Məhkəmə qərarları › İş №2(011)-530/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-530/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-530/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı “alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatının, hüquqların qabaqcadan qeydiyyatına dair arayışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçinin hüquqlarının tanınması və qeydə alınması” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-ya və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və arayışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı 575 kv.metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 226.8 kv.metrdən ibarət fərdi yaşayış evi olan “A” tikilisinin altındakı 139.626 kv.metr torpaq sahəsinə görə Maraqlı şəxs2 adına banka keçirilmiş pulu Cavabdeh1 götürdükdən sonra bu puldan 83.445 manat pulu Cavabdeh2-nın hesabına keçirib Cavabdeh1 ilə Cavabdeh2 arasında Xətai rayonu, Gəncə prospektindəki 2942A saylı binanın “C blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzilin alğı-satqısına dair bağlanmış xx xxxxxx 2018ci il tarixli 1130 saylı müqavilənin, həmin mənzilin Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində xx xxxxxx 2019-cu il tarixdə ********** nömrə ilə Sabitin adına qeydə alınmasının və ona verilmiş hüquqların qabaqcadan qeydiyyatına dair arayışın etibarsız hesab edilməsi, həmin mənzilə əsl mülkiyyətçi kimi iddiaçının hüquqlarının tanınması və Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 575 kv.metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 226.8 kv.metrdən ibarət fərdi yaşayış evi olan “A” tikilisinin 139.626 kv.metr torpaq sahəsində yerləşən ½ hissəsi mərhum həyat yoldaşı X2 bacısı qızı, Maraqlı şəxs2 şəxsi mülkü olmuş, mənzil sovet dönəmində alınarkən sonuncunun maddi durumu evin pulunu ödəməyə imkan verməmiş, mənzilin bütün pulunu mərhum Həsənağa ödəmişdir. Bu səbəbdən Maraqlı şəxs2 həmin mənzildə yaşamamış, iddiaçıya vermiş, bağışlamasını elan etmişdir. Bakı şəhəri Səbail rayon İHB-nin xx xxxxxxx 2017-ci il tarixli 138 saylı sərəncamı ilə qəzalı vəziyyət adı ilə mülkün sökülməsi (ətrafdakı evlər də daxil) gündəmə gəlmiş, həmin sərəncamla söküntünün aparılması pilot layihə ilə mənzil tikən “xxxx” MTK-ya həvalə edilmişdir. Maraqlı şəxs2 ilə “xxxx” MTK arasında xx xxxxxx 2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtinə görə kooperativin tövsiyəsi ilə əvvəldən baxıb bəyəndikləri mənzilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A ünvanda Cavabdeh2 tərəfindən inşa edilən “C” blok, 16-cı mərtəbə, tam sahəsi 111.26 kv.metr olan tam təmirini həyata keçirməyi “xxxx” MTK öhdəsinə götürmüşdür. Əməliyyatların aparılması və mənzillərin iddiaçının adına rəsmiləşdirilməsi üçün Maraqlı şəxs2 da, iddiaçı da oğlu Cavabdeh1 baş etibarnamə verdiklərindən bütün sənədləri Mətanətin adından Sabit imzalamışdır. Müqavilə bağlandıqdan sonra elə həmin gün 139.626 kv.metr torpaq sahəsinin 83.570,66 manata Mətanətdən alınmasına görə Sabitlə “xxxx” MTK arasında AN-1 nömrəli, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, müqavilə xx xxxxxx 2018-ci il tarixdə 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Elə həmin gün Sabit bankdan götürdüyü pulun 83.445 manatını cavabdehin hesabına əvvəlcədən keçirməklə Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı binanın “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzilin alğı-satqısına dair 1130 saylı müqavilə bağlanmışdır. Beləliklə, bütün əməliyyatlar surətli şəkildə eyni gündə aparıldığından və ailənin üzvü kimi bunda bir fərq görmədiyindən mənzili Sabit iddiaçının adına yox, öz adına sənədləşdirmişdir. Halbuki 4 varis olduğundan iddiaçı mənzili onun adına sənədləşdirməsi üçün Sabitə etibarnamə də vermişdir. Etibarnamələrdə Sabitə mənzili öz adına alma səlahiyyəti verilməsi öz əksini tapmamışdır. Müqaviləyə əsasən göstərilən Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki yeni tikilinin “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzil xx xxxxxx 2019cu il tarixdə ********** nömrə ilə Sabitin adına qeydə alınmış, ona hüquqların qabaqcadan qeydiyyatına dair arayış verilmişdir. ünvan 3 ünvandakı 89.5 kv.metr yaşayış sahəsi olan, xx xxxx 2016-cı ildə **********77 reyestr nömrəsi ilə yenidən qeydə alınan A tikilisinin ½ hissəsini Maraqlı şəxs2 xx xxxxxx 2018-ci il tarixli, daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə iddiaçıya hədiyyə etmiş, müqavilə 2 saylı notariat kontorunda həmin tarixdə təsdiq edilməklə 4ə-203 nömrə ilə qeydə alınmışdır. Beləliklə ev iddiaçının mülkiyyətinə keçmişdir. Bundan sonra x xxxxxx 2019-cu il tarixdə iddiaçı ilə “xxxx” MTK arasında A tikilisinin ½ hissəsi əvəzinə yeni tikiləcək 19 mərtəbəli binanın 6-cı mərtəbəsində dəniz görünüşlü 95.38 kv.metr sahəsi olan bir mənzil, 78.90 kv.metr olan 2-ci mənzil veriləcəyinə dair əvəzləşdirmə müqaviləsi bağlanmış, müqavilə 2 saylı notariat kontorunda həmin tarixdə təsdiq edilməklə 4-ə 09 nömrə ilə qeydə alınmışdır. Beləliklə mübahisələndirilən mülkə görə veriləcək iki mənzil iddiaçının mülkiyyətinə keçdiyi halda altının torpağına görə verilən mənzil oğlu Sabitin mülkiyyətinə keçmişdir. İddiaçının 1-ci növbə vərəsəsi Sabitdən əlavə X7, X3, X8r. Mübahisələndirilən mənzilin Sabitə məxsus olmasından, onun pulu ilə alınmasından söhbət gedə bilməz. Mənzil torpaq əvəzində verilmiş, formal müqavilə bağlanmışdır. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 cavabdehlər Cavabdeh1, Cavabdeh2-ya və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və arayışın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A ünvanda Cavabdeh2 tərəfindən inşa edilən “C” blok, 16cı mərtəbə, tam sahəsi 111.26 kv.metr olan mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən” arayışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvandakı 575 kv.metr torpaq sahəsində yerləşən, ümumi sahəsi 226.8 kv.metrdən ibarət fərdi yaşayış evi olan “A”tikilisinin 139.626 kv.metr torpaq sahəsində yerləşən ½ hissəsi iddiaçıya məxsus olmuşdur. Daha sonra Bakı şəhəri Səbail rayon İHB-nin xx xxxxxxx 2017-ci il tarixli 138 saylı sərəncamı ilə mülkün sökülməsi (ətrafdakı evlər də daxil) gündəmə gəlmiş, həmin sərəncamla söküntünün aparılması pilot layihə ilə mənzil tikən “xxxx” MTK-ya həvalə edilmişdir. Uzun sürən yazışma və məhkəmə çəkişmələrindən sonra bəlli olmuşdur ki, Bakı şəhər rayonlarının, o cümlədən Səbail rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı qərarı və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəyi nəzərə alınaraq yuxarıda qeyd edilən sərəncam verilmişdir. Beləliklə, “xxxx” MTK rəhbərliyi ilə ev və torpağa dair müqavilə bağlanması gündəmə gəlmişdir. Həm evə, həm də torpağa xüsusi mülkiyyət hüququ tanınmışdır. Onlar torpağa görə Cavabdeh2-nın Xətai rayonu ərazisində tikdiyi və inşası başa çatmaq üzrə olan binadan onlara mənzil verilməsi, sökülən evin əvəzinə isə yerində tikilən 19 mərtəbəli binadan 2 ev verilməsi barədə razılığa gəlmişlər. Bu məqsədlə onunla “xxxx” MTK arasında xx xxxxxx 2018-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin şərtinə görə kooperativin tövsiyyəsi ilə əvvəlcədən baxıb bəyəndikləri mənzilə-Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942A ünvanda Cavabdeh2 tərəfindən inşa edilən “C” blok, 16-cı mərtəbə, 111.26 kv.metr olan mənzilin tam təmirini həyata keçirməyi “xxxx” MTK öhdəsinə götürmüşdür. Şərtə görə torpağa alğı-satqı edilməli, pul banka keçməli, cavabdeh həmin mənzili verməli, tam təmiri isə “xxxx” MTK sonradan etməli olmuşdur. Onlar Cavabdeh1 baş etibarnamə verdiklərindən bütün sənədləri onun adından Sabit imzalamışdır. Yuxarıda göstərilən müqavilə bağlandıqdan sonra elə həmin gün 139.626 kv.metr torpaq sahəsinin 83.570,66 manata Mətanətdən alınmasına görə Sabit Həsənzadə ilə “xxxx” MTK arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, müqavilə xx xxxxxx 2018-ci il tarixdə 2 saylı notariat kontorunda təsdiq edilmişdir. Elə həmin gün Sabit bankdan götürdüyü 83.445 manat pulu cavabdehin hesabına əvvəlcədən keçirməklə Cavabdeh1 ilə Cavabdeh2 arasında Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı binanın “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzilin alğı-satqısına dair 1130 saylı müqavilə bağlanmışdır. Beləliklə, bütün əməliyyatlar eyni gündə aparıldığından və ailənin üzvü kimi bunda fərq görmədiyindən mənzili Sabit onun adına yox, öz adına sənədləşdirmişdir. Halbuki dörd varis olduğundan o, mənzili onun adına sənədləşdirməsi üçün Sabitə etibarnamə də vermişdir. Etibarnamələrdə Sabitə mənzili öz adına alma səlahiyyəti verilməsi öz əksini tapmamışdır. Qeyd edilən müqaviləyə əsasən göstərilən Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki yeni tikilinin “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzili Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində xx xxxxxx 2019cu il tarixdə Sabitin adına qeydə alınmış, ona hüquqların qabaqcadan qeydiyyatına dair arayış verilmişdir. Beləliklə, Cavabdeh1 ona verilən etibarnamədən öz xeyrinə istifadə edərək mənzili öz adına rəsmiləşdirmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş Xətai rayonu, Gəncə prospektindəki 2942A saylı binanın “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzilin 2/3 hissəsinə iddiaçının, ½ hissəsinə isə cavabdehin pay hüquqlarının tanınmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki 2942A saylı binanın “C” blokunun 16-cı mərtəbəsindəki 3 saylı, 3 otaqlı, ümumi sahəsi 111.26 kv.metr olan mənzil iddiaçı ilə cavabdehin birgə nikah dövründə və birgə vəsaiti hesabına əldə olunmuş, nə İddiaçı, nə də müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 həmin mənzilin əldə olunmasında heç bir formada iştirak etməmişlər. İddiaçı cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri ortaq vəsait hesabına xx xxxxxx 2018-ci il tarixdə mübahisəli mənzili əldə etmişdir və mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 İddiaçı və Maraqlı şəxs2 iddia tələblərini qəbul edərək onların təmin olunmasını, X1 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş müstəqil tələb irəli sürən üçüncü şəxslər Maraqlı şəxs2 və X4 məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X12 öz izahatında bildirdi ki, mübahisəli ünvanda yerləşən torpaq sahəsi 500 kv.m olmuş, torpaq sahəsinin üç mülkiyyətçisi olmuşdur. Onlardan biri Alimin atası, digəri isə Maraqlı şəxs2 olmuşdur. Torpaq sahəsinin 139 kv.metri Maraqlı şəxs2, 127 kv.metri isə Alimin atasına məxsus olmuşdur. Torpaq sahəsinin hər üç mülkiyyətçisinə torpaq sahəsinin əvəzinə Cavabdeh2dan evlər verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiası rədd olunmalı, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 iddiası təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə İddiaçı iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda ½ hissədə mərhum ərinə, 1//2 hissədə Maraqlı şəxs2 məxsus əmlakın olduğunu qeyd etmişdir. Qeyd edilən ünvanda yerləşən əmlakın (torpaq sahəsinin və üzərində mövcud olan tikilinin) “xxxx” MTK tərəfindən alınması ilə bağlı əmlakın mülkiyyətçilərinə tikilinin əvəzi olaraq MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasından mənzillər verilməsi ilə bağlı razılığa gəlinmişdir. Mərhum həyat yoldaşına aid hissədə mənzilləri iddiaçı qəbul etmişdir. Daha sonra Maraqlı şəxs2 bağışlama müqaviləsi əsasında özünə məxsus əmlakı iddiaçıya bağışlamışdır. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, mübahisəli əmlakın əvəzində Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış mənzilin alğı-satqısına dair müqavilənin, həmin mənzilin Sabitin adına qeydə alınmasına dair arayışın etibarsız hesab edilməsi, həmin mənzilə əsl mülkiyyətçi kimi onun hüquqlarının tanınması və qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili X9 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı öz oğlu Cavabdeh1 ilə eyni evdə yaşadığını, müqavilə bağlandığı andan həmin müqavilənin Sabitin adına bağlanmasından iddiaçının məlumatının olduğunu, hazırkı iddia müddətinin axımının xx xxxxxx 2018-ci il tarixdən başladığını bildirmiş, İddiaçı iddia müddətini ötürdüyü üçün iddiasının rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qanunverici müxtəlif növ iddialar üçün məhkəməyə müraciət etmə vaxtını fərqləndirir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində ümumi iddia müddəti on il, müqavilə tələbləri, habelə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə – üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə isə altı il müəyyən olunmuşdur. Bundan başqa, mülki qanunvericilikdə tələblərin ayrı-ayrı növləri üçün ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri də nəzərdə tutulmuşdur. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili İlhamə Həsənova tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə qiymət verərək belə hesab edir ki, hazırkı mülki iş üzrə tələb tərəflər arasında bağlanmış əqdin etibarsızlığı ilə bağlı olduğundan hazırkı mübahisəyə Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuş iddia müddəti deyil, Mülki Məcəllənin 354.2-ci maddəsi tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən “....maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər”. Məhkəmə qeyd edir ki, 354-cü maddədə nəzərdə tutulan müddətlər iddia müddəti deyil, kəsici müddətlərdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. İstinad edilən normaya əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı qanunla ona müqavilənin etibarsızlığı üçün verilmiş müddəti ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2018-ci il tarixli alğı-satqı müqaviləsinin onun adına yox, oğlu Cavabdeh1 adına bağlandığından elə həmin vaxtdan məlumatlı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halları məhz tərəflər arasında belə müqavilə imzalandığı andan bilməli və bu tarixdən sonrakı bir il ərzində mübahisələndirməli idi. İddiaçı qeyd edilən müqaviləni mübahisələndirməmişdir. Beləliklə, iddiaçı qanunvericiliklə müəyyən edilmiş əqdin mübahisələndirilməsi üçün nəzərdə tutulan bir illik müddəti ötürərək iddia ərizəsi ilə məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Odur ki, İddiaçı iddia ərizəsi əqdin etibarsızlığı üçün qanunvericiliklə müəyyən edilmiş bir illik müddətin ötürülməsi ilə verildiyindən rədd edilməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi barədə iddia ərizəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddianın hüquqi əsasını təşkil edən hal tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsidir. İddiaçı mübahisələndirdiyi əmlakın birgə nikah dövründə əldə edilməsinə istinad edərək əldə olunmuş əmlakın 2/3 hissəsinə pay hüququnun tanınmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, bu kateqoriya işlərdə xx xxxxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad olunmalı və işin halları həmin qərarda təsbit edilmiş qaydalara uyğun yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə əmlakın nikah müddətində əldə olunmasını araşdıraraq belə hesab edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh1 ilə X4 xx xxxx 2006-cı ildə ailə qurmuşlar. Mübahisəli mənzil xx xxxxxx 2018-ci il tarixdə əldə edilmiş və mənzil Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Daha sonra məhkəmə həmin əmlakın əvəzli və ya əvəzsiz şəkildə əldə olunmasına qiymət verərək belə hesab edir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən mübahisələndirilən mənzilə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında razılaşma əldə edilmiş və mənzilin dəyəri olaraq sonuncu 83.445 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinin icra edilməsi nəticəsində Cavabdeh1 adına hüquqların qabaqcadan qeydiyyatı barədə arayış əldə edilmişdir. Yekun olaraq məhkəmə mübahisəli əmlakın tərəflərin birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınması məsələsini araşdıraraq hesab edir ki, əmlak birgə vəsait hesabına əldə edilməmişdir. Belə ki, hazırkı tələblə məhkəməyə müraciət etmiş Könül Həbibzadə iddia tələbində mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alındığını qeyd etsə də, bu halı sübut edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının nümayəndəsi və vəkili İlhamə Həsənova məhkəmə araşdırması zamanı məhkəmədə verdiyi izahatlarında tərəflərin Rusiya Federasiyasında işləməsini, oradan qazandıqları vəsait hesabına mənzili əldə etdiklərini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı iddia tərəfinin əsaslandığı hallar aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 tərəfindən məhkəməyə xx xxxxxx 2018-ci il tarixli ilkin müqavilə təqdim edilmişdir. Müqavilənin şərtlərinə əsasən Maraqlı şəxs2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsindəki 17 ünvanında yerləşən 139,626 kv.m. torpaq sahəsinin və fərdi yaşayış evinin “A” tikilisinin ½ hissəsini sökülmək üçün Kooperativə təhvil verməyi, Kooperativ isə torpaq sahəsinin əvəzi olaraq 83.570 manat müqabilində notarial qaydada alğı-satqı müqaviləsinin bağlanması və həmin vəsaitə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2942 A məhəllə ünvanında yerləşən yaşayış binasında C bloku, 16-cı mərtəbə, 111.26 kv.m ibarət olan tam təmirli mənzili Maraqlı şəxs2 adına almağı öhdəsinə götürmüşdür. Cavabdeh1 qeyd edilən ilkin müqavilənin icrasını Maraqlı şəxs2 adından həyata keçirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə mübahisəsi edilən mənzilin tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak olmadığını müəyyən edərək iddia tələbinin rədd olunmasını qanuni hesab edir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və arayışın ləğv edilməsi” barədə iddia tələbini araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx xxxxxx 2018-ci il tarixli ilkin müqavilənin şərtlərindən göründüyü kimi Maraqlı şəxs2 mülkiyyətində olan torpaq sahəsi ilə bağlı “xxxx” MTK ilə razılığa gəlmişdir. Maraqlı şəxs2 öz adından onu təmsil etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan görünür ki, Maraqlı şəxs2 ünvan 7 ünvanda yerləşən tikiliyə aid özünün payını Hökümə Həşimovaya bağışlamışdır. xx xxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Maraqlı şəxs2 izahat verərək qeyd etmişdir ki, Cavabdeh1 etibarnamə verərkən sonuncuya onu alğı-satqı müqaviləsində təmsil etməyi, və torpağın dəyəri kimi ödənilmiş vəsait hesabına Hökümə Həşimovanın adına ilkin müqavilədə göstərilən ünvanda yerləşən evi rəsmiləşdirməyi həvalə etmişdir. Lakin hazırkı məhkəmədən bildiriş gəldiyi zaman ona məlum olmuşdur ki, etibarnamə verdiyi Cavabdeh1 onun göstərişləri ziddinə hərəkət etmiş və evi Hökümə Həşimovanın adına deyil öz adına rəsmiləşdirmişdir. Odur ki o hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli etibarnamənin mətnindən görünür ki, Maraqlı şəxs2 Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları küçəsində yerləşən 17 saylı fərdi yaşayış evindən paylı mülkiyyət hüququ əsasında Maraqlı şəxs2 məxsus “A” tikilisindən ½ hissə və torpaq sahəsi 139.626 kv.m dair arayışlar almağı, aldıqdan sonra satmağı, pulunu almağı, buna dair müqaviləni notariat kontorunda bağlamağı və imzalamağı, həmçinin istənilən şəxslərin həmin ünvana qeydiyyata alınması ilə əlaqədar notariat kontorunda Maraqlı şəxs2 adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli müqavilədən görünür ki, Kooperativ inşa edəcəyi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942 A saylı yaşayış binasında yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı mənzili Cavabdeh1 verməyi, Sabit Həsənzadə isə müqavilənin şərtlərinə əsasən mənzilin dəyəri olan 83.445 manat pul vəsaitini Kooperativə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Hüquqların qabaqcadan qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı mənzil Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsində xx xxxxxx 2019-cu il tarixdə ********** nömrə ilə Cavabdeh1 adına qabaqcadan qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətçi Maraqlı şəxs2 aralarında olan şifahi razılaşmaya əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942 A ünvanda yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı mənzil Cavabdeh2 tərəfindən inşa edilən mənzilə dair alğı-satqı məhz mülkiyyətçi Maraqlı şəxs2 müəyyən etdiyi üçüncü şəxs olan Hökumə Həbibovanın adına bağlanmalı idi. Lakin nəticə etibarilə Cavabdeh1 mənzili sözügedən üçüncü şəxsin xeyrinə yox, məhz öz adına rəsmiləşdirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin ona qarşı irəli sürülmüş iddia tələbini etiraf etmişdir. Qanunvericiliyin tələblərinə əsasən iddianın etirafı məhkəmə tərəfindən o vaxt qəbul edilə bilər ki, bu hal başqa şəxslərin hüquqlarına toxunmasın və qanuna uyğun olsun. Məhkəmə qeyd edilən halları aşkar etmədiyindən cavabdehin iddia tələbinin etirafini qəbul edilməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Eyni zamanda Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, Cavabdeh1 vermiş olduğu izahatda həqiqətən də ona verilmiş etibarnamə əsasında əmlakdan mülkiyyətçinin müəyyən etdiyi üçüncü şəxsin yox, məhz öz xeyrinə istifadə etməsini bildirir və bu halı iddianı etiraf edərək təsdiq edir, belə olan halda sözügedən etibarnamənin yaratmış olduğu hüquqi nəticə özündə etibarsızlığı ehtiva edir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942 A ünvanda yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı Cavabdeh2 tərəfindən inşa edilən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış müqavilə etibarsız hesab edilməli və tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. “S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə uyğun olaraq, əqd etibarsız hesab olunduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) isə onun dəyərini pulla ödəməlidir. Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Bu mənada qeyd olunmalıdır ki, məhkəmə baxışı zamanı mübahisə elə həll edilməlidir ki, iştirakçıların subyektiv hüquqlarına və qanuni maraqlarına qanuna zidd təsir göstərilməsin. Yuxarıda istinad edilənlərə əsasən Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməli, müqavilə üzrə ödənilmiş 83.445 manat Maraqlı şəxs2 geri qaytarılmalı, Cavabdeh1 adına Hüquqların qabaqcadan qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayış ləğv edilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin etibarsızlığı ilə bağlı olduğuna əsaslanaraq müddətlə bağlı müddəalara toxunmağı zəruri hesab edir, belə ki, həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin vermiş olduğu izahatlardan da görünür ki, Maraqlı şəxs2 Cavabdeh1 etibar etdiyi üçün mübahisəli əmlakın taleyi ilə maraqlanmamış və hazırkı mübahisəli hal ona məhz İddiaçı məhkəməyə iddia ilə müraciət etdikdən sonra bəlli olmuşdur. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən də qeyd olunan halın əksini yəni, Maraqlı şəxs2 tərəfindən iddia müddətinin ötürülməsini təsdiq edəcək hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Maraqlı şəxs2 hazırkı iddia ilə məhkəməyə müddəti ötürmədən müraciət etdiyindən onun iddiası təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 10 manat dövlət rüsumu, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Cavabdehlər Cavabdeh1 və “xxxx” MTK-dan 10 manat dövlət rüsumu alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2-ya qarşı alğı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatının, hüquqların qabaqcadan qeydiyyatına dair arayışın etibarsız hesab edilməsi, əsl mülkiyyətçinin hüquqlarının tanınması və qeydə alınması barədə iddia tələbi rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə iddia tələbi rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 iddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, məhəllə 2942 A ünvanda yerləşən 50A, C blok, 16-cı mərtəbə, 61.87 kv.metr yaşayış sahəsi, 111.26 kv.metr ümumi sahəsi olan, 3 otaqlı, C03 saylı Cavabdeh2 tərəfindən inşa edilən mənzilə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Müqavilə üzrə Cavabdeh2-ya ödənilmiş 83.445 (səksən üç min dörd yüz qırx beş) manat pul vəsaiti MTK-dan alınaraq Maraqlı şəxs2 geri qaytarılsın. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 və “xxxx” MTK-dan 10 (on) manat dövlət rüsumu alınaraq müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar