Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5185/2024 22.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X9 və nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh İB-də xx.xx.2008-ci il tarixdən çalışmışdır. İşlədiyi dövr ərzində 3-cü dərəcəli nəzarətçi, 3-cü dərəcəli çilingər, qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, qəza dispetçer xidmətinin 10-cu dərəcəli usta, qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingər, sayğacların müayinəsi laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər əmək funksiyalarını yeriə yetirmişdir. 26 iyun 2018-ci il tarixdə gecə vaxtı, vəzifəsini icra etdiyi zaman, abonentin yaşayış evində qaz sızmasını aradan qaldıraraq yıxılmış, nəticədə ciddi və çoxsaylı baş və bədən xəsarətləri almış və ona İİ qrup əlillik təyin olunmuşdur. 2019-cu il tarixdən yaranmış xəstəliyi ilə əlaqədar olaraq Cavabdeh X1 Departamentinin sayğacların müayinəsi laboratoriyasına, çilingər peşəsinə keçirilmişdir. Səhhəti ilə əlaqədar olaraq mütəmadi müalicə olunmağına zərurət olmuşdur. İşəgötürən xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq iddiaçını xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad etmişdir. İddiaçı şikayətlə əmək müfəttişliyinin xidmətinə müraciət etmiş, həmin qurumun araşdırması vaxt aparmış və sonra iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. Birinci və apellyasiya instansiyaları məhkəmələri iddiaçının xeyrinə (işə bərpa edilməsinə dair) qətnamə qəbul etmişdir. Lakin yuxarı məhkəmə instansiyası iddia müddətinin ötürülməsinə görə əvvəl xeyrinə qəbul edilmiş qərarları ləğv etmişdir. İddiaçının himayəsində 3 azyaşlı uşaqları vardır. Özü daimi dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində iddiaçı əmək qabiliyyətinin 70 faizini itirmişdir. Maddi vəziyyəti dözülməz səviyyəyə çatmış, iddiaçı işlə təmin olunmasa uşaqlarını və özünü dolandıra bilməz. İddiaçı göstərilənləri, istehsalatda alınmış xəsarətlərini nəzərə alaraq, səhhətinə uyğun Cavabdeh İB-də onu iş yeri ilə təmin edilməsi vəzifəsinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı, onun nümayəndəsi X9 və nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclası barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun vəkilinin, həmçinin onun nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında 13 iyul 2018-ci il tarixli 02 nömrəli aktın surətindən görünür ki, Təmir Tikinti İdarəsinin Qəza Təmir Bərpa Sahəsinin 1 saylı qəza təmir bərpa xidmətinin işçiləri 2018-ci il iyun ayının 25-dən 26-na keçən gecə saat 20:00-da növbədə işə gəlmişlər. X3 işçiləri işdən öncə təhlükəsiz işləmələri barədə təlimat keçir və naryad buraxılış alaraq vərəqləri imzalatdırmış, sonra “104” xidməti tərəfindən verilən çağırışları izah edərək iki briqada təşkil etmişdir. Briqadalar arasında iş bölgüsü apardıqdan sonra onlar üçün ayrılmış avtomobillərə əyləşərək siyahı üzrə abonentlərlə əlaqə yaradaraq onların ünvanlarına getmişlər. Bir neçə ünvana baxış keçirdikdən sonra ünvan 1 ünvanda 2 mərtəbəli evin 2-ci mərtəbəsində qaz plitəsinə gedən qaz xəttində sızma aşkar etmişlər. Çilingər İddiaçı mənzildə qaz sızmasını aradan qaldırdıqdan sonra mənzildən bayıra çıxaraq məhəccən olmayan beton pilləkənlərlə aşağı düşməyə başlamış, pilləkənlərlə 1-ci mərtəbəyə düşərkən pillələr dönmədə də davamlı olduğundan İddiaçı pillələri dönmədən düz hərəkət etmiş və nəticədə yerə beton pillələrin üstünə düşmüşdür. Hündürlükdən yıxılarkən sağ qolu beton pillələrin arasına keçərək biləkdən sınmış və sağ ayağından sınıq xəsarətləri almışdır. İş materiallarında olan 29 yanvar 2019-cu il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlilliyi olmaqla, ona kəllədaxii travmaların nəticələri, QKBT. Baş beynin sağ yarımkürəsinin alın payının əzilməsi, sağ mil bilək oynağının sınıqçıxığı, sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları, oynaqların kontrakturası, sağ düz və mil bilək oynağının postravmatik kontrakturası, eşitmənin dəqiqləşdirilməmiş nerosensor tipli itirilməsi, İV dərəcli karlıq, eşitmə sinirinin travması, sol tərəfi postravmatik koxlear nevrit. Postravmatik ensefolopatiya. Ağ ciyərin digər travmalarıı. Ağ ciyərlərin sıxılması, bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı, sağ bud sümüyünün intramedulyar osteosintez və skafoid asteosintezi əməliyyatlarından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarının və alın cibinin alt divarının bitişmiş sınığı, Ou-Miopliya.VİS OD=0.VİS OS=1.0 Digər ensefalit, mielle və ensefolomlelit, postravmatik stress, asteno-depressiv təzahürlər, vegetativ disfunksiya diaqnozu qoyulmuş, əlilliyin səbəbi əmək zədəsi olmuşdur. İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 09 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdehnə ünvanlanmış Birlik tərəfindən hüquqlarının pozulması və qanunvericiliyin tələblərinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əlil olduğu nəzərə alınaraq işlə təmin olunma barədə 08.01,2024-cü il tarixli, 14-2-2/1-S- 1xx-xx/2024 nömrəli müraciətə baxılmışdır. Birliyin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işlədiyi müddətdə İddiaçı tərəfindən əmək vəzifələri kobud şəkildə pozulmuş, yəni, heç bir üzürlü səbəb olmadan xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək işə gəlməmiş və bununla bağlı heç bir təsdiqedici sənəd təqdim edilməmişdir. Cavabdeh İB-nin müvafiq əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) bəndinə əsasən ləğv edilmişdir. Bundan sonra, İddiaçı tərəfindən Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Xətai Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 2(011)-3670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birlik tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8776/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Birlik tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1005/2022 nömrəli qərarı ilə təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sözügedən qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3733/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Birliyin apellyasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3733/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4869/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3733/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə İddiaçı “Azəriqaz" İB-dən xeyrinə maddi və mənəvi zərərin əvəzi olaraq 1000.000 (bir milyon) manat pulun tutulmasına dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(011)-2223/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq mənəvi zərərə görə 25000 manat pulun İB-dən alınaraq ona ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5505/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və həmin məhkəmə qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsində icraata qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuşdur ki, əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədi ilə X7 tərtib olunur və həmin proqramın hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydasını nüvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qanunun 11.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 519 nömrəli qərarı ilə X4 hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası" Qayda) təsdiq edilmiş və Qaydanın tələblərinə uyğun olaraq “Fərdi proqram” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları (TSEK) tərəfindən Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş məzmunda hazırlanaraq təsdiq edilir. Əlilliyin müəyyən edilməsi tarixindən 10 (on) iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi (MEİS) üzərindən əlilliyi olan şəxsin və ya onun qanuni nümayəndəsinin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və ya mobil tətbiqlər vasitəsilə və s.) “Fərdi proqram”ın hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. TSEK əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır. “Fərdi proqram" əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur. “Fərdi proqram” hazırlanan zaman əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin fikirləri nəzərə alınır. Hazırlanmış “Fərdi proqram” Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində xüsusi bölmədə (əlilliyi olan şəxsin fərdi məlumatları, orqanizmin funksiyalarının pozulması faizi, səbəbi, müddəti, “Fərdi proqram’ın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti) əks olunur. “Fərdi proqram” üzrə müəyyənləşdirilmiş tədbirlərin həyata keçirilməsi üçün “Fərdi proqram”dan çıxarış bu tədbirlərin icraçısı kimi müəyyənləşdirilmiş icraçılara göndərilir. “Fərdi proqram’da müəyyənləşdirilmiş tədbirlər üzrə görülmüş işlərə dair məlumat icraçılar tərəfindən rübdə bir dəfədən az olmayaraq TSEK-ə təqdim edilir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsin tərəfindən X6 (12 saylı Vəkil bürosuna) ünvanlanmış 28 dekabr 2023cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar, tərəflərindən işəgötürən Cavabdeh baş direktoru X10 barəsində, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, MN ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərar ilə razılaşmayan X10 şikayət ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 20 may 2021ci il tarixli, 3(003)-744/2021 nömrəli qərarı ilə şikayət təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan tərəflərindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1715/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə tərəflərindən verilmiş şikayət təmin ediməmiş, Xəzər Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 3(003)-744/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı 20 may 2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı işdən azad olunmağı barədə Cavabdeh xx.xx.2020-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Cavabdeh X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasına nəzarətölçü cihazları və avtomatika üzrə çilingər vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxmaya müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8776/2021 saylı 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1005/2022 saylı 28 fevral 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8776/2021 saylı 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. Həmin qanunun 22.1-ci maddəsinə əsasən dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir. Həmin qanunun 22.2-ci maddəsinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Həmin qanunun 22.4-cü maddəsinə əsasən bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Həmin qanunun 22.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. Həmin qanunun 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Həmin qanunun 24.2-ci maddəsinə əsasən bu Qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir. Həmin qanunun 24.4-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı 2008-ci il tarixdən başlayaraq Cavabdeh İB-də müxtəlif vəzifələrdə işləmiş, 13 iyul 2018-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə baş vermiş, nəticədə iddiaçı çoxsaylı baş və bədən xəsarətləri almışdır. 29 yanvar 2019-cu il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı ikinci dərəcəli əlilliyi olmaqla, ona kəllədaxii travmaların nəticələri, QKBT. Baş beynin sağ yarımkürəsinin alın payının əzilməsi, sağ mil bilək oynağının sınıq-çıxığı, sağ mil və dirsək sümüklərinin bitişmiş sınıqları, oynaqların kontrakturası, sağ düz və mil bilək oynağının postravmatik kontrakturası, eşitmənin dəqiqləşdirilməmiş nerosensor tipli itirilməsi, İV dərəcli karlıq, eşitmə sinirinin travması, sol tərəfi postravmatik koxlear nevrit. Postravmatik ensefolopatiya. Ağ ciyərin digər travmalarıı. Ağ ciyərlərin sıxılması, bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı, sağ bud sümüyünün intramedulyar osteosintez və skafoid asteosintezi əməliyyatlarından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarının və alın cibinin alt divarının bitişmiş sınığı, Ou-Miopliya.VİS OD=0.VİS OS=1.0 Digər ensefalit, mielle və ensefolomlelit, postravmatik stress, astenodepressiv təzahürlər, vegetativ disfunksiya diaqnozu qoyulmuş, əlilliyin səbəbi əmək zədəsi olmuşdur. İddiaçı bundan sonra Cavabdeh İB-yə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3670/2021 saylı 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilsə də, sonradan həmin qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarını və işin faktiki hallarını, nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əlilliyinin olması iş materialları ilə təsdiq edildiyindən, iddiaçı istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun iş yeri ilə təmin edilməsi ilə bağlı işə götürənə müraciət etsə də, cavabdeh təşkilat bundan imtina etdiyindən və qanunvericiliklə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X5 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borclu olduğundan, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun Cavabdeh İB-də iş yeri ilə təmin edilməsi vəzifəsi Cavabdeh İB-yə həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun Cavabdeh İB-də iş yeri ilə təmin edilməsi vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5185/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5185/2024
22.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver