Məhkəmə qərarları › İş №2(011)-51/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-51/2022

15.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-51/2022 15.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilə köçürüməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanında yaşayıb. Həmin mənzil 4 otaqdan ibarət olmaqla Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin ev rəsmiləşdirilərkən iddiaçı da o evdə qeydiyyatda olan biri kimi öz razılığını vermişdir. Hazırda yaşamağa yeri yoxdur və çox çətinlik çəkir. Cavabdeh birrr ödladı kimi iddiaçını nəzərə almır, hər vasitə ilə problem yaradır. Hətta Cavabdeh Xətai rayon Məhkəməsində iddiaçıya qarşı qarşılıqlı iddia verərək iddiaçının mübahisəli mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamənin qəbul edilməsini tələb etmişdir. Lakin iddiası təmin edilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən iddiaçının iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsinə dair qətnamənin qəbul ediləsini xahiş etdi. Məhkəmə, cavabdehin ərizəsini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə cavabdehin izahatını və mülki iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin əsasən, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzili Cavabdeh adına xüsusi mülkiyyət kimi xx.xx.1993-cü il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2373/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Kollegiya iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasını, Xətai Rayon Məhkəməsinin 2(011)-712/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməsini, cavabdeh İddiaçı Cavabdeh tərəfindən 15000 (on beş min) manat kompensasiya verilməklə, cavabdehin Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzilə olan istifadə hüququna xitam verilməsini qət etmişdir. Beləliklə, cavabdehlərin sözügedən mənzillə istifadə hüququna bağlı münasibətlər 2000-ci il tarixindən əvvəl yarandığından hazırkı mülki mübahisənin əsasını həmin vaxt qüvvədə olan “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin müvafiq müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Demək ki, hər hansı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı varsa, həmin qərarda müəyyən edilmiş faktlar məhkəmələr tərəfindən yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15 iyul.2015-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 44 saylı evin 11 saylı mənzildən istifadə hüququna xitam verildiyindən, onun mənzilə köçürülməsinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X1 qarşı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar