Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5244/2022 13.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X7 qızının katibliyi, İddiaçılar İddiaçı2 Nəcməddin oğlunun, İddiaçı1, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlunun Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Nəcməddin oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 260.000 manat pulun və ödədiyi 565 manat dövlət rüsumunun alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar cavabdehin mərhum həyat yoldaşı X4 ilə 10 may 2017-ci il tarixdə Bakı şəhərində 3 tərəfli müqavilə bağlamışlar. Həmin müqavilənin 3-cü tərəfi isə İddiaçı2 idi. X4, İddiaçı2 və İddiaçı1 arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasından gələn gəlir və qazancların müqavilədəki tərəflər üzrə düzgün bölüşdürülməsi və ona birgə nəzarəti həyata keçirmək üçün öz aralarında razılığa gələrək müqavilə bağlamışlar. Binanın tikiləcəyi yer olan torpaq sahəsi üçüncü tərəf İddiaçı2 istifadəsində olmuş və həmin torpağı şəxsən özü 360.000 manata almışdır. X1 bu işə hələlik heç bir pul yatırmamışdır. Şərtə görə torpağı İddiaçı2 təklif etmiş, İddiaçı1 8 mərtəbəli binanın 4 mərtəbəsinin tikilmə xərcini çəkmiş və son 4 mərtəbəsini isə mərhum X4 maliyyələşdirməli olmuşdur. 10 may 2017-ci il tarixdə 3 tərəfli müqavilə bağlanan zaman İddiaçı2 360.000 manata aldığı torpaqda binanın tikilməsi üçün razılıq verərək müqavilənin 3-cü tərəfi olmuşdur. İddiaçı1 həmin binanın 4-cü mərtəbəsini tikib başa çatdırandan sonra X3 bildirmişdir ki, artıq öz işlərini tamamlayır, 4-cü mərtəbədən 8-ci mərtəbəyə qədər tikintini yekunlaşdırmaq üçün maliyyə vəsaiti istəmişdir. X1 bəhanə gətirərək vaxtı uzatmışdır. İddiaçılar Cavabdeh mərhum həyat yoldaşı olan X2 yerinə pul vəsaiti qoyaraq binanın 8-ci mərtəbəsini tamamlamışlar. Bundan sonra da X4 heç bir vəsait xərcləməmiş, iddiaçılar binanın daxilini və xaricini binada yaşayış üçün və sakinlərə təhvil vermək məqsədilə öz hesablarına təmir etdirmişlər. Əlavə olaraq binaya qazın, suyun və işığın verilməsi üçün vəsait xərcləmişlər. Sonda isə mənzillərin kanalizasiya sisteminin qoşulmasını təmin etmişlər. İddiaçılar ünvan 1 ünvanda 8 mərtəbəli yaşayış binasının təmir tikinti işlərinin tam başa çatdırılmasına ümumilikdə torpağın alınmasından əlavə 1.260.000 manat pul xərcləmişlər. Həmin puldan 800.000 manatını İddiaçı2, qalan 460.000 manatını isə İddiaçı1 xərcləmişdir. Cavabdeh mərhum həyat yoldaşı olan X4 isə heç bir pul xərcləməmişdir. İddiaçılar artıq bütün mənzillər satıldıqdan sonra əldə olunmuş qazancdan 40.000 manat və 18.000 manatdan əlavə 198.000 manat X3 pul vermişlər və əlavə olaraq 105 kv.m olan 3 otaqlı tam əla təmirli mənzili də ona vermişlər. İddiaçılar tikdikləri binanın sağ hissəsində olan 0,13 ha torpaq sahəsini özəlləşdirə bilməmişlər. X4 onlara MTN-də yüksək vəzifədə işləyən qohumunun olduğunu və həmin torpaq sahəsini özəlləşdirə biləcəyini bildirərək onlardan 260.000 manat pul istəmişdir. İddiaçılar 26 yanvar 2020-ci il tarixdə razılaşaraq X3 260.000 manat pul vermişlər. Nurəddin Abdullayev iddiaçılara 3 ay müddətində torpağı onların adına özəlləşdirəcəyini bildirmişdir. Lakin 3 ay keçdikdən sonra ondan bir xəbər çıxmamışdır. İddiaçılar verdikləri pulu ondan geri tələb etmişlər. İddiaçılar pulu almaq üçün onun evinə getdikdə 25 dekabr 2020-ci il tarixdə qonşuları onun öldüyünü bildirmişlər. Onun ölümündən 10 gün sonra iddiaçılar onun evinə gedərək 260.000 manatı tələb etmişlər. Mərhumun həyat yoldaşı Cavabdeh bir neçə gün vaxt istəmiş, pulu evdən tapıb geri qaytaracağını bildirmişdir. Lakin üzərindən təxminən 2 ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh həmin pulu iddiaçılara qaytarmamışdır. İddiaçılar Bakı şəhəri 40 saylı Notariat Ofisinə müraciət etmiş və 08 iyul 2021-ci il tarixli sorğuya cavabda 23 dekabr 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsinin onun arvadı Cavabdeh kimi tanınması bildirilmişdir. Məhkəmə iclasında İddiaçı2 Nəcməddin oğlu, İddiaçı1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçıların və şahid qismində dindirilmiş İsa Nurəddin oğlunun izahatlarından müəyyən edilmişdir ki, hazırkı məhkəmə araşdırmasından öncə iddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmişlər. Məhkəmə tərəfindən tərəflərin istinad edilən qurumda olan izahatlarının surətlərinin və toplanmış iş materiallarının məhkəməyə təqdim olunması ilə bağlı sorğu edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparıldığı və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsinin tövsiyyə olunduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəmənin sorğusuna dolğun şəkildə cavab verməməsi işin araşdırılmasına maneə yaratmamışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı1 bildirmişdir ki, istinad olunan quruma o özü və hazırkı iş üzrə cavabdeh olan Cavabdeh adından onun nümayəndəsi qismində oğlu İsa Nurəddin oğlu dəvət edilmişdir. Orada onların izahatları alınmış və sonuncu pulun onun atasına verilməsini öz izahatında təsdiq etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid İsa Nurəddin oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu, izahat verdiyini inkar etməsə də, pulla bağlı ifadə verdiyini qəbul etməmişdir. Halbuki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi məktubdan da görünür ki, istinad olunan qurumda araşdırmalar aparılmış və İddiaçı1 müraciətində əks olunanlar təsdiqini tapmadığından, yəni tərəflər arasında olan münasibətlərin cinayət xarakterli olmadığı qənaətinə gəlinərək mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Yuxarıda istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, tərəflərin həqiqətən də istinad olunan qurumda izahatları alınmış, lakin onlar istinad olunan izahatları məhkəməyə təqdim etməmişlər. Belə qənaətə gəlmək üçün məhkəməyə həm də o hal əsas verir ki, məhkəmə iclasında izahatı alınmış İsa Nurəddin oğlu “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində etirafedici ifadə yazmamışam. Əgər yazmışamsa rəsmi sübutları təqdim edin.” kimi ifadə vermişdir. İşin araşdırılması zamanı iddiaçı tərəf məhkəməyə izahat verərək bildirmişdir ki, X4 öldükdən sonra onun ailə üzvü İddiaçı1 101.4 kv.m-dən ibarət Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 25G, 9 saylı mənzili təklif etmiş, həmin mənzilin 150.000 manat məbləğində qiymətləndirilməsini və yerdə qalan vəsaitin hissə-hissə ona ödəniləcəyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəf cavabdehin əmlak vəziyyəti ilə bağlı olan sübutları məhkəmyəə təqdim etmiş və qeyd etmişdir ki, istinad olunan əmlakların hamısı X2 vəfatından sonra əldə olunmuşdur. Bu halın özü də ona dəlalət edir ki, Nurəddin Abdullayev öldükdən sonra onun tərəfindən verilən vəsait onun ailəsi tərəfindən sərf edilmişdir. Bu səbəbdən də pulu ona qaytarmaqdan cavabdeh tərəfindən imtina edilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X4 23 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra 26 yanvar 2021-ci il tarixdə Cavabdeh tərəfindən alğı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 25G, 9 saylı mənzil əldə edilmiş, sonra isə “Ford Focus” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı, “Toyota Prius (hibrid)” minik markalı, **-CK-*** dövlət nömrə nişanlı və “Chevrolet Cruze” minik markalı, **-EX-*** dövlət nömrə nişanlı avtomobillər əldə edilmişdir. Məhkəmə araşdırması zamanı şahidlər tərəfindən verilmiş ifadələrdən görünür ki, Nurəddin Abdullayevin ölümündən əvvəl ona məxsus Ford Focus” minik markalı, **-BF-*** dövlət nömrə nişanlı atomobil olmuşdur. Eyni zamanda, şahid ifadələrindən o da müəyyən olunur ki, Nurəddin Abdullayev öldükdən sonra həmin avtomobil satılaraq yerinə başqa avtomobil əldə edilmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dinlənilən Şahid2 və Şahid3 izahatlarından görünür ki, onlar tərəflər arasında pulun alınıb verilməsi zamanı iştirak etmişlər. Şahidlərin hər ikisi pulun sayılmasında iştirak etmişlər və 260.000 manat vəsaitin İddiaçı1 tərəfindən Nurəddin Abdullayevə verilməsinin şahidi olmuşlar. Daha sonra Nurəddin Abdullayevə verilən vəsaitin külli miqdarda olduğu üçün Şahid2 onu öz avtomobili ilə yaşadığı evə aparmışdır. Məhkəmə iclasında dinlənilmiş Şahid5 izahatlarında bildirmişdir ki, o, Xətai rayonu MKTBdə mühəndis vəzifəsində çalışır. Onun bildiyi qədərilə İddiaçı1 və İddiaçı2 mərhum Nurəddinlə birgə işləmişlər. Nurəddin birinci binanı tikib qurtarmış, ikinci binanı tikmək üçün uyğun yer axtaranda onunla məsləhətləşmişdir. Hacı adlı şəxs bu işlərdə Nurəddinə kömək etmişdir. Teymur vəfatından əvvəl Nurəddindən 6 min manat pul almışdır. Nurəddin pulu ona oğlu İsa vasitəsilə göndərmişdir. Pulu aldıqdan sonra o, bir neçə dəfə Nurəddinə zəng etsə də, o, telefonu açmamışdır. Daha sonra o, Nurəddinin vəfat etdiyini eşitmişdir. Nurəddinin vəfatından sonra oğlu İsa, bacanağı və ailə dostu Şahid4 ondan həmin pulu istəmişlər. Onlar Xətai rayonu ərazisində Mehmandarov küçəsində görüşmüşlər. O, Nurəddinin ona cəmi 6 min manat pul verdiyini, lakin birinci binanın tikintisində torpaq sahəsini tapdığı üçün Nurəddinin ona 700 manat borcunun olduğunu və həm də ona ev verməli olduğunu bildirmişdir. O, İsa ilə görüşdükdə İsa ondan atasının pulu kimə verdiyini bilib-bilmədiyini soruşmuşdur. O, pulu Hacı adlı şəxsə verdiyini bildirmişdir. Hətta Elman ona demişdir ki, İsa həmin şəxslə görüşmək üçün işlədiyi yerə gedib, 5-ci mərtəbəyə qalxıb. Həmin pul ona verilməmişdir. Nurəddin ona sadəcə vəfatından əvvəl 6 min manat vermişdir. İsa onu Mehmandarov küçəsində kafedə görməyə gəlmişdir. O, İsanı ilk dəfə həmin vaxt görmüşdür. İsa “Kapital Bank” yaxınlığında 6 min manat pulu onun sürücüsünə vermişdir. İsa onunla görüşəndə atasının baş daşını qaldırmaq üçün pulu istəmişdir. Məhkəmə iclasında izahatı alınmış İsa Nurəddin oğlu bildirmişdir ki, o, Teymur adlı şəxsi tanımır. Heç vaxt onun yanına getməmişdir. Teymurun əlaqə nömrəsi onun telefonunda mövcud deyil və sonuncudan atası sağ ikən ona verdiyi borc vəsaitini tələb etməmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəkilinin İsa Nurəddin oğluna verdiyi ailənin maddi durumu ilə bağlı suala cavab verməkdən sonuncu yayınmışdır. Beləliklə, bütün yuxarıda istinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh vəfat etmiş ərinin qanun üzrə vərəsəsi olaraq iddiaçılar tərəfindən ona verilmiş pul vəsaitinə yiyələnərək ərinin ölümündən sonra bir sıra əmlaklar əldə etmişdir. Məhkəmə araşdırması zamanı bu əmlakların hansı vəsait hesabına və hansı gəlirlərdən əldə olunmuş pullarla alınması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Eyni zamanda cavabdehin oğlu İsa Nurəddin oğlunun məhkəməyə verdiyi izahatlarla məhkəmədə çaşqınlıq yaratması, verdiyi izahatların bir-birinə zidd olması məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçılar iddialarında haqlıdırlar. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sərbəst məhkəmə araşdırması nəticəsində məhkəmədə dinlənilmiş şahid ifadələrindən və formalaşan daxili inamdan irəli gələrək məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 565 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 565 manat dövlət rüsumu alınaraq iddiaçılara ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 260.000 (iki yüz altmış min) manat pul vəsaiti və 565 (beş yüz altmış beş) manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5244/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5244/2022
13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver