Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5281/2021 06.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, 21 A saylı evə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, 21 A saylı ev 08 sentyabr 2020-ci il tarixdə iddiaçının adına qeydiyyatdan keçmişdir. Həmin mənzildə iddiaçının keçmiş gəlini Cavabdeh da qeydiyyatdadır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu X4 ilə Cavabdeh oğlu arasında bağlanmış nikah pozulmuş, 12 noyabr 2007-ci il təvəllüdlü X3 və 08 iyun 2009-cu il təvəllüdlü X1 ataları X2 yanında saxlanılmışdır. Ona görə də hazırda cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalmasının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında bildirdi ki, 19 avqust 2020-ci il tarixdə gəlini Cavabdeh razılığı əsasında oğlu Ramil Mustafayev Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, 21 A saylı evi bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Həmin mənzil ona bağışlandığından və cavabdehin də notarial qaydada təsdiqlənmiş razılığı olduğundan cavabdehin həmin mənzilə istifadə hüququ itirilməlidir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, 21 A saylı mənzil 08 sentyabr 2020-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla hal-hazırda həmin mənzildə yaşamasa da, orada pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şəxslər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materiallarında olan 19 avqust 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X4 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini anası iş üzrə İddiaçı bağışlamışdır. Cavabdeh Məmməd qızı 19 avqust 2020-ci il tarixdə notarial qaydada təsdiqlənmiş ərizə verərək fərdi yaşayış evinin bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, 21A saylı ev 08 sentyabr 2020-ci il tarixdə mülkiyyətinə qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu X4 ilə Cavabdeh oğlu arasında bağlanmış nikah pozulmuş, 12 noyabr 2007-ci il təvəllüdlü X3 və 08 iyun 2009-cu il təvəllüdlü X1 ataları X2 yanında saxlanılmışdır. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, hazırda həmin mənzildə yaşamır, iddiaçının ailə üzvü deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanından istifadə hüququ itirilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanından istifadə hüququ itirilsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5281/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5281/2021
06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver