Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5409/2020 30.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistanın Kalinino rayonunun Qızıldaş kəndində doğulduğunun qeyd edildiyinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, xx.xx.1974-cü il tarixində Ermənistanın Kalinino rayonun Qızıldaş kəndində anadan olmuşdur. 1988-ci ildə məcburi şəkildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Hal-hazırda o, Ermənistanın Kalinino rayonunun Qızıldaş kəndindən məcburi köçkün kimi ünvan 1 ünvanında qeydiyyatdadır. 1988-ci ildə yaşadıqları yurdlarından çıxarkən ailəsi didərgin düşmüş və sənədlərini, həmçinin ərizəçinin doğum haqqında şəhadətnaməsini evlərindən götürə bilməmişdirlər. Ərizəçi təkrar doğum şəhadətnaməsini almaq üçün Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən doğum haqqında şəhadətnamənin təkrar verilməsindən imtina edilmişdir. Ərizəçinin mərhum atası X1 xx.xx.1982-ci il tarixində Ermənistanın Kalinino rayonunun Qızıldaş kəndində vəfa etmiş, anası X3 isə hal-hazırda ünvan 1 ünvanında yaşayır. Ərizəçi məhkəmə iclasında məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli, xx/xx-1902 nömrəli məktubundan görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixində Ermənistanın Kalinino rayonun Qızıldaş kəndində doğulub və doğum faktı orada qeydə alınıb. Doğum Ermənistanda qeydə alındığından doğum haqqında şəhadətnamənin şöbə tərəfindən verilməsi mümkün deyildir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/2-6420/13 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020c-ci il tarixədək daxil edilmiş məlumatlar öyrənilərkən xx.xx.1974-cü il təvəllüdlü Ərizəçi doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli, 018-11928-1220 nömrəli məktub və ona əlavə edilmiş sənəddən görünür ki, xx.xx.1971-cü il təvəllüdlü Ərizəçi ilk dəfə Xətai Rayon Polis İdarəsi tərəfindən ünvan 2 ünvanı üzrə sənədləşdirilərək xx.xx.2008-ci il tarixdə AZE-06779436 nömrəli, 2 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən isə yaş həddi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə-Anketin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistanın, Kalinino rayonu, Qızıldaş kəndində anadan olmuşdur. Beləliklə, ərizəçinin izahatı və işin digər materialları ilə Ərizəçi xx.xx.1974-cü il tarixində Ermənistanın Kalinino şəhərində anadan olduğu tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistanın Kalinino rayonunun Qızıldaş kəndində anadan olduğuna dair doğumun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5409/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5409/2020
30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver