Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-535/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Vəliyeva Vüsalənin həqiqətən 22.12.2007-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilərək, vətəndaşlıq vəziyyəti haqqında müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, o, X10 ilə nikahdan kənar faktiki surətdə birlikdə yaşayırdılar, bu münasibətdən onların 06.02.1996-cı il təvəllüdlü X11, 24.03.1998ci il təvəllüdlü X12, 07.02.2001-ci il təvəllüdlü X8, 22.12.2007-ci ildə X9 doğulmuşdur, V.İ.Vəliyeva nikahdan kənar doğulduğu və həmin ərəfədə Ərizəçi bir sıra problemləri olduğu üçün uşağa doğum haqqında şəhadətnaməni ala bilməmişdir, 15.01.2008-ci il tarixdə uşaq üçün onun harda və hansı tarixdə doğulmasını təsdiq edən doğum haqqında tibbi şəhadətnamə almışdır, lakin doğum haqqında şəhadətnaməni almaq üçün Qeydiyyat Şöbəsinə vaxtında müraciət edə bilmədiyindən onu ala bilməmişdir, nəticədə V.İ.Vəliyeva üçün şəxsiyyət vəsiqəsi ala bilməmiş və uşağının 12 yaşı olmasına baxmayaraq hələ də orta təhsilə başlaya bilmir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında 15.06.1972-ci il təvəllüdlü X14 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi ilə eyni yataqxanada yaşayırdılar, sonra 1993-1994-cü illərdə Vəliyeva X1, buna baxmayaraq onların əlaqələri kəsilməmişdir, ərizəçinin İlham ilə sevgi münasibətləri var idi, əvvəllər birlikdə yaşayırdılar, lakin sonra münasibətləri pisləşmişdir və ayrılmışdılar, bu zaman Mətanət hamilə idi, S.A.Ağayeva Vüsalə doğulan zaman ərizəçinin yanında olmuşdur və uşağı tanıyır, uşaq doğulduqdan sonra isə o, Binəqədiyə köçmüşdür və orada yaşayır. Məhkəmə iclasında Vəliyeva Vüsalə çıxış edərək bildirdi ki, o, 22 dekabr 2007-ci ildə doğulmuşdur, anası Ərizəçi, atası Vəliyev İlhamdır, onun Rəhimə, Aytac və Əfidə adlı 3 bacısı vardır, anası ilə atası o uşaq olarkən ayrılmışlar, lakin atası İlhamın siması yadındadır, hal-hazırda doğum faktı təsdiq olunmadığından məktəbə gedə bilmir. İş materiallarında olan məktubdan görünür ki, Ərizəçi 11.09.2020-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət X3 doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş lakin, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilmədiyindən məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan 11 saylı X7 rayon Məhkəməsinə ünvanlanan 26.10.2020-ci il tarixli 898 nömrəli məktubdan görünür ki, 22.12.2007-ci il təvəllüdlü X6 15.02.2012-ci il tarixdən poliklinikada qeydiyyatdadır, hər hansı xəstəliklə əlaqədar dispanser qeydiyyatı yoxdur, 23.10.2020-ci il tarixdə keçirilmiş tibbi müayinələrin əsasında “sağlamdır” qənaətinə gəlinmişdir. İş materiallarında olan 2(011)-3896/2012 nömrəli mülki iə baxış protokolundan görünür ki, Bakı şəhəri Binəqədi rayonu 11 saylı Uşaq Poliklinikasının 01.03.2012-ci il tarixli 37 nömrəli arayışına əsasən X9 22.12.2007-ci il tarixdə doğulmuşdur, o, Binəqədi rayonu A.İ.Orucov adına 11 saylı uşaq poliklinikasında tibbi qeydiyyatdadır və hal-hazırda sağlamdır. İş materiallarında olan Xətai RPİ tərəfindən verilmiş 26.12.2011-ci il tarixli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan 15.01.2008-ci il tarixli AZS-103 nömrəli doğum haqqında tibbi şəhadətnamədən görünür ki, X9 22.12.2007-ci ildə doğulmuşdur, anası Ərizəçidır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X4 186 nömrəli ekspert rəyindən görünür ki, X9 üçün müəyyən edilmiş yaş 15-15,5 ilə uyğun gəlinir. Məhkəmə tərəfindən iş materialları tərəfindən müəyyən olunur ki, X9 22.12.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, anası Ərizəçidır, “ cinsi “qadın”, milliyyəti “azərbaycanlı”dır, o, hal-hazırda tibbi poliklinikada qeydiyyatdadır, onun doğum haqqında şəhadətnaməsi yoxdur və doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alnmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12.04.2019-cu il tarixli 03 saylı qərarına əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 22.12.2007-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 22.12.2007-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən olunsun, doğum haqqında akt qeydində uşaq qrafasında “X9”, doğum tarixi “22.12.2007-ci il”, doğum yeri “Bakı”, ana qrafasında “Ərizəçi”, cinsi “qadın”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-535/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-535/2021
02.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver