Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5118/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “faktın müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan olması faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan olmuşdur. 1989-cu ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə çıxarılması zamanı ərizəçinin valideynlərinə və ailələrinə aid olan sənədləri götürüb çıxmışlar. Lakin sonradan müəyyən sənədlərin orda qaldığı aydın olmuşdur. Həmin sənədlərin içərisində ərizəçinin doğum haqqında şəhadətnaməsinin də olduğu məlum olmuşdur. Həmin hadisələr olan vaxtlar ərizəçi 1989-cu ildə Bakı Dövlət Universitetində oxuyurdu. Ərizəçinin atası 1936-cı il təvəllüdlü X6 ilə ərizəçinin anası 1939-cu il təvəllüdlü X5 xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Eçmədzin (Masis) rayonunun Qaraqışlaq kənd sovetliyində nikaha girmişlər. Ərizəçinin valideynlərinin birgə nikahlarından dörd övladları vardır. Ərizəçi yenidən doğum haqqında şəhadətnamə almaq üçün yaşadığı yer üzrə Qeydiyyat şöbəsinə ərizə ilə müracət etmiş, maraqlı şəxs isə ərizəçiyə doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Ərizəçiyə tövsiyə edilmişdir ki, qeydiyyatda olduğu ünvan üzrə rayon məhkəməsinə müraciət etsin. Ərizəçi sonradan məhkəməyə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı oluduğundan təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunda Sarvanlar kəndində anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 nikahları xx.xx.2000-ci il tarixində bağlanmışdır. Nikah haqqında şəhadətnamədə Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunda Sarvanlar kəndində anadan olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədləri təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinin bərpa edilməsindən imtina edlilmiş, məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyə olunmuşdur. İş materiallarında olan ZE №0002404 saylı xx.xx.1998-ci il tarixli hərbi biletin surətindən görünür ki, xx.xx.1966-cı il təvəllüdlü Ermənistan Respublikasının Masis rayonunda Sarvanlar kəndində doğulmuş Ərizəçi MN-nin leytenant hərbi rütbəsini almış və SSSR MN-in 93 nömrəli əmri ilə xx.xx.1987-ci ildən ehtiyata tərxis olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi xx.xx.1966-cı il tarixində Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan olmuşdur. X2, anaları isə X4r. Qardaşının doğum haqqında şəhadətnaməsi olmuşdur, lakin Azərbaycan Respublikasına köçən zaman itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi xx.xx.1966-cı il tarixində Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan olmuşdur. X2, anaları isə X4r. 1989-cu ildə Ermənistandan köçən zaman Ərizəçi doğum haqqında şəhadətnaməsi itmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Ərizəçi anasıdır. Oğlu Nizami xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan omuşdur. X6 onun həyat yoldaşı, Nizaminin atası olmuşdur, xx.xx.2022-ci il tarixində vəfat etmişdir. 1989-cu ildə azərbaycanlıların Ermənistandan kütləvi şəkildə çıxarılması zamanı Nizaminin doğum haqqında şəhadətnaməsi itmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələri ilə müəyyən olunmuşdur ki, ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində anadan olmuş, atası X6, anası isə X5 olmuşdur. Odur ki, ərizəçinin doğumun qeyd edilməsinə dair ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunun Sarvanlar kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsinin valideynləri qrafasında atası X6, anası X1 qeyd edilsin. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-5118/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5118/2022
13.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver