzmununa uyğyn izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq da maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, qeyd olunan dövrdə özü Ağdam rayon təhsil şöbəsində işləmiş və Ağdam rayonu Muğanlı kənd orta məktəbinə təhkim olunmuşdur. Ərizəçi da həmin vaxtdan tanıyır. Belə ki, ərizəçi həmin məktəbdə 1977-ci ildən 1993-cü ilədək katibə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, qeyd olunan dövrdə özü Ağdam rayonu Muğanlı kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləmişdir. Ərizəçi da həmin vaxtdan tanıyır. Belə ki, ərizəşi həmin məktəbdə 1977-ci ildən 1993-cü ilədək katibə işləmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 3i ünvanında qeydiyyatdadır. Bakı şəhəri, Xətai rayonu İH-nin MKTB-nin 02.06.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, 24 saylı uşaq bağçasında məskunlaşmışdır. X2 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1971-ci ildə Ağdam rayonu Muğanlı kənd orta məktəbində sinif müəllimi işləmişdir. X7 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1992-ci ildə Ağdam rayon təhsil şöbəsində metodist işləmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 11.03.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ilə qədər olan arxiv sənədləri işğalda qaldığı üçün filialda mühafizə olunmur. Azərbaycan Respublikasının ƏƏSMN-in Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06.04.2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi pensiya təyin olunması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, mərkəzləşdirilmiş X5 Sistemində 2007-ci il tarixindən 01.01.2017-ci il tarixinədək fərdi hesabında 3896,70 manat pensiya kapitalı toplanmışdır. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.2-ci maddəsinə əsasən sizə 19.02.2017-ci il tarixindən yaşa görə müavinət təyin edilmişdir. Sözü gedən qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Yuxarıda qeyd olunanlara əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Kollegiyasının 24.09.2007-ci il tarixli, 6 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçiin sosial sığorta stajınırı müəyyən edilməsi və hesablanması” Qaydalarının 2.5-ci bəndinə görə, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta staji məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcüd olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsləhn izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə istinadən nəzərə alınmalıdır ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Ərizəçi 1977-1993-cü illər ərzində Ağdam rayonu Muğanlı kənd orta məktəbində işləməsi faktı iş üzrə araşdırılmış sübutlarla təsdiq edildiyinə görə ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 1977-1993-cü illər ərzində Ağdam rayonu Muğanlı kənd orta məktəbində katibə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5028/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5028/2021
23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver