Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5387/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 671,54 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh Əhmad oğlundan ev almışdır. Evə köçdükdən sonra işıq pulu ödəyən zaman məlum olmuşdur ki, Cavabdeh işığa görə 721,54 manat borcu var. Bu haqda ona məlumat vermiş, lakin o, polis işçisi olduğuna görə borcu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixində verdiyi iltizama görə hər ay 50 manat verəcəyinə söz verməsinə baxmayaraq, indiyə kimi həmin borcdan cəmi 50 manat ödəmişdir. Ödədiyi işıq pulunun isə 50 faizini işıq idarəsi borca tutur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmunua uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, həqiqətən də, yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən evini iddaçıya satmışdır. Lakin, ev satılarkən 1000 manat güzəşt etmişdir ki, iddiaçı evin xırda çatışmazlıqlarını düzəltsin. Sonradan bilmişdir ki, evin işığa görə 700 manat borcu var və həmin pulu hissə-hissə, hər ay 50 manat olmaqla ödəmək barədə iddiaçıya iltizam vermişdir. Hətta həmin puldan 50 manat da ödəmişdir. Lakin maddi imkanı olmadığından qalan pulu ödəyə bilmir. Cəmi 425 manat pensiya alır. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan alıcı İddiaçı ilə satıcı X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki yarımstansiyaya çatmamış yer ünvanında ümuml sahəsi 0.013 ha olan torpaq sahəsini 33800 manata alıcıya satmışdır. Müqavilənin 10-cu bəndinə əsasən alıcının sahibliyinə verilənədək əmlakın vergisi, tlefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Müqavilə alıcının əvəzindən etibarnamə əsasında Cavabdeh tərəfindən imzalanmışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, 0.013 ha torpaq sahəsində yerləşən ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş **********60294 saylı abonentin saldosundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2021-ci il tarixinə elektrik enerjisindən istifadəyə görə 721,54 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, o, tərəfindən satılmış Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən evin elektrik enerjisinə görə 700 manat borcunun olduğunu öyrəndiyini bildirərək, həmin borcu hissə-hissə, hər ay 50 manat olmaqla, İddiaçı ödəməyə söz vermişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfindəki yarımstansiyaya çatmamış yer ünvanında ümuml sahəsi 0.013 ha olan torpaq sahəsində yerləşən ev X1 adına rəsmiləşdirilməsinə baxmayaraq, faktiki olaraq iş üzrə Cavabdeh məxsus olmuşdur və o, həmin evdə yaşamaqla, kommunal xidmətlərdən istifadə etmiş, ev onun tərəfindən İddiaçı satıldıqda elektrik enerjisindən istifadə üzrə 721,54 manat borc mövcud olmuşdur. Həmin borcdan cavabdeh iddiaçıya 50 manat ödəmiş, 671,54 manat borcu qalmışdır. İşin bu halları cavabdeh tərəfindən mübahisələndirilmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 671,54 (altı yüz yetmiş bir manat 54 qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5387/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5387/2022
23.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver