Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5224/2025 03.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının qeyd edilməsinin məhkəmə tərəfindən müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Krasnesolo rayonu, Toxluca kəndində doğulmasının qeyd edilməsinin məhkəmə tərəfindən müəyyən edilməsi barədə doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistanın Krasnesolo rayonu, Toxluca kəndində anadan olmuşdur. 1988-ci ildə Ermənistandan ailəlikcə məcburi şəkildə Bakı şəhərinə köçmüşlər. Hal-hazırda Ərizəçi Ermənistanın Krasnesolo rayonu, Toxluca kəndindən məcburi köçkün kimi Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 3-də məskunlaşaraq öz ailəsi ilə birlikdə yaşayır. 1988-ci ildə yaşadıqları yurd-yuvalarından çıxarkən didərgin düşmüşlər və sənədlərini evlərindən götürə bilməmişlər. 1988-ci ildə erməni işğalçıları Azərbaycanın rayonlarını işğal etməyə başlayarkən Azərbaycanlıların hamısı qaçqın düşmüşdür. Artıq məlum səbəblərə görə Ermənistana gedə bilmir və bu səbəbdən də doğum haqında şəhadətnaməsinin surətini ala bilmir. Yenidən təkrar doğum haqqında şəhadətnamə almaq üçün 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişdir və imtina edilərək aidiyyətı üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Mərhum atası X8 xx.xx.1985-ci il tarixdə Krasnesolo rayonu, Toxluca kəndində, mərhum anası X6 isə xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmişlər. 6 saylı Bakı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə uyğun izahatlar vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçi onun kiçik bacısıdır. O, bildirmişdir ki, ərizəçi 1966-cı ildə Ermənistanın Krasnesolo rayonu, Toxluca kəndində anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Ərizəçi onun kiçik bacısıdır. O, ərizəçinin xx.xx.1968-ci il tarixdə, Ermənistan SSR, Toxluca kəndində anadan olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı oluduğundan qismən təmin edilməlidir. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan AZ № 657995 saylı, xx.xx.2014-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixində Bakı şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 156 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Arazova (Nəbiyeva) Xüvlər Cəfər qızı xx.xx.1952-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan X3 məxsus şəxsiyyət vəsiqəsinin (seriya AZE ********) surətindən görünür ki, o, XX.XX.1929-cu ildə Ermənistan, Krasnoselo rayonu, Toxluca kəndində anadan olmuşdur. SSSR vətəndaşının 553904 saylı pasportunun surətindən görünür ki, X8 1913-cü ildə Ermənistan SSR Krasnoselo rayonunda anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nəbiyeva (Məmmədova) Mahirə İsa qızı ilə X2 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar. Arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin (seriya AA*******) surətindən görünür ki, o, xx.xx.1966-cı ildə Ermənistanda anadan olmuşdur. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi (nikahadək soyadı “Nəbiyeva”) xx xxxxxx 1966-cı il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda anadan olmuşdur, atası X8, anası isə X4r. Odur ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində valideynləri qrafasında atası X8, anası X1 qeyd edilməklə, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi Məmmədova (Nəbiyeva) Mahirə İsa qızının ərizəsi təmin edilsin. X5 xx xxxxxx 1966-cı il tarixdə Ermənistan SSR, Krasnoselo rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X8 (milliyyəti azərbaycanlı), ana qrafasında X7 (milliyyəti azərbaycanlı) göstərilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5224/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5224/2025
03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver