Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5159/2020 16.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 mənzil 36 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 36 saylı mənzil xx xxxx 1985-ci ildə Bakı şəhəri X9 İcraiyyə Komitəsi tərəfindən 227466 nömrəli Orderlə iddiaçının mərhum atası X2 verilmişdir. Həmin Orderdə iddiaçının atası ilə bərabər onun ailə üzvləri kimi iddiaçının anası X1, iddiaçı, cavabdeh və iddiaçının ata nənəsi X6 göstərilmişdir. X13 həmin ünvanda qeydiyyatda olsa da, faktiki olaraq əmisi Zakir Əliyevin ailəsi ilə birlikdə başqa ünvanda yaşamış və 2000-ci ilin əvvəllərində rəhmətə getmişdir. İddiaçının atası Keykavus Əliyevlə anası Ruhəngiz Əhmədova 1971-ci ildə ailə qurmuşlar. Onların birgə nikahlarından xx xxxxxxx 1972-ci ildə İddiaçı, xx xxx 1974-cü ildə isə qardaşı hazırkı iş üzrə Cavabdeh anadan olmuşdur. Cavabdeh 1999-cu ildə Əliyeva (Müseyibova) Naibə Eldar qızı ilə faktiki ailə münasibətlərinə girərək evlənmişlər. 2000-ci ilin mart ayının 18-də onların toyu olmuşdur. Toydan sonra cavabdeh iddiaçı ilə birlikdə yaşadığı ünvan 1 mənzil 36-dan çıxaraq ailəsi ilə birlikdə daimi yaşamaq üçün başqa ünvana ünvan 2 F ünvanına köçmüşdür və bugünədək həmin ünvanda daimi olaraq fasiləsiz yaşayır. Cavabdehlə Naibə Əliyevanın birgə nikahlarından 2000-ci ilin iyun ayında oğlu Rauf, 2001-ci ildə qızı Nəzrin, 2007ci ildə oğlu Rəsul, 2015-ci ildə isə oğlu İmran anadan olmuşlar. ünvan 1 mənzil 36 ünvanında isə həmin mənzil iddiaçının atasına verildiyi gündən, yəni 1985-ci ildən bu günədək iddiaçı valideynləri ilə birlikdə yaşamışdır. Ailə həyatı qurduqdan sonra isə iddiaçı ailəsi ilə birlikdə daimi olaraq fasiləsiz həmin mənzildə yaşamaqda davam edir. xx xxxxxx 2008-ci ildə iddiaçının atası Keykavus Əliyev, xx xxxx 2019-cu ildə isə anası Ruhəngiz Əliyeva rəhmətə getmişlər. Valideynləri rəhmətə getdikdən sonra mənzil faktiki olaraq iddiaçının sahibliyindədir. Cavabdeh iddiaçının ailəsi ilə birlikdə yaşadığı ünvan 1 mənzil 36 ünvanında qeydiyyatı formal xarakter daşıyır. İddiaçı dəfələrlə cavabdehdən həmin ünvandan qeydiyyatdan çıxmasını tələb etsə də, Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək mənzildən qeydiyyatdan çıxmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X7, X3, X4 və X5 ünvan 1 mənzil 36 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan sənədlərlə təsdiq edilir ki,ünvan 1 36 saylı mənzil xx xxxx 1985-ci il tarixdə Bakı şəhəri X9 İcrayyə Komitəsi tərəfindən iddiaçının mərhum atası X2 verilmişdir. Keykavus Əliyev xx xxxxxx 2018-ci ildə vəfat etmişdir. Hazırda mübahisəli mənzil iddiaçının faktiki sahibliyindədir. İddiaçının qardaşı hazırkı iş üzrə Cavabdeh həmin mənzilə qeydiyyata düşmüşdür. Lakin o, 2000-ci ildə ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün mübahisəli mənzildən köçmüşdür. Mənzilin sahibinin ailə üzvü olan hazırkı iş üzrə cavabdeh həmin mənzildə yaşamadığı halda hazırkı günədək qeyd edilən ünvanda qeydiyyatda qalmışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranan mənzillə bağlı hüquq münasibətləri 1985-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən, icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Məhkəmə mülki iş materiallarını araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib hesab edir ki, mənzilin sahibinin ailə üzvü olan hazırkı iş üzrə cavabdeh həmin mənzildə özünün də məhkəmə iclasında etiraf etdiyi kimi yaşamadığı halda hazırkı günədək qeyd edilən ünvanda qeydiyyatda qalmışdır. Həmçinin məhkəmə hesab edir ki, xx xxxx 2000-ci il təvəllüdlü X14, xx xxxxxxx 2001-ci il təvəllüdlü X8, xx xxxxx 2007-ci il təvəllüdlü X11 və xx xxxxxxx 2015-ci il təvəllüdlü X12 həmin dövrdə cavabdehin yetkinlik yaşına çatmayan uşaqları olmaqla məhz valideyninin mübahisəli mənzildə qeydiyyatda olduğu üçün həmin ünvana qeydiyyata alınmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqlarına xitam verilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh, X7, X3, X4 və X5 ünvan 1 mənzil 36 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5159/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5159/2020
16.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver