Məhkəmə qərarları › İş №2(011)-5154/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5154/2022

12.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5154/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçı1 və qeyrilərin Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı – Cavabdeh 600 manat borclu olduğu pulun, hüquq xidmətləri, dövlət rüsumuna ödədikləri 100 manat, cəmi 700 manat məbləğində pulun tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 onlara qarşı Bakı Şəhəri, Xatai rayonu, Cavanşir küçəsi 2 saylı ev, 51 saylı mənzildan istifadə hüququnun itirilmiş hesab edilmasi barada məhkəməyə müraciat etmişdir. Bakı Şəhəri Xətai rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli 2(011)-2453/2022 saylı işə baxaraq, onların Bakı Şəhəri, Xatai rayonu, Cavanşir küçəsi 2 saylı ev, 51 saylı mənzildən istifadə hüququnun itirilmasi barədə qətnamə qəbul etmişdir. Alqı-satqı zamanı cavabdeh X1 600 manat məbləğində pulları qalmışdır. Cavabdeh vəd edib ki, pasport qeydiyyatından çıxdıqdan sonra onlara 600 manat məbləğində pul verəcəkdir. Halbuki bu günə kimi onlara 600 manat ödənilməmişdir. Nəticə etibari ilə onlar ailə üzvləri ilə bərabər Bakı Şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 saylı ev, 51 saylı mənzildən qeydiyyatdan çıxıblar. Buna baxmayaraq, cavabdeh X3 onlara 600 manat məbləğində pullarını vermakdan boyun qaçırır. Tərəflərin izahatları: İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddialarının təmin edilməsini xahiş etdi. Cavabdehn məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı Şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-2453/2022 saylı qətnaməsi ilə Bakı Şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 saylı ev, 51 saylı mənzilinə dair İddiaçı1, İddiaçı2, İddiaçı3 istifadə hüquqları itirilmişdir. Satıcılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 alıcı Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar Bakı Şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 saylı ev, 51 saylı mənzili alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə əsasən satıcılar daşınmaz əmlakı 50000 manat 00 qəpik qiymətinə satdılar, alıcı isə həmin qiymətə aldı. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdələrinə götürmüşdür. Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Masallı rayonu, Türkoba kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin ******* saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı2 Masallı rayonu, Türkoba kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Bakı Şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 2 saylı ev, 51 saylı mənzili Cavabdeh 50000 manata satmışlar. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçıların pasport qeydiyyatından çıxdıqdan sonra onlara 600 manat məbləğində pul verməsi barədə vəd verməsi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı iş materialları ilə tərəflər arasında borc münasibətlərinin yaranması müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçılar tərəfindən hüquq xidmətləri və dövlət rüsumuna görə ödədikləri 100 manat məbləğində xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia isə rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan hüquq xidmətləri və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı – Cavabdeh 600 manat borclu olduğu pulun, hüquq xidmətləri və dövlət rüsumuna ödədikləri 100 manat, cəmi 700 manat məbləğində pulun tutularaq iddiaçıların xeyrinə ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar