Məhkəmə qərarları › İş №2(011)-5370/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5370/2022

28.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5370/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı Sabiq qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Sabiq qızı Cavabdeh qarşı – fərdi yaşayış evinə köçürülmə barəsində iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Sabiq qızı Cavabdeh qarşı – onun xx.xx.2018-ci il təvəllüdlü X1 ilə birlikdə Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Sabiq qızının Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işin Xaçmaz Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla verilmişdir, mübahisəli evin Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq işə Xaçmaz Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022- ci il tarixli qərardadı ilə əizənin rədd edilməsi qərara alınmışdır. Cavabdeh qərardaddan şikayət verərək, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)- 5370/2022 saylı işi üzrə 02 sentyabr 2022-ci il tarixli qərardadını ləğv edərək, işin Xaçmaz rayon məhkəməsinə göndərilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022- ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6756/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabedeh Cavabdeh şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5370/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, cavabdehin (nümayəndənin) ərazi aidiyyəti barədə vəsatətinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ərizəni müdafiə edərək, mülki işin aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. İddiaçı Sabiq qızı məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə işin materiallarını nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin edilərək, iş ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Lakin iddia tələbi Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən fərdi yaşayış evinə köçürülmə barədədir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırki tələblə bağlılığı müəyyən edilir. Həmçinin hər iki tərəf mülki işin aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Ona görə məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 44.2.5-ci maddəsinə əsasən, iş hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 39, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. İddiaçı Sabiq qızının Cavabdeh qarşı – fərdi yaşayış evinə köçürülmə barədə iddiası əsasında olan mülki iş baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar