Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5366/2025 17.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Ərizəçi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğum faktının müəyyən edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin tələbi Ərizəçi özünün doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, atası X10 və anası X7 ilə ailə qurmuşlar. Ərizəçi onların ailə ittifaqından 5 dekabr 1961-ci il tarixdə Azərbaycan Respublikası, Dağlıq Qarabağ, Xankəndi şəhərində anadan olmuşdur. Atası və anası vəfat etmişdir. Hazırda doğum haqqında şəhadətnaməni arxiv sənədlərindən əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün 4 saylı Bakı «Asan xidmət» mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, həmin orqan məktubu ilə doğum haqqında şəhadətnamənin bərpasının qeyri-mümkün olduğunu bildirərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmədən onun iştirakı olmadan ərizəsinə baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyinin üzrlü səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 507/25 saylı məktubuna əsasən doğum haqqında akt qeydinin bərpası ilə müraciətə baxılmış, lakin akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. “Elektron məhkəmə” İnformasiya Sistemində əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixində Xankəndi şəhərində anadan olmuşdur. Mülki iş materiallarına əlavə edilmiş 904 saylı, xx.xx.1961-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə anadan olmuşdur. Onun atası X10, atası isə X4. Mülki iş materiallarına əlavə edilmiş 23 saylı, xx.xx.1964-cü il tarixli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 06 yanvar 1964-cü il tarixdə anadan olmuşdur. Onun atası X10, anası isə X4. Mülki iş materiallarına əlavə edilmiş 56-B saylı, xx.xx.2017-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X9 15 noyabr 1958-ci il tarixdə anadan olmuşdur. Onun atası X10, anası isə X5r. Mülki iş materiallarına əlavə edilmiş 613 saylı, xx.xx.1970-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 31 avqust 1970-ci il tarixdə anadan olmuşdur. Onun atası X13, anası isə Əliyeva Elmiradır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirmişdir ki, ərizəçi onun əmisi oğludur. O Xankəndində 1961-ci ildə anadan olmuşdur. X3r, anası isə X6r. İtdiyini bildiyini, lakin necə olduğunu bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Onlar Xankəndində anadan olmuşdurlar. X1r, anaları isə X6r. Anasının adı gürcü adı olan Dariko kimi qeyd edilsə də əslində Məhrübə olub. Atasının da adı Aydın kimi qeyd edilsə də hamı Hüseyn kimi tanıyıb, bilib. O vaxtı hamı evlərini qoyub gəlib, sənədlərdə hamısı orada qalıb. Ancaq kopiyası olub. Kopiyası da sizə təqdim olunub. Qardaşı ondan böyükdü, 1961-ci ilin dekabr ayının 5-də anadan olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının təmin edilməsi baxımından hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin onun doğumunun qeydə alınmasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1961-ci il tarixdə Xankəndi şəhərində doğulması, atasının X10, anasının isə X2 şahidlərinin ifadələri və işin digər mötəbər sübutları ilə təsdiq edildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Xankəndi şəhərində doğulduğuna dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Doğum akt qeydində ata qrafasında - X14, ana qrafasında - X7 qeyd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5366/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5366/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver