Məhkəmə qərarları › İş №2(011)-5206/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5206/2023

02.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5206/2023 02.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx xxxx 1976-cı il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyad qrafasında “Nəsibova”, ad qrafasında “Xatirə”, ata adı qrafasında “Musa qızı”, doğum tarixi “xx.xx.1976-cı il”, doğulduğu yer “Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində”, ata qrafasında “X6”, ana qrafasında “X3”, milliyəti “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxx 1976-cı il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində anadan olmuşdur. Həmin vaxt ərizəçiyə doğum haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və bu barədə ərizəçiyə şəxsiyyəti təsdiq edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Hal-hazırda doğum şəhadətnaməsinin olmaması ərizəçiyə çətinliklər yaradır. Doğum haqqında şəhadətnamə qaçqın düşdüyü zaman qarışıqlıq vəziyyətində itmişdir. Hal-hazırda doğum haqqında şəhadətnamənin olmaması ərizəçiyə problemlər yaradır. Belə ki, ərizəçinin adına hər hansı bir sənədləşmə işi aparılarkən doğum haqqında şəhadətnamə tələb olunur. Lakin doğum haqqında şəhadətnamə itdiyi üçün ərizəçi onu təqdim edə bilmir. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət olunsa da, 16 iyun 23-cü il tarixli, 3-16-5/8- 13-795 saylı cavab məktubuna əsasən doğum haqqında şəhadətnaməni bərpa etmək mümkün olmamış və sənədlər təqdim edilmədiyi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşıdır və şəxsiyyətini təsdiq edən sənədi də vardır. Hal-hazırda ərizəçinin doğum haqqında şəhadətnaməsinin olmaması ona problemlər yaradır. Buna görə də doğumun qeyd edilməsi faktının müəyyən olunması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi xx xxxx 1976cı il tarixində Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə, doğum haqqında akt qeydində soyad qrafasında “Nəsibova”, ad qrafasında “Xatirə”, ata adı qrafasında “Musa qızı”, doğum tarixi “xx.xx.1976-cı il”, doğulduğu yer “Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində”, ata qrafasında “X6”, ana qrafasında “X3”, milliyəti “azərbaycanlı” qeyd edilməsinə dair qətnamə qəbul edilməsini qanunauyğun hesab edir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1976-cı il tarixdə doğulmuş ərizəçi 25 yanvar 1997-ci il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq: • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən bildirilmişdir ki, Ərizəçi (Nəsibovanın) doğumu barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində hər hansı məlumat aşkar edilməmişdir; • Milli Arxiv İdarəsi Dövlət Arxivi tərəfindən bildirilmişdir ki, Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsinin sənədləri qismən olaraq 1920-ci ilfən 1947-ci ilədək təhvil verildiyindən xx xxxx 1976-cı il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydinin axtarışının aparılması imkan xaricində olmuşdur; • Xətai Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş Ərizəçi adına sənədləşən fərdi uçot kartoçkasının surətindən görünür ki, ərizəçi xx xxxx 1976-cı il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində anadan olmuş, 25 yanvar 1997-ci il tarixdə X2 ilə ailə həyatı qurmuşdur. Onun atası Nəsibov Musa, anası Nəsibova Gülxanımdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi müraciətinə əsasən ona ünvanlanmış 16 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarından görünür ki, X3 ərizəçinin anasıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilməli, xx xxxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməli, həmin akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində”, “doğum tarixi” qrafasında “xx.xx.1976-cı il”, “ata adı” qrafasında “X6”, “ana adı” qrafasında “X3”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxx 1976-cı il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Kalinino rayonu, Petrovka kəndində”, “doğum tarixi” qrafasında “xx.xx.1976-cı il”, “ata adı” qrafasında “X6”, “ana adı” qrafasında “X3”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar