Məhkəmə qərarları › İş №2(011)-529/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-529/2025

15.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-529/2025 15.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" QSC-nin Xəzər X9nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nin X1rşı “kompensasiya ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Xəzər X9 İdarəsindən onun xeyrinə 50.000 (əlli min) manat məbləğində kompensasiyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı 1999-cu ildən Azərbaycan Respublikası Xəzər X9 İdarəsində fəhlə kimi işə başlamış. İşlədiyi dövrlər ərzində işində həmişə diqqətli və qayğıkeş bir işçi olmuş. Lakin taleyin qisməti il 2022-ci il oktyabr ayının 12-də işlədiyi idarədə özündən aslı olmayan səbəbdən yıxılaraq ayağından ağır xəsarət almış, hazırda diz qapağında implant var. Demək olar ki, sərbəst şəkildə özünü idarə edə bilmir. Aldığı xəsarətdən şikəst olmuşdur. Dəfələrlə respublika ərazisində yerləşən xəstəxanalarda müayinə və müalicələri olsa da heç bir müsbət nəticə əldə olunmamışdır. Ərizədə təqdim etdiyi X2 təqdim olunan sənədlərindən görünür ki, sol diz oynağına implant qoyulmuşdur. Eyni zamanda digər özəl klinika olan "X10 Cetr Hospitalın" təqdim olunan sənədindən görünür ki, həqiqətən də sol ayağında işlədiyi Azərbaycan Respublikası Xəzər X9 İdarəsində yıxılmağı nəticəsində ağır xəsarət almışdır. O cavabdehə yəni nümayəndəsinə dəfələrlə orada yıxılaraq xəsarət aldığı üçün qanunauyğun şəkildə ona kompensasiya ödəmələrini tələb etsə də, lakin cavabdeh vurulan ziyanı ödəməkdən imtina edir. Sonda iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Nümayəndə2 iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə işlədiyi müəssisədə yıxılaraq xəsarət almasını bildirsə də, bununla bağlı hər hansı bir sübutu ərizəyə əlavə etməmiş qeyd edilən halı öz mülahizələri ilə subut etməyə çalışmışdır, xx.xx.2022-ci il tarixdə Xəzər X9nın əməkdaşları T.Adigözəlov, S.Bağırov və S.Məmmədov tərəfindən tərtib olunmuş akta əsasən müəyyən olunur ki, İddiaçı "Fəqərələrarası diskin dəqiqləşməmiş zədəsi” evdə çarpayıdan qalxarkən sürüşüb yıxılması zamanı baş vermişdir, xx.xx.2022-ci il tarixdə iddiaçı Xəzər X9nın rəisinə izahat ünvanlamış və izahatda xx.xx.2022-ci il tarixdə 21:25 radələrində evdə çarpayıdan qalxan zaman ayağıının sürüşməsi nəticəsində yıxılmış və belində ağrı hiss etmişdir. xx.xx.2022-ci il tarixdə həkimə müraciət etmiş və müayinə zamanı ona "B” fəqərəarası diskin dəqiqləşməmiş zədəsi diaqnozu qoyulmuşdur. AR ƏƏSMN Tibbi-Sosiaı Ekspert Komissiyası tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixindən ümumi xəstəlik əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının tələbləri əsassız və qanunsuzdur, hər hansı bir sübutla təsdiq olunmur. İddiaçı ilə Xəzər X9 arasında xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi bağlanmış və təhcizat şöbəsinə takelalçı vəzifəsinə işə qəbul edilmişdir, onunla bağlanmış əmək müqaviləsinə Xəzər X9nın 13-3- 2/3-1-4241/2024 saylı əmrinə əsasən xitam verilmişdir, hazırkı halda isə etiraza əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı evdə olduğu vaxt zaman xəsarət almış, onun işdə olduğu zaman xəsarət alması ilə bağlı hər hansi bir fakt aşkar edilməmişdir. Sonda Nümayəndə2 qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli X11 Center “diz oynağların nativ KT müayinəsin”dən görünür ki, İddiaçı “Diz oynaqların gr4 osteoartriti, Sol tərəfdə suprapatellar bursada və oynaq boşluqda az miqdarda yığıntılar, hər iki tərəfdə medial tibial platolarda xətti sınıqlar” müayinələri aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Zəfəran Hospitalda “diz oynaqlarının ultrasəs müayinəsin”dən görünür ki, İddiaçı “sol diz oynağına implant qoyulub. Medial və lateral kollateral bağların, dördbaşlı əzələ vətərinin, yarımzarlı əzələ vətərinin tendenitin, diz qapağına məxsus bağın entezopatiyanın USM əlamətləri qeyd olunmuşdur. İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16- 01183 nömrəli xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Xəzər X9nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X7 “Kompensasiya” tələbinə dair mediasiya sessiyasında iştirak etmişlər. Gülvar İsmayılova 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Azərbaycan Xəzər Dəniz X4 Cəmiyyəti Xəzər X9 və İddiaçı arasında bağlanməş əmək müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmışdır, İddiaçı təchizat şöbəsinin takelajçısı vəzifəsinə işə götürülmüşdür. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Xəzər X9 üzrə xx.xx.2024cü il tarixli əmək müqaviləsinin xitam edilməsi barədə 13-3-2/3-1-4241/2024 №-li Əmrin surətindən görünür ki, İddiaçı – takelajçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.a maddəsinə uyğun olaraq əmək haqqı və Əmək Məcəlləsinin 144.2 və 140.4 maddəsinə uyğun olaraq istifadə olunmamış məzuniyyət günləri ödənilməklə xx.xx.2024-cü il tarixindən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan DVD disklərdən və fotoşəkillərdən görünür ki, İddiaçı sol diz qapağına implant qoyulub əməliyyat keçirilib. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, Nümayəndə1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh Azərbaycan Xəzər Dəniz X4 Cəmiyyəti Xəzər X9 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh müəssisənin təchizat şöbəsinin takelajçısı vəzifəsinə işə qəbul edilmiş, cavabdehin 13-3-2/3-1-4241/2024 №-li Əmrinə əsasən tərəflər arasındakı əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2.a maddəsinə uyğun olaraq əmək haqqı və istifadə olunmamış məzuniyyət günləri ödənilməklə həmin tarixdən xitam verilmişdir, iddiaçı, cavabdeh müəssisədə işlədiyi dövrdə - 2022-ci il tarixdə xəsarət almış, nəticədə diz qapağı zədələnməklə diz qapağına implant qoyulmuşdur, tərəflər arasındakı mübahisə əmək münasibətləri zamanı işçinin aldığı xəsarətə görə kompensasiya ödənilməsi ilə bağlıdır, belə ki, iddiaçı cavabdeh müəssisədə işləyərkən, yəni əmək funksiyasının icrası zamanı xəsarət aldığını və buna görə də cavabdeh tərəfindən ona kompensasiya ödənilməsini tələb edir, cavabdeh iddia tələbini qəbul etmir və iddiaçının öz evində olarkən xəsarət aldığını, bunun müəssisəyə heç aidiyyatı olmadığını bildirir. Bununla belə, iddiaçının almış olduğu xəsarətin iş yerində və ya əmək funksiyasının icrası zamanı baş verməsi halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, iddia təlbi sübutetmə yükü ilə bağlıdr. Belə ki, işçi və işəgötürən ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Məhkəmə qeyd edir ki, digər xüsusi hallarla yasnaşı, işçiyə dəymiş xəsarət və ya onun sağlamlığının başqa şəkildə pozulması nəticəsində yaranmış zərərin nəticəsi işəgötürən tərəfindən o halda ödənilir ki, bu, işəgötürən tərəfindən əməyin mühafizə qaydalarının pozulması nəticəsində baş vermiş olsun. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan bu xəsarətin vurulmasının işəgötürənin hər hans təqsirli əməli nəticəsində baş verməsi müəyyən olunmur. Digər təfdən, əksinə işəgötürən tərəfindən təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdeh müəssisədə işlədiyi dövrdə işəgötürənə müraciətində “evdə yıxılaraq xəsarət aldığını” bildirmiş, əmək müqaviləsinə isə onun öz ərizəsi əsasında xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün X6 Xidmətinə müraciət edilməli, X6 Xidməti daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaratmalı, həmin komissiyanın müvafiq araşdırması əsasında hadisəyə qiymət verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.10-cu maddəsinə əsasən, əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Həmin Məcəllənin 191-ci maddəsin əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsin əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 195-ci maddəsin əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 215-ci maddəsin əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Həmin Məcəllənin 239.1-ci maddəsin əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.2-ci maddəsin əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.3-cü maddəsin əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin Məcəllənin 239.4-cü maddəsin əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-nin X1rşı “kompensasiya ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “cavabdeh Azərbaycan Respublikası Xəzər X9 İdarəsindən onun xeyrinə 50.000 (əlli min) manat məbləğində kompensasiyanın alınaraq ona verilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar