Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5252/2023 17.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bank BTB ASC-yə qarşı “mənzilin hərracdan satılması, borcun ödənilməsi, müqavilələrin ləğvi və qalıq vəsaitin 1/2 paylara bölgüsü” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və BANK "xxxx" ASC-yə qarşı “ünvan 1 ünvanında yerləşən 4 mərtəbəli evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzili açıq hərracdan satılması, əldə edilmiş vəsaitdən ilk növbədə ipoteka saxlayan BANK "xxxx" ASC-yə olan borcun ödənilməsi, kredit verən "xxxx" ASC və birgə borclular İddiaçı və Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2009-cu il tarixli kredit və ipoteka müqaviləsinin ləğv edilməsi və mübahisə olunan mənzilin açıq hərracın satışından əldə olunmuş yerdə qalmış vəsaiti İddiaçı və Cavabdeh1 arasında 1/2 hissədə paylara bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra xx.xx.2023-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan mübahisə artıq həll edilmiş, banka olan borc bağlanılmış və mübahisəli mənzil staılmışdır.
Tərəflərin izahatı:
3. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının eyni gün olmaqla başqa saata təxirə salınmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM): 114.1. ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə.
İşə baxan məhkəmənin mövqeyi:
5. Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi iddia ərizəsinin qaytarılması barədə ərizə verildiyi təqdirdə yalnız cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməzsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə iddiaçı iddia ərizəsinin qaytarılması barədə ərizə vermiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bunlarla yanaşı, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, onların iştirakı olmadan mülki işə baxmağı xahiş etməmiş və işin mahiyyəti üzrə həllini tapmasını tələb etməmişlər. Odur ki, məhkəmə ərizəni, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmaqla baxılmamış saxlanılmalıdır.
6. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından iddia verilərkən İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə Kapital Bank ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 50 manat dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bank BTB ASC-yə qarşı “mənzilin hərracdan satılması, borcun ödənilməsi, müqavilələrin ləğvi və qalıq vəsaitin 1/2 paylara bölgüsü” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. İddia verilərkən İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə Kapital Bank ödəniş sistemi vasitəsilə ödənilmiş ********** qəbz nömrəli 50 manat dövlət rüsumu geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova