Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5296/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X9 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında doğulmuş, ailəsi ilə birlikdə hazırda həmin ünvanda yaşayır. Həmin mənzildə nənəsi, atası, anası və bacıları ilə qeydiyyatdadırlar və yaşamışlar. xx.xx.2021-ci il tarixdə nənəsi X17 vəfat etmiş, atası vərəsəliyi qəbul etməmiş, nənəsindən qısa müddət sonra xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, vərəsəlik işi ilə əlaqədar mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Bu zaman nənəsinin Ermənistan SSSR-nin Axtinsk rayonunda qeydə alınan nikah şəhadətnaməsində adının “X6” kimi qeyd edilməsi məlum olmuşdur. Atasının doğum haqda arayışında da ana adının Həsənova Bibixanım olması məlum olmuşdur. xx.xx.2001-ci il tarixdə mənzil Kommunal təsərrüfatından alınan arayışda, nənəsinin ölüm haqqında şəhadətnaməsində də adının Pəri olması qeyd edilmişdir. Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən edilən qeydə əsasən X10 adına olan nikah şəhadətnaməsində yazılmış X6 yaş kağızında yazılan X2 adı eyniləşir qeydi mövcuddur. Bunun üçün bu faktın müəyyənləşdirilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət edərək atası X7 doğum haqda akt qeydində ana qrafasında qeyd edilən “X6” ilə “X17”nın eyni şəxs olması barədə arayış verilməsini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Və həmçinin qeyd olunmuşdur ki, nikah haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Müraciətinə cavab olaraq bildirilmişdir ki, X7 doğum haqqında akt qeydində ana qrafasında adın Bibixanımdan Pəriyə dəyişiklik edilməsi üçün kifayət qədər əsasın olmaması səbəbindən ərizənin şöbə tərəfindən təmin edilməsi mümkün deyil. Məhkəməyə müraciət edilməsi xahiş olunmuşdur. Hazırda mərhum nənəsinə və atasına aid hüquqmüəyyənedici sənədlərdə uyğunsuzluq olması onun qanun üzrə vərəsəlik əsasında miras qəbul etməsinə maneə yaradır. Bununla bağlı faktı başqa qaydada müəyyən edə bilməməsi, bu faktın məhkəmə qaydasında müəyyən edilməsinə əsas yaratmışdır. Ərizəçi ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305, 307, 309, 311-ci maddələri ilə əsaslandıraraq, atası X7 doğum haqda akt qeydində ana qrafasında qeyd edilən “X6” ilə “X17”nın eyni şəxs olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X9 ərizəni müdafiə etməklə yanaşı, tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnamədə və 29 dekabr 2021-ci il tarixli doğum haqqında arayışda X7 doğum haqqında bərpa akt qeydində qeyd edilmiş X17 ilə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 169890 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X10 eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin çıxışını və iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 04 dekabr 1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 1999-cu il tarixdə Bakıda doğulmuşdur, atası X13, anası isə X3r. İş materiallarında olan 091777 №-li, 24 aprel 1989-cu il tarixli dəyişmə orderindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi ev 68, 83 saylı mənzil xx.xx.1989-cu il tarixdə 091777 saylı dəyişmə orderi əsasında X14 verilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 215436 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X13 07 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı, 169890 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X17 31 mart 2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, X13 03 mart 1960-cı il tarixdə Ermənistan, Razdan rayonu, Axundov kəndində doğulmuşdur, atası X11, anası isə X4r. İş materiallarında olan Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə Həsənova (Abdullayeva) Bibixanım Qiyas qızı arasında 17 noyabr 1956cı il tarixdə nikah bağlanmış və 38 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ərizəçinin atasının dayısı olmaqla yanaşı ərizəçinin nənəsinin onun bacısı olmasını və X7 doğum haqda akt qeydində ana qrafasında qeyd edilən “X6” ilə “X17”nın eyni şəxs olması faktını təsdiq etmişdir. X18 izahatında bildirmişdir ki, bacısının adı əslində Pəri olsa da, ona ailədə Bibixanım da deyildiyinə görə səhvən bəzi sənədlərdə adı Bibixanım kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması haqqında işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin mənzil 091777 saylı dəyişmə orderi əsasında ərizəçinin nənəsi X14 verilmiş, X17 31 mart 2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin atası X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ərizəçi vərəsəlik işi ilə əlaqədar mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Bu zaman nənəsinin Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnaməsində və Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən 29 dekabr 2021-ci il tarixli doğum haqqında arayışda atası X7 anasının adının X1 qeyd edilməsi məlum olmuşdur. Beləliklə, ərizəçi atası vəfat etdikdən sonra vərəsəlik işi ilə əlaqədar mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Notariat Kontoruna ərizə ilə müraciət etdikdə nənəsi X14 məxsus Ermənistan SSSR-nin Axtinsk rayonunda qeydə alınan nikah haqqında şəhadətnaməsində, həmçinin atasının doğum haqqında arayışında anasının adının X1 qeyd edilməsi məlum olmuşdur. Bununla yanaşı digər hüquqmüəyyənedici sənədlərdə, o cümlədən ölüm haqqında şəhadətnamədə ərizəçinin nənəsinin adının X17 olduğu təsdiq edilmişdir. Hazırda yuxarıda qeyd edilmiş sənədlərdə uyğunsuzluğun mövcud olması ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə törədir. Məhkəmə hesab edir ki, Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnamədə və Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilən 29 dekabr 2021-ci il tarixli doğum haqqında arayışda qeyd edilmiş X6 ilə AZ-İİ seriyalı, 169890 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X17 nın eyni şəxs olmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş Plenumun qərarındakı mövqeni nəzərə alsa da, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mülki işdə olan sübutlardan görünür ki, ərizəçinin vərəsəlik hüquqlarının həyata keçirilməsinə maneə törədən hüquqmüəyyənedici sənədlərdən biri Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnamə X14 məxsus olsa da, digər sənəd - Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli doğum haqqında arayışda X7 doğum haqqında bərpa akt qeydi onun oğlu - ərizəçinin atası X8 məxsusdur (onun doğum akt qeydidir), hər iki sənəddə ərizəçinin nənəsinin adı səhvən Bibixanım kimi göstərildiyindən ərizəçi hal-hazırda öz vərəsəlik hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnamənin X14 məxsus olması faktı, həmçinin Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli doğum haqqında arayışda X7 doğum haqqında bərpa akt qeydində qeyd edilmiş X6 ilə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı, 169890 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X10 eyni şəxs olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ermənistan SSR-nin Axta rayon, Təkərli kənd sovetliyi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydə alınmış 261854 №-li nikah haqqında şəhadətnamənin X14 məxsus olması faktı müəyyən edilsin. Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli doğum haqqında arayışda X7 doğum haqqında bərpa akt qeydində qeyd edilmiş X6 ilə Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli AZ-İİ seriyalı, 169890 №-li ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X10 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5296/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5296/2022
27.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver