Məhkəmə qərarları › İş №2(011)-5241/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5241/2022

08.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5241/2022 08.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Ərizəçi1, Ərizəçi2 nümayəndəsi X7 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair" JN-58İA nömrəli (KOD ********) şəhadətnamənin mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X3 qeyd olunmuş şəxsin Ərizəçi2 olması və 3-cü sətrində X2 qeyd olunmuş şəxsin X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Ərizəni onunla əsaslandırmışdırlar ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-581A nömrəli (KOD ********) şəhadətnaməyə əsasən onlara Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə 0,16 hektar torpaq sahəsi ayrılmışdır. Həmin şəhadətnamədə mülkiyyətçilərin adları qeyd olunmuş qrafanin 1-ci sətrində Ərizəçi2 adı yanlış olaraq X3, 3-ci sətrində X4 adı yanlış olaraq X2 qeyd olunmuşdur. Ad və ala adlarıda yalnış olduğu üçün qeyd olunan torpaq sahəsinə dair çıxarışı əldə edə və torpaq sahəsi üzərində sərəncam verə bilmirlər. Düzəliş edilməsi xahişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Orazi İdarəsinə müraciət etsələr də, idarə tərəfindən ünvanlanmış məktubla düzəlişin edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi X12 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçilər - Ərizəçi1 onun anası, Ərizəçi2 babasıdır. Qeyd olunan sənəddə anasının adı yanlışlıqla Səbinə kimi, babasının adı isə Məhəmədəli kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayeva Məhəmmədəli qızı ifadəsində göstərdi ki, ərizəçilər - Ərizəçi1 onun bacısı, Ərizəçi2 isə atasıdır və torpağın mülkiyyətə verilməsinə dair sənəddə bacsının adı yanlışlıqla Səbinə kimi, atasının adı isə Məhəmədəli kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Ərizəçi1 yeznəsidir. Qaynanasının adı Səminədir, lakin, sənəddə adı yanlışlıqla Səbinə kimi yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-581A nömrəli (KOD ********) şəhadətnamədən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 53 saylı qərarı ilə 1-ci sətirdə göstərilmiş Ərizəçi2, 2-ci sətirdə göstərilmiş Mustafayeva (Məmmədova) Almas Məmmədəli qızı və 3-cü sətirdə göstərilmiş Mustafayeva (Məmmədova) Sənıinə Məmmədəli qızına Şəmkir rayonu, Çənlibel kəndində 0,16 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Şəhadətnamədə ərizəçi X6 adı “Səbinə”, atasının adı “Məhəmmədəli” kimi, Ərizəçi2 adı “Məhəmədəli”kimi qeyd edilmişdir. AA4194304 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi X1 “Məmmədova”, adı “Səminə”, atasının adı “Məhəmmədəli” kimi qeyd edilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 soyadı “Mustafayev”, adı “Məmmədəli”, atasının adı “Namaz” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Orazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********91 saylı məktubundan görünür ki, ərizəçilərin xx.xx.2022-ci il tarixli müraciətinə baxılmış və bildirilmişdir ki, X10 və ailə üzvlərinə məxsus olan, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş JN-581 A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə’’də səhv yazılmış adlara və ata adına düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Odur ki, aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının MPM-nin 307.2 və 307.2.5-ci maddələrinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki “Torpağın mülkiyyətə verilməsinə dair" JN-58İA nömrəli (KOD ********) şəhadətnamədə, mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X3 qeyd olunmuş şəxsin Ərizəçi2 olması və 3-cü sətrində X2 qeyd olunmuş şəxsin X8 olması faktı müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T Dİ : Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair" JN-58İA nömrəli (KOD ********) şəhadətnamədə, mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 1-ci sətrində X3 qeyd olunmuş şəxsin Ərizəçi2 olması və 3-cü sətrində X2 qeyd olunmuş şəxsin X8 olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar