Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-517/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məcburi pay” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı – Cavabdeh1 bağışlanmış ünvan 1 ünvanda olan mənzildən və ünvan 24 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil bağışlanana qədər Nümayəndə mülkiyyətində olmuşdur. Bu barədə ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixili məlumatında qeyd edilmişdir ki, ünvan 3 ünvanında olan mənzil mərhum X3 adına dövlət qeydiyyatına keçirilmişdir. xx.xx.1990cı il tarixdə Rəfiqə Cəfərova dünyasını dəyişmişdir. Bakı şəhər X13 İcraiyyə Komitəsinin 197814 nömrəli, xx.xx.1981-ci il tarixli orderi, 85 saylı Mənzil İstismar Sahəsinin 169 nömrəli, xx.xx.2000-ci il tarixli forma-2 arayışı, keçmiş Şaumyan rayon X13 İcraiyyə Komitəsinin 43 nömrəli, xx.xx.1981-ci il tarixli protokolu, Xətai rayon X13 İcraiyyə Komitəsinin 11/10.3 nömrəli xx.xx.1091-ci il tarixli qərarı və X1 razılıq ərizəsi nəzərə alnımaqla mənzil xx.xx.2000-ci il tarixdə Nümayəndə adına ilkin qeydiyyatdan keçmişdir. Nümayəndə qanunu nümayəndəsi, Toğrulun anası Qanuni nümayəndə ilə faktiki nikahından xx.xx.2010-cu il tarixdə azyaşlı İddiaçı anadan olmuşdur. xx.xx.2019cu il tarixdə Nümayəndə Xətai rayonu Qeydiyyat şöbəsi tərəfindən İddiaçı üzərində atalığı müəyyən edilmişdir. İddiaçı hüquqları pozulmaqla, Nümayəndə Ağamehdi oğlu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsi əsasında mübahisələndirilən mənzil övladlarından Cavabdeh1 bağışlanmışdır. Bundan başqa, Nümayəndə tərəfindən ünvan 44 nömrəli mənzil də Cavabdeh1 bağışlanmış və Fəridin adına xx.xx.2019-cu il tarixdə əmlakın dövlət reyesrindən çıxarışı verilmişdir. Hər iki mənzilin Cavabdeh1 bağışlanması nəticəsində, digər övlad və birinci növbəli qanuni vərəsə sayılan İddiaçı hüquqları, xüsusilə də yaşayış sahəsi ilə bağlı hüquqları ciddi pozulmuşdur. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış ünvan 44 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanda olan mənzildən və ünvan 44 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahış etmişdir. Məhkəmə Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb etmişdir. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmaqla, məhkəməyə çağırılsalar da, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızıdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Mənzil-Kommunal Təsərrüfatı Birliyi 85 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli № 05 saylı məktubundan görünür ki, hal-hazırda xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mənzil sahibi Cavabdeh1dur. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən MH seriyalı 173144 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsindəki 15a nömrəli yaşayış evinin 74 nömrəli mənzili Nümayəndə adına xx.xx.1998-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Ali Məhkəmənin 2(102)-4694/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2496/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 2369/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Nümayəndə ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4-Ə-1455 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş 299970 saylı çıxarışın (qeydiyyat nömrəsi: 1********) ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2496/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2369/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2-1247/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 uşağı ilə birlikdə Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi, 15 a saylı evin, 74 saylı mənzilindən çıxarılması, cavabdeh X2 həmin mənzilə mülkiyyət hüququna dair Nümayəndə adına verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, özünün həmin mənzilə mülkiyyət hüququnun tanınması və uşağı ilə birlikdə oraya qeydiyyata alınması barədə qarşılıqlı iddiasının əsassız hesab edildiyi üçün rədd edilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Onun valideynləri qrafasında atası “Nümayəndə” anası “Qanuni nümayəndə” qeyd edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1990-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1994-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında xx.xx.2021ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15a saylı evin 74 saylı mənzilni alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15a saylı evin 74 nömrəli mənzili üzərində Cavabdeh1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin 197814 nömrəli xx.xx.1981-ci il tarixli orderinə, 85 saylı Mənzil İstismar Sahəsinin 169 nömrəli xx.xx.2000-ci il tarixli forma-2 arayışına, Xətai rayon X13 İcraiyyə Komitəsinin 43 nömrəli xx.xx.1981-ci il tarixli potokoluna, Xətai rayon X13 İcraiyyə Komitəsinin 11/10.3 nömrəli xx.xx.1991-ci il tarixli qərarına və X1 razılıq ərizəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 65, 133 saylı mənzil xx.xx.2000-ci il tarixdə Nümayəndə adına ilkin qeydiyyatdan keçmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı Qanuni nümayəndə ilə Nümayəndə Ağamehdi oğlunun qeyri-rəsmi münasibətlərindən dünyaya gəlmişdir. Nümayəndə Ağamehdi oğlu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 133 saylı mənzilini və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 15 a saylı evin, 74 nömrəli mənzilini oğlu Cavabdeh1 bağışlamışdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 65 saylı evin, 133 saylı mənzilinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmiş, lakin iddiası təmin edilməmişdir. İddiaçı tərəf hazırda iddiasını İddiaçı Nümayəndə münasibətdə birinci növbəli vərəsə olduğu, bununla da ona məxsus miras əmlakdan məcburi paya sahib olması ilə əsaslandırır. Məhkəmə ilk növbədə iddianın “Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış ünvan 44 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddiaçının qeyd edilən tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İddiaçı xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin tərəfi olmadığından, onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Odur ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanda olan mənzildən və ünvan 44 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi” barədə hissəsini araşdıraraq, aşğıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli: həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi, qanunverici vərəsənin miras əmlakda olan üçüncü şəxsə bağışlanmış payının tamamlanmasını tələb etmək hüququnu iki illə məhdudlaşdırmışdır. Həmçinin, qanunverici vərəsəlik münasibətlərinin yaranması üçün mirasın açıldığı vaxtı miras qoyanın öldüyü vaxt olduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında iddiaçıya izah edilmişdir ki, bağışlama müqaviləsinin hazırkı əsaslarla mübahisələndirmək imkanının əldə edilməsi üçün əvvəlki mülkiyyətçi sıradan çıxmalı, vərəsəlik hüquq münasibətləri yaranmalı, bunlardan sonra əgər bağışlamadan iki il müddət ötürülməmişdirsə, hüquqlarının pozulduğunu güman edən şəxsin tələb hüququ yarana bilər. Məhkəmə hesab edir ki, İddiaçı Nümayəndə oğlu və birinci növbəli vərəsəsi olsa da, lakin İddiaçı Nümayəndə məxsus əmlakdan məcburi pay tələb etməsi üçün ilk növbədə vərəsəlik münasibətləri yaranmadığından, iddiaçının qeyd edilən daşınmaz əmlaklardan məcburi pay tələb etmək hüququ da yaranmamışdır. Odur ki, iddia tələbləri qeyd edilən hissələrdə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış ünvan 44 nömrəli mənzilin xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 bağışlanmış ünvan 3 ünvanda olan mənzildən və ünvan 44 nömrəli mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, həmin payların xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-517/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-517/2022
22.02.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver