Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5063/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Resoublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi İl dərəcəli hüquqşünas Rəşad Mansurovun 99596 nömrəli cinayət işi üzrə xx.xx.2010-cu il tarixdə təyin etdiyi məhkəmə-mühasibatlıq 18645 nömrəli ekspertizası rəyinin saxta və əsassız olması faktının müəyyən edilməsi, cinayət işi üzrə yalan ifadələr vermiş şahidlərin ifadələrinin,sonradan geri tarixə yazılmış və işə əlavə edilmiş və şahidlər tərəfindən arxa tarixə bildikləri halda imzalanmış, iddiaçının adının qarşısında başqa şəxs tərəfindən icra edilmiş imzaların saxta və əsassız hesab edilməsi, vergi bəyannaməsinə, vergi audit yoxlamasına, kameral yoxlama sənədlərinə və s. vergi və digər sənədlərə imzaların kim və ya kimlər tərəfindən icra edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi cinayət təqibi üzrə həyata keçirilən istintaq və digər prosessual hərəkətlərlə ilə bağlıdır. İstintaq və digər prosessual hərəkətlərdən isə cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə tərəfindən baxılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, cinayət işi üzrə məhkəmə nəzarəti qaydasında baxılmalıdır. Ona görə də, iddianın icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Resoublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5063/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5063/2025
27.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver