Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-539/2024 27.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh3 qarşı – “torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi tələbi, hərracın yekunları protokolunun ləğv edilməsi tələbi və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi “ barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh3 qarşı – -Cavabdeh1 MMC Qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ünvanında yerləşən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə 27 fevral 2023-cü il tarixli, R01/17/23 nömrəli Torpaq sahəsinin qiymətləndirilməsi barədə Ekspert Rəyinin ləğv edilməsi, etibarsız hesab edilməsi barədə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu ünvanında yerləşən torpaq səhəsinə dair Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 94 nömrəli protokolunun ləğv edilməsi, etibarsız hesab edilməsi barədə, Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın yekunları barədə 94 nömrəli protokol əsasında Cavabdeh2 MMC və Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyət, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət və Cavabdeh3 qarşı – “torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi tələbi, hərracın yekunları protokolunun ləğv edilməsi tələbi və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi “ barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-539/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-539/2024
27.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver