Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5335/2025 15.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı iddiaçıya məxsus olan fərdi yaşayış evində aidiyyəti olmayan şəxsin adına qaz sayğacının quraşdırılmasının qanunsuz hesab edilməsi və iddiaçıya məxsus olan fərdi yaşayış evində müqavilə bağlanması öhdəliyinin Cavabdehnə həvalə edilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan fərdi yaşayış evində ona aidiyyəti olmayan digər üçüncü şəxsin adına qaz sayğacının quraşdırılmasının qanunsuz hesab edilməsi və iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, küçə 5, 12 nömrəli fərdi yaşayış evində müqavilə bağlanması öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park, küçə 5, 12 nömrəli fərdi yaşayış evində yaşayır,həmin evə Cavabdeh tərəfindən G-4 markalı 1402AZ**********63 nömrəli qaz sayğacı quraşdırmışdır, xx.xx.2022-ci il tarixdə, haqqında danışılan sayğacın yenisi ilə əvəz olunması üçün, həmin tarixli ******* nömrəli müvafiq akt tətrib olunmuşdur, köhnə sayğac cavabdehin məsul şəxsləri tərəfindən apalrımış, lakin həmin vaxt tərəflər arasında hansısa bir akt, tələbnamə, və bu kimi digər hər hansı bir rəsmi məlumat iddiaçıya bildirilməmişdir, sonradan qaz pulunu ödəyərkən post terminaldan verilmiş xəbərdarlığa görə, yekun borc məbləğinin olması barədə qəbzdə göstərilmişdir, dəfələrlə bu barədə cavabdehə şifahi qaydada bildirmiş olsa da, hər dəfə bir bəhanə gətirilmişdir.Sonra müəyyən olunmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları ilk əvvəl xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edərək, guya iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacında kart qəbul olunmur, hansısa kənar əşya aşkar olundu və sayğac nisbi işləməklə istismara yararsız olması aşkar edilmişdir, həmin aktdan iddiaçının xəbəri olmamışdır, həmin ünvanda iddiaçı özü yaşayır, ona bildirsəydilər öz münasibətini bildirmiş olardı, həmin akt və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə adlı sənəd rəsmi qaydada ona göndərilməmişdir.Aktla tanış olarkən məlum olmuşdur ki, akt onun adına deyil, tanımadığı- X1 asdına tərtib edilmişdir, lakin fərdi yaşayış evi iddiaçı ilə “AAAF Park” arasında xx.xx.2016-cı il tarixdə bağlanmış, A/0005 nömrəli müqaviləyə əsasən iddiaçıya məxsus olmuşdur, 2023-cü ildə Fərid Məmmədovun tərtib edilmiş aktda və tələbnamədə adının qeyd edilməsinin heç bir hüquqi əsası yoxdur, bu da tərtib olunmuş aktın həqiqəti əks etdirmədiyini göstərir, eyni zamanda aktda Fərid Mənnədovun onu imzalamaqdan imtina etdiyi göstərilmişdir, orada yaşamadığı halda akta imza etməkdən imtina etməsi mümkünsüzdür, həmçinin tərtib olunmuş aktla tələbnamə arasında uyğunsuzluq mövcuddur, belə ki, aktda nöqsan kimi sayğacın kartı qəbul etməməsi, kənar əşyanın aşkar olunması və sayğacın nisbi işləməklə istismara yararsız olması göstərildiyi halda, tələbnamədə sayğacın çıxış borusunun deşilməsi bildirilir,bundan başqa aktın doğruluğunu öz imzaları ilə təsdiqləyən digər 3 nəfərin haqqında məlumat yoxdur, onların kim olduğu bilinmir. Bütün bunlar barəsində iddiaçı rəsmi qaydada Cavabdeh İB-nə müraciət etmiş, cavabdeh müraciəti almış olsa belə cavablandırmamışdır, iddiaçı tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və onun əsasında hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4124/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir, iddia tələbinin hüquqi əsası kimi iddiaçının həmin iddia ərizəsini vermək üçün subyektiv hüququnun olmadığı göstərilmişdir, ev iddiaçının adına olsa da sayğacın quraşdırılması üçün iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmmamış, sayğac başqa şəxsin adınadır, qətnamədən iddiaçı apellyasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı dəflərlə şifahi qaydada cavabdehə müqavilənin onunla bağlanması üçün müraciət etmiş, bildirmişlər ki, müqavilə kimin adınadırsa onun razılığı ilə ancaq müqavilə dəyişdirilə bilər, iddiaçı müqavilə bağlanılan şəxsi tanımadığı halda onun razılığını alması da mümkünsüz olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında A/0005 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 5 saylı küçədə 2,0 sot torpaq sahəsini, həmin torpaq sahəsində inşa edilən 12 nömrəli, 4 otaqdan ibarət, 2 mərtəbəli mansardsız ümumi sahəsi 155 kv.metr olan fərdi yaşayış evini 55000 manata İddiaçı satmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, 5 saylı küçəsində 2 sot torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 155 kv.m olan, 4 otaqlı 12 saylı fərdi yaşayış evində faktiki xx.xx.2016-cı il tarixindən tək nəfər olaraq yaşayır. Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanında olan fərdi yayış evinə dair **********00120 saylı abonent kodu X1 adınadır. İddiaçı tərəfindən Cavabdeh İB-nə ünvanlanmış məktubdan görünür ki, İddiaçı sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinə onun adına qaz sayğacının quraşdırılması və təbii qazdan istifadə üçün nəzərdə tutulmuş müqavif müqavilənin bağlanmasına gödtəriş verilməsini Cavabdeh İB-dən xahiş etmişdir. Abunə haqqında müqavilədən görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, 5 saylı küçəsində yerləşən 12 nömrəli evin elektriklə təmin olunması üçün "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli **********20000 saylı müqavilə bağlanmışdır. Tətbiq edilən hüquq: “Təbii İnhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu:
1. Bu Qanun Azərbaycan Respublikasında təbii inhisarlarla bağlı dövlət tənzimlənməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edir. Təbii inhisar subyektləri ilə istehlakçıların maraqlarının uzlaşdırılmasını təmin etməyə yönəldilmişdir. 10.3. Təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əmtəənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.1.Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qazpaylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, ünvan 1 ünvanında olan fərdi yaşayış evi iddiaçının qanuni sahibliyində və istifadəsindədir, eləcə də, həmin ünvanda yaşayan və təbii qazdan istifadə edən hər zaman iddiaçı olmuşdur. Lakin, həmin evə dair abonent saldosu X3 adlı şəxsin adınadır. Yuxarıda sadalanan qanunvericilik aktlarının tələbinə əsasən istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi qaz paylayıcının üzərinə qoyulur. Odur ki, ölkə ərazisində təbii qazdan istifadə edən istehlakçılara qazın satışı, onlarla qazın alqı-satqısı müqaviləsinin bağlanması və s. ilə təbii inhisar subyekti olan Cavabdeh məşğul olduğundan, iddiaçı qanuni sahibliyində və istifadəsində olan fərdi yaşayış evində təbii qaz istehlakçısı kimi qazın alqı-satqısı müqaviləsinin bağlanması üçün Cavabdehnə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı Cavabdeh İB-nə ünvan 1 ünvanında olan fərdi yaşayış evinə dair abonent salddosunun hansı əsasla X1 adına verilməsi barədə məlumatın təqdim edilmsi ilə bağlı sorğu verilmiş, lakin sorğuya cavab təqdim edilməmişdir. Beləkilə, ünvan 1 ünvanında olan fərdi yaşayış evinin iddiaçının qanuni sahibliyində və istifadəsində olmasına və həmin ünvanda qaz istehlakçısının iddiaçı olmasına baxmayaraq, Cavabdeh İB hansı əsasla həmin ünvana dair abonent saldosunun X1 adına verilməsinə aydınlıq gətirməmişdir. İşin qeyd edilən halları və qanunvericilik normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB ünvan 1 ünvanında olan fərdi yaşayış evinə dair aidiyyəti olmayan şəxsin adına abonent saldosu açmaqla və evin qanuni sahibi ilə müqavilə bağlanılmasından imtina etməklə iddiaçının istehlakçı kimi hüquqlarını pozmuşdur, odur ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında olan fərdi yaşayış evinə aidiyyəti olmayan şəxsin adına abonent saldosunun verilməsi qanunsuz hesab edilsin. İddiaçı qanuni sahibliyi və istifadəsində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evinə dair qazın alqı-satqısı barədə İddiaçı ilə müqavilənin bağlanması öhdəliyi və həmin evə dair abonent saldosunun İddiaçı adına dəyişdirilməsi öhdəliyi Cavabdeh İB-nin üzərinə qoyulsun. 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Şövkətli-Mənsimli