Məhkəmə qərarları › İş №2(011)-5299/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5299/2024

02.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5299/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə (Ləğv prosesindədir) qarşı hərracın nəticələrinin ləğvi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi. İddia tələbi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə (Ləğv prosesindədir) qarşı xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 2008-ci il tarixdə “Zaminbank ASC”-nin Əhmədli filialı ilə illik 28% olmaqla 18 ay müddətinə 62.000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11, 154 saylı mənzili banka girov qoymuşdu. 2008-ci ildən 2010-cu il tarixədək Banka 62.000 manat puldan 26.500 manat pul ödəmişdir. Sonradan sosial-iqtisadi vəziyyəti ağırlaşdığı üçün ödəmələri vaxtlı-vaxtında ödəyə bilməmiş. Lakin 2010-cu ildən 2017-ci ilə kimi banka 26.500 manat puldan əlavə 53.000 manat pul ödəmişdir, (ödəmələrlə əlaqədar qəbzləri var). Belə ki, 2010- cu il tarixdə “Zaminbank ASC” ona qarşı Xətai rayon məhkəməsində iddia qaldırmış və cəmi 64.671 manat pul tələb etmişdir. Xətai rayon məhkəməsinin qətnaməsi ilə iddia təmin olunmuş və tələb ipoteka predmeti olan evə yönəldilmişdir. Sonradan banka olun borcunu tamamilə ödəmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh ona rəsmi məktub göndərərək bildirmişdir ki, guya iddiaçının banka əlavə olaraq 3.470 manat və 20 manat dövlət rüsumu borcu var. Əslində isə məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş borc məbləğini tamamilə ödəmişdir. Cavabdeh bu məbləği ondan heç bir əsas olmadan tələb edir. 19 yanvar 2012-ci ildə №07/01 nömrəli Hərracın yekunları barədə protokol tərtib edilərək mənzil 44.625 manat məbləğində qiymətləndirilmiş və elə həmin gün əmlakın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Bundan sonra xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ASC-nin adına DRX tərəfindən ******* saylı çıxarış verilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Etirazın dəlilləri Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlərin nümayəndələrinin məhkəmə iclasında iştirakı heç bir üzrlü səbəb təqdim edilmədən təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzili xx.xx.2013-cü il tarixdə “Zaminbank ASC”-nin adına qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4835/10 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsinə əsasən 23 sentyabr 2010-cu il tarixə 58240 (əlli səkkiz min iki yüz qırx) manat əsas borc və 6431 (altı min dörd yüz otuz bir) manat faiz borcu - cəmi 64.67! (altmış dörd min altı yüz yetmiş bir) manat məbləğində borcun İddiaçı “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan X5ma məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0.1418 ha torpaq sahəsində yerləşən 11 nömrəli. 9 mərtəbəli binada yerləşən - kv.m ümumi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 154 nömrəli mənzilə yönəldilməsi, X2 məxsus Bakı şəhəri. Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0.1418 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 9 mərtəbəli binada yerləşən - kv.m ümunıi, 60.08 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 154 nömrəli mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, Bakı şəhəri. Xətai rayonu. Neapol küçəsində istifadədə olan 0.1418 ha torpaq sahəsindəki 11 nömrəli, 9 mərtabəli binada yerləşən - kv.m ümumi. 60.08 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı 154 nömrəli mənzilin açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində X4 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılması, məhkəmə xərcləri - 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq “Zaminbank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. X3 Yekunları barədə 07/01 saylı Protokoluna əsasən xx.xx.2012-ci il tarixdə Xətai Rayon İcra Şöbəsinin sirafişinə əsasən X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilin satılmasına dair hərrac keçirilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzili 44625 manat məbləğində “Zaminbank ASC”-yə satılmışdır. xx.xx.2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu X1 «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq yaşayış əmlakının açıq hərracda satılması barədə fiziki və hüquqi şəxslərin və xx.xx.2010-cu ii tarixli Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-4835/10 qətnaməsinə, icra vərəqəsinə və xx.xx.2012-ci il tarixli X3 Yekunları barədə 07/01 №li Protokoluna əsasən ünvan 1 ünvanda yerləşən mənzilin mülkiyyət hüququnun AZ 1095, ünvan 2nda yerləşən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə (xx.xx.2012-ci il tarixli 13- 21/4669 saylı etibarnaməyə əsasən Bakı şəhəri, 9 mkr, M.Cəlal küçəsi, ev 111, mənzil 6-da qeydiyyatda olan, xx.xx.1977-ci il təvəllüdlü X6 çıxış edir, ş/v AZE № 09901221, Bakı-Binəqədi RPİ xx.xx.2012) məxsus olmasını təsdiq edir. Həmin əmlak 60,08 kv.m yaşayış sahəsi, 105,38 kv.m ümumi sahəsindən, 5 (beş) otaqdan ibarətdir, əvvəllər xx.xx.2008-cı il tarixdə Azərbaycan Respublikasının DƏDRX Bakı şəhəri ərazi İdarəsi tərəfindən verilmiş 860 kitab, 80061 vərəq, **********53-05101-093034 reyestr nömrəsi, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 məxsus olmuş və keçmiş mülkiyyətçinin əmlakın (mənzil) borcu olduğu üçün Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçir. İddia tələbinin hüquqi əsası: “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 63. Yaşayış evinin açıq hərracdan alınması barədə şəhadətnamənin verilməsi Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirilməlidir. Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir. Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutmaması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 41.3. Hərracın təşkilatçısına sifariş “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 41.5. Hərrac açıq auksion formasında keçirilir. Maddə 42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Maddə 44. Hərracın etibarsız sayılması Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) 319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. ( 28 dekabr 2018-ci il tarixinədək olan redaksiyada) Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, hərracın etibarsızlığı hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydaların pozulması nəticəsində müəyyən oluna bilər. Lakin İddiaçı iddianın əsası kimi istinad edilən hallar, yəni hərracın keçirilməsi və alqı-satqı müqaviləsi bağlandıqdan sonra kredit müqaviləsi üzrə borcun ödənilməsi hərracın etibarsızlığına səbəb ola bilməz. Odur ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun, alqısatqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 ASC-yə (Ləğv prosesindədir) qarşı xüsusi mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 11 saylı evin 154 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun, alqı-satqı müqaviləsinin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar