Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5208/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı cavabdehin Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 47 saylı evin, 11 saylı mənzilinə dair istifadə hüququ olmayan hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, X3 cavabdeh X5 ilə 24.07.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşdular. Uzun illər birgə yaşadıqdan sonra tərəflərin nikahı Xətai Rayon Məhkəməsinin 20.10.2016-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Daha sonra İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ila Xətai Rayon Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə 03.02.2016-ci il tarixdə dəqiqləşmə verərək birgə nikah dövründə əldə olunmuş “Kia Sportage” markall, ** DB *** dövlət qeydiyyat nişanlı və “X11” markalı, ** UB *** dövlət qeydiyyat nişanlı avtomobillərin, Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti, 47 saylı evin, 2 saylı mənzilinin, Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti, 47 saylı evin, 11 saylı mənzilinin Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti, 32A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 830 ünvanında yerləşən mağazaya satılması üçün alınan külli miqdarda dəyəri olan elektrik ləvazimatlarının, ünvan 3 ünvanında yerləşən 3 mərtəbəli həyət evinin əmlak bölgüsünə tabe tutularaq bərabər əsaslarla bölünməsi, sentyabr ayından məhkəmə qətnaməsi çıxarılan günə qədər ünvan 4 ünvanında yerləşən 2 saylı evin 11 saylı mənzillərdən əldə olunan kirayə haqqının hesablanaraq bərabər bölünməsi və üzərində “Apaydın” yazısı olan qolbağın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-804/2016 saylı, 15 mart 2016-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1249/2018 saylı, 08.02.2018-ci ıl tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qisman tamin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 201 6-ci il tarixli 2(011)-804/2016 saylı qətnaməsinin ləğv edilməsi, tərəflərin birgə nikah dövründə əldə edilmiş ümumi paylı mülkiyyətində olan əmlakların bölünərək bazar dəyəri 54600 manat olan ünvan 4 ünvanında yerləşən 11 saylı mənzil və bazar dəyəri 51550 manat olan “X11” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam mülkiyyət hüququ ilə İddiaçı, bazar dəyəri 74500 manal olan ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin və bazar dəyəri 17400 manat olan “Kia Sportage” markalı, ** DB *** dövlaı qeydiyyaı nişanlı avtomobilin cavabdeh X4 tam mülkiyyət hüququ ilə verilməsi, iddiaçıya verilmiş amlakların dəyəri ilə cavabdehə verilmiş əmlakların dəyəri arasındakı 14250 manat fərqin iddiaçıdan cavabdehin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən hər iki tərəfin verdiyi kassasiya şikayətləri təmin edilməmiş, qətnamə 06.07.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və 03.08.2018-ci il tarixdə icraya yönəldilmişdir. X4 münasibətdə qətnamə dərhal icra olunmuş, ona verilməli əmlaklar və pul vəsaiti iddiaçıdan alınıb ona verilmiş, lakin İddiaçıa münasibətdə qətnamənin icrasında qarşı tərəf çətinliklər yaratmışdır. Ona görə də Xətai Rayon İcra va Probasiya şöbəsi 02.11.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciat edərək Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1249/2018 saylı, 03.08.2018-ci il tarixli icra sənədinə izah verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(lO3)-1249/2018 saylı, 25.11.2020-ci il tarixli qarardadı ila Bakı Şəhəri Xətai Rayon İcra va Probasiya şöbəsinin ərizəsi təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1249/2018 saylı, 03.08.2018-ci il tarixli icra sənədinə aşağıdakı kimi izah verilmişdir: İşə baxılarkən iddia tələbi ar-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi olduğundan iddianın təmin olunması barədə qətnamə həm əmlaklar üzərində tərəflərin hər birinin mülkiyyət hüququnun qeydiyyatına alınmasını, həm də amlakların bir tərəfdən alınaraq digər tərəfə faktiki sahibliyinə verilməsini nəzərdə tutur. Bundan sonra 21.04.2021-ci il tarixdə qətnamə icra olunmuş. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 47 saylı evin 11 saylı mənzilin açarlarını X6 icra şöbəsində şəxsən təqdim etmiş, mənzil İddiaçıa təhvil verilmiş va buna dair akt tərtib olunmuşdur. Göründüyü kimi cavabdehin mülkiyyətində mənzil olmasına baxmayaraq iddiaçıya maxsus manzildə pasport qeydiyyatında qalmışdır. Cavabdeh həmin mənzilə 2011-ci ildə pasport qeydiyyatına düşmüşdür. Lakin o vaxtdan bəri cavabdeh bir gün də olsun həmin mənzildə yaşamamışdır. Həmin mənzili onlara kirayəyə vermişdirlər. Cavabdeh uzun illərdir ki, övladları ilə birgə Xətai rayonu, Gəncə prospektində yerləşən 47 ünvanında yerləşən 2 saylı mənzildə yaşamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin Mülkı kollegiyasının 2(103)-1249/2018 saylı, 08.02.201 8-ci ıl tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti qisman təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli 2(011)-804/2016 saylı qətnaməsinin ləğv edilməsi, tərəflərin birgə nikah dövründə əldə edilmiş ümumi paylı mülkiyyətində olan əmlakların bölünərək bazar dəyəri 54600 manat olan ünvan 4 ünvanında yerləşən 11 saylı mənzil və bazar dəyəri 51550 manat olan “X11” markalı, **- UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam mülkiyyət hüququ ilə İddiaçı, bazar dəyəri 74500 manat olan ünvan 4 ünvanında yerləşən 2 saylı mənzilin və bazar dəyəri 17400 manat olan “Kia Sportage” markalı, ** DB *** dövlət qeydiyyət nişanlı avtomobilin cavabdeh X4 tam mülkiyyət hüququ ilə verilməsi, iddiaçıya verilmiş əmlakların dəyəri ilə cavabdehə verilmiş əmlakların dəyəri arasındakı 14250 manat fərqin iddiaçıdan cavabdehin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən hər iki tərəfin verdiyi kasasiya şikayətləri təmin edilməmiş, qətnamə 06.07.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və 03.08.2018-ci il tarixdə icraya yönəldilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1249/2018 saylı, 03.08.2018-ci il tarixli icra sənədinə aşağıdakı kimi izah verilmişdir: İşə baxılarkən iddia tələbi ar-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi olduğundan iddianın təmin olunması barədə qətnamə həm əmlaklar üzərində tərəflərin hər birinin mülkiyyət hüququnun qeydiyyatına alınmasını, həm də əmlakların bir tərəfdən alınaraq digər tərəfə faktiki sahibliyinə verilməsini nəzərdə tutur. Bundan sonra 21.04.2021-ci il tarixdə qətnamə icra olunmuş. Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən 47 saylı evin 11 saylı mənzilin açarlarını X6 icra şöbəsində şəxsən təqdim etmiş, mənzil İddiaçıa təhvil verilmiş və buna dair akt tərtib olunmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən 47 saylı evin 11 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində tam pay ilə İddiaçı xüsusi mülkiyyəti kimi 03.12.2019-cu ildə qeydiyyata alınmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu Gəncə prospektində yerləşən 47 saylı evin 11 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində tam pay ilə İddiaçı xüsusi mülkiyyəti kimi 03.12.2019-cu ildə qeydiyyata alındığını, tərəflərin isə həmin tarixə boşanmış olduqlarına görə cavabdeh Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsində müəyyən edilmiş şəxslərin dairəsinə daxil olmadığından onun mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Odur ki, iddia təmin edilərək Cavabdeh Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 47 saylı evin, 11 saylı mənzilinə dair istifadə hüququ olmayan hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. X1 Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 47 saylı evin, 11 saylı mənzilinə dair istifadə hüququ olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5208/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5208/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver