Məhkəmə qərarları › İş №2(011)-5082/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5082/2024

12.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5082/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı mərhum anası- 14 oktyabr 2023-cü il tarixdə vəfat etmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 128.10 kvadrat metr olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.0336 ha torpaq sahəsi üzərində ½ hissədə tam payda İddiaçı payının müəyyən edilməsi tələbi barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3, X2, X4 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/2 hissəsinə İddiaçı adına verilmiş çıxarışı ləğv edilməsi, xx.xx.1980-cu il tarixdə ölmüş X6 mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 1/2 hissəsində birgə iddiaçılar Nigar Məmmədova, Şəfiqə Bədəlova, Rəfiqə Sultanovanın ayrı-ayrılıqda paylarını müəyyən edilməsi, 14 oktyabr 2023-cü il tarixdə ölmüş miras qoyan X1 mülkiyyətində olmuş və miras əmlaka daxil olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsində birgə iddiaçılar Nigar Məmmədova, Şəfiqə Bədəlova, Rəfiqə Sultanovanın ayrı-ayrılıqda paylarını müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında e-2(011)-5064/2024 saylı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-5064/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Belə ki, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-5064/2024 saylı mülki iş üzrə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-5082/2024 saylı mülki iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırkı iş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan e-2(011)-5064/2024 saylı işlə bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh 5 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması barədə iddiasına dair 2(011)-5082/2024 saylı mülki iş üzrə icraata xitam verilsin və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aynur Abdullayevanın icraatında olan iddiaçılar X3, X2, X4 cavabdeh İddiaçı qarşı vərəsəlik hüququnun tanınması barədə iddiası üzrə 2 e-2(011)-5064/2024 saylı mülki işə birləşdirilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar