Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5133/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 nömrəli əmrini ləğv edərək iddiaçını Cavabdeh Xaçmaz X8 İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər peşəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə və ilkin mediasiya sessiyası üçün ödənilən 55 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə xx.xx.2014-cü ildə Cavabdeh Xaçmaz X8 İdarəsi arasında 430 saylı əmrə əsasən əmək müqaviləsi bağlanmışdır və həmin tarixdən iddiaçı əmək fəaliyyətinə başlamışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh Xaçmaz X8 İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər kimi xidmətə başlamışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndinə əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyalarımı yerinə yetirmədiyinə görə iddiaçı ilə və ARDNŞ Cavabdeh Xaçmaz X8 İdarəsi arasında bağlanmış 430 saylı əmək müqaviləsi ləğv edilərək tutduğu peşədən azad edilmişdir. İddiaçı bildirir ki, işdən azad edilməsinə dair əmri qanunsuz və əsssız sayır. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir. Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir Tərəflərin izahatı İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatlarında bildirmişlər ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdeh iddiaçıya 1 ay əvvəlcədən xəbərdarlıq etməmiş, həmin müddəti gözləmədən iddiaçını işdən çıxarmışlar. Hazırda iddiaçı onun əmək kitabçasında işdən azad olmanın əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərildiyindən digər müəssisələrdə işə düzələ bilmir. Buna görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, 089084 nömrəli əmək kitabçasının surətindən görnünür ki, İddiaçı xx.xx.2014-cü il tarixli, 430 saylı əmrlə ARDNŞ Cavabdeh Xaçmaz RQİİ -nin Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 137/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 2246/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, Manafov X5 Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən, 2018-ci ilin iyul ayı üzrə aylıq əmək haqqının ¼ misli (25%) məbləğində cərimə edilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 400/Ü saylı “Əmək və icra intizamı haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması haqqında” əmrin surətindən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq olunması haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq olunması haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli intizam tənbeh tədbirinin tətbiq olunması haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “İntizam tənbeh tədbirinin tətbiq olunması” haqqında əmrdən görünür ki, Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı Azərbayca Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndində nəzərdə tutulmuş intizam tənbehi “töhmət” verilmişdir. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-6-483/2023 saylı xidməti yazıya əsasən Xudat təmir bərpa və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı izahat yazmaqdan imtina etmişdir. Aktın doğruluğunu Xaçmaz XS-nin XTBSX-nin xidmət rəisi E.Ə.Səlimov, mühəndis M.M.Əhmədova, usta M.L.Abiyev imzaları ilə təsdiqləmişdirlər. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ-nin Həmkarlar Təşkilatının xx.xx.2023cü il tarixli, 25 nömrəli protokolundan görünür ki, Xaçmaz RQİİ-nin X4 heyətinin iclası Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin QAİT çilingəri İddiaçı ilə bağlanmışəmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi qərara almışdır. İş materiallarında olan, Cavabdeh Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-8/3-1K-52/2023 saylı “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, idarənin Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri Manafov X5n Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, əmək funksiyasının yerinə yetirmədiyinə görə onunla bağlanmış 430 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən ləğv edilərək tutduğu peşədən azad edilmişdir. İş materiallarında olan, Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən verilən “İlkin mediasiya sessiyasından iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair və 5 manat poçt xərcini ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Həmin Məcəllənin 300.1 maddəsi ilə Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixli 430 nömrəli əmək müqaviləsinə əsasən Xaçmaz rayonu üzrə Xudat Təmir-bərpa və satış xidmətinin 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, əmək funksiyasının yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu peşədən azad edilmişdir. Məhkəmə iddiaçının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab edir ki, işgötürən tərəfindən iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qanuni və əsaslı olaraq ləğv edilmişdir. Belə ki, iş materialları ilə öz təsdiqi tapan hal o olmuşdur ki, iddiaçı barəsində vəzifə borclarını layiqincə yerinə yetirmədiyinə görə onun barəsində müxtəlif vaxtlarda intizam tənbeh tədbirinin görülməsi barəsində əmrlər qəbul edilmiş,buna baxmayaraq iddiaçı təkrarən əmək funksiyasını pozmuşdur. Məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ona 1 ay əvvəlcədən xəbərdarlıq olunmaması dəlilinə münasibətdə qeyd edir ki, Əmək Məcəlləsində əmək müqaviləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilən zaman işçinin hüquqi təminatı olaraq xəbərdarlıq müddəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə ziyan ödənilə bilməz. Odur ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barəsində hissəsi də rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən iddia tələbinin “ilkin mediasiya sessiyası üçün ödənilən 55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi də təmin oluna bilməz. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh - iddia Cavabdeh xx.xx.2023-cü il tarixli 14-2-2-8/3-1K-52/2023 nömrəli əmrini ləğv edərək iddiaçını Cavabdeh Xaçmaz X8 İdarəsinin Xaçmaz rayonu üzrə Xudat təmir bərpa və satış xidmətində 4-cü dərəcəli çilingər peşəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə və ilkin mediasiya sessiyası üçün ödənilən 55 manat dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5133/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5133/2023
08.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver