Məhkəmə qərarları › İş №2(011)-5328/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5328/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5328/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Əhmədova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı “X1 Ltd. Şti” MMC-nin nümayəndəsi-direktoru Ender Kavukun, Cavabdeh iştirakları ilə, İddiaçı “X1 Ltd. Şti” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Ltd. Şti” MMC-si Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “X1 Ltd. Şti” MMC müxtəlif növdə dərman preparatlarının satışını həyata keçirməklə məşğuldur. Satış təmsilçiləri məhsulları onun tərəfindən alınması barədə razılıq əldə edilmiş apteklərə təhvil verirlər. Həmin satış nöqtələrində mallar satıldıqca, onların pulu təhvil alınır və mütəmadi olaraq şirkətə münasibətdə alıcı qismində çıxış edən şəxslərin sifarişi əsasında onun dövriyyəsi və şirkət qarşısında qazandığı etimaddan asılı olara ona yeni partiyada mal və məhsullar təqdim edilir. İddiaçı “X1 Ltd.Şti” MMC ilə Cavabdeh arasında 13 iyul 2017-ci il tarixdə əmək müqaviləsi imzalanmışdır. Cavabdeh həmin tarixdən başlayaraq “X1 Ltd.Şti” MMC-dən dərman preparatlarının alışını və satışını həyata keçirməyə başlamışdır. 2020-ci ilin avqust ayında şirkətdə daxili yoxlama aparılarkən cavabdehin şirkətin xəzinəsinə ödənilməmiş 35.000 (otuz beş min) manat əsas borcu qalmışdır. Cavabdeh sonuncu dəfə şirkətə gələrək borcu olduğu və şirkətin xəzinəsinə təhvil vermədiyi 35.000 (otuz beş min) manat vəsaiti tezliklə əmlakını sataraq ödəyəcəyinə söz vermiş, dəfələrlə cavabdehə borcun tam ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin o bu günə qədər borcunu tam olaraq ödəməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 35.000 (otuz beş min) manat şirkətin xəzinəsinə ödənilmədiyi vəsaitin, ödənilmiş 200 manat mediasiya rüsumunun, həmçinin 195 manat məhkəmə rüsumunun tutularaq iddiaçı “X1 Ltd.Şti” MMC-nin xeyrinə ödənilməsi барядя гятнамя çыхарылмасыны хащиш етмишдир. Məhkəmə iclasında çıxış edən iddiaçı “X1 Ltd. Şti” MMC-nin nümayəndəsi-direktoru Ender Kavuk iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, ərizə təqdim edərək, 35000 manat pulun şirkətə qaytarmalı olduğu halda, pulun oğurlanması səbəbindən qaytara bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Беля ки, iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı 35000 manat pulun şirkətə qaytarmalı olduğu halda, pulun oğurlanması səbəbindən qaytara bilmədiyini ərizəsində qeyd etmişdir. İş materiallarında olan Cavabdeh Nərimanov RPİ-də verdiyi izahatın surətindən məlum olur ki, Cavabdeh izahatında bildirmişdir ki, “X1 Ltd.Şti” MMC-də 2005-ci ildən qeyri-rəsmi, 2017-ci ildən etibarən isə rəsmi müqavilə əsasında həmin şirkətdə ekspeditor vəzifəsində işləmiş, onun iş fəaliyyəti Göyçay rayonunda olmaqla şirkət tərəfindən ona göndərilən dərman və dərman preparatlarının yaxın ətrafda fəaliyyət göstərən apteklərə paylamaqdan ibarət olmuşdur. Bununla yanaşı, onun 34000 manat şirkətə borcunun olduğunu və həmin məbləğin oğurlanması səbəbindən şirkətə qaytarılmadığını izahatında bir daha təsdiq etmişdir. İş materiallarında olan “X1 Ltd.Şti” MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında 13 iyul 2017-ci il tarixdən müddətsiz əmək müqaviləsi bağlanmış, işçi ekspeditor vəzifəsinə işə qəbul edilmiş və işçi üçün sınaq müddəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəllənin 199-cu maddəsinə əsasən İşçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurduqda. Əmək Məcəlləsinin 202-ci maddəsinə görə İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Əmək Məcəlləsinin 203-cü maddəsinə görə İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 52.2-ci maddəsi müəyyən edir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Beləliklə, Cavabdeh “X1 Ltd. Şti” MMC-də tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən ekspeditor vəzifəsində işləmiş, şirkətə məxsus dərman və dərman preparatlarının satışı ilə məşğul olmuş, bunun nəticəsində şirkətin xəzinəsinə 35.000 (otuz beş min) manat təhvil verməli olduğu halda, təhvil verməmiş və şirkətə 35000 manat məbləğində borcunun olduğunu məhkəməyə təqdim etdiyi ərizə ilə etiraf etmiş, lakin hazırki günədək borcu geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc məbləği etiraf edilməklə tam sübut edildiyi üçün iddia tələbi təmin edilməli, Cavabdeh 35000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 35000 manat məbləğində pul vəsaiti, 200 manat mediasiya xərci və 195 manat ödənilmiş dövlət rüsumu iddiaçı “X1 Ltd. Şti” MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar