Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5426/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə girişə yaradılmış maneənin qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə girişə yaradılmış maneənin qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil mərhum X2nun şəxsi mülkiyyətində olmuşdur. (Daşınmaz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışının surəti ərizəyə əlavə olunmuşdur). Mərhum ataları sözügedən evdə xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək qeydiyyatsız yaşamışdır. Atalarının həbsxana şəraitində uzun illər qalması səbəbilə psixi problemləri yaranmışdır və atalarının əqli şüurunun yerində olmamasından istifadə edən bibilərinin nəvəsi, Cavabdeh mərhum atalarının mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən 17 saylı mənzili satmış və həmin pula ünvan 2 fərdi yaşayış evini almışdır. Mərhum ataları xx.xx.2014-cü il tarixindən vəfat edən günədək, yəni xx.xx.2020ci il tarixədək həmin mənzildə qeydiyyatda olmaqla yaşamışdır. Həmin fərdi yaşayış evinin bütün kommunal istehlakçı hesabı da mərhum atalarının adına olmuşdur. Atalarının vəfat edənədək həmin fərdi yaşayış evi bir mərtəbəli olmuşdur. İddiaçılar həmin evdə yaşamaqla atalarının qulluğunda durub, onun ehtiyaclarını qarşılamışdır. Mərhum atalarının xəstəliyindən istifadə edən cavabdeh, bizim ünvan 2 fərd yaşayış evindən istifadəsinə maneələr yaratmağa başlamış və iddiaçıları həmin evə buraxmamışdır. Cavabdeh bilərəkdən iddiçıların sözügedən evdə yaşamaqlarına manelər yaratmışdır. Atası vəfat etdikdən sonra, Cavabdeh həmin fərdi yaşayış evinin 2 ci mərtəbəsində müəyyən tikililər aparmış və öz ailəsini 2-ci mərtəbəyə köçürdərək orada yaşamağa başlamışdır. Bir sözlə cavabdeh, mərhum atalarından iddiaçılara yadigar qalmış fərdi yaşayış evinə özü sahiblənmiş və iddiaçıları həmin evdən məhrum etmişdir. Hazırda mərhum atalarından iddiaçılara yadigar qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin 1-ci mərtəbəsinə girişlərinə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına zərurət vardır. Lakin cavabdeh bunu öz razılığı ilə etmək fikrində deyildir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddiaçı göstərilənləri nəzərə alaraq, ünvan 2 fərdi yaşayış evinin 1-ci mərtəbəsinə girişinə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iddiaçıların nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında bildirmişdir ki, iddiaçıların anasıdır. Nümayəndə el adətiylə nikahla, nişanla ailə qurmuşdur. 6 il nişanlı olmuş, türmə yolu gözləmişdir. O, aldanmış, ailə qurmuşdur. Sonra 1985-ci ildə birinci qızı, 1987-ci ildə ikinci qızı doğulmuşdur. Nümayəndə o ailədə 6 il nökər olmuşdur. X2 türmələrə tez-tez düşdüyü üçün boşanmışdır. O, Nadirin tutulma səbəbini də bilməmişdir, bu hal ondan gizlədilmişdir. Körpə uşaqlı olduğuna görə də məhkəmələrdə iştirak edə bilməmişdir. X11 rəhmətə gedəndə xəstə olduğundan huşu başında olmamışdır. 2011-ci ildə ev satılanda da yoldaşının huşu başında olmamışdır. Qızlarının analarından başqa heç kimi yoxdur. Cavabdeh evi saxta yolla öz adına keçirmişdir. Ağayevlər keçmişdə də Nümayəndə başına oyun açmışlar. Qızları atalarının xəstəliyində də onun yanına gedib-gəlmişlər, ona baxmışdırlar. X20 maşınını da satmışlar. Məhkəmənin baxış iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə iddia müddətinin və kəsici müddətin tətbiqinə dair ərizə ilə müraciət edərək göstərmişdir ki, hal-hazırda mübahisə predmeti olan Xətai rayonu, Qafqaz küçəsi 47/12 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud deyildir, yəni qanunsuz tikilidir. Evə məxsus olan yeganə hüquq müəyyənedici sənəd Mənzil Kommunal İstismar sahəsinin həmin evdə yaşayan şəxslərin qeydiyyatını apardığı ev kitabçası və kommunal ödənişlərə dair müqavilədir. Ev kitabçasında aparılmış 2011-ci il tarixli qeydlərdən də görünür ki, X11 yalnız özü həmin evdə yaşamışdır. İddiaçı tərəf X8 həmin evdə 2014-cü ildə yaşadığını bildirərək, ataları barədə heç bir məlumata malik olmadıqlarını göstərirlər. Ev kitabçasında aparılmış 2018-ci il tarixli qeydlərdən də görünür ki, 2018-ci il tarixindən həmin evə sahiblik Cavabdeh keçmişdir. O, və onun 4 ailə üzvü (qeydiyyatda olmaqla) həmin evdə yaşamışlar, halhazırda da yaşayırlar. 2018-ci ildən də mübahisəli mənzilə məxsus olan kommunal ödənişlərə dair müqavilələr Cavabdeh ilə bağlanmışdır. Evə dair hüquq müəyyənedici sənədlər mövcud olmadığına görə tərəflər arasında rəsmi alqı-satqının aparılması mümkün olmadığından, yanlız ev kitabçası və kommunal müqavilələr əsasında evin sahibinin dəyişdiyi görünür. İddiaçılar həmin evdə yaşadıqlarını yazsalar da, bunu sübut edə bilməmişdirlər və bununla bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdirlər. X11 2018-ci il tarixində evi Cavabdeh adına keçirmiş və özü də xx.xx.2020-ci il, yəni öldüyü tarixədək həmin evdə yaşamışdır. Cavabdeh öldüyü günədək ona qulluq etmişdir. İddiaçıların atası X11 onların anası ilə nikahlarına xitam verilmişdir və iddiaçılar anaları ilə birgə yaşamışlar. Onların öz yaşadıqları ev olmuş və heç zaman ataları ilə birgə yaşamamışlar. Əgər onların ataları ilə münasibətləri olsaydı, 2011-2018-ci illərdə elə onunla birgə yaşayardılar. Məhkəmə çıxışlarında belə onlar yalnız bəzi hallarda ataları ilə görüşdüklərini yazmışlar. X11 xx.xx.2020-ci il tarixində vəfat etsə də, iddiaçılar bu müddət ərzində məhkəməyə müraciət etməmişdirlər. Əgər onların mübahisəli mənzilə girişlərinə maneə olsaydı maneənin yarandığı tarixdən məhkəməyə müraciət edə bilərdilər. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq 1 il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərdən də aydın olur ki, iddiaçıların həmin evə dair heç bir hüquqları mövcud deyildir və onlar tərəfindən iddia müddəti ötürülmüşdür. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 024883 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası isə X9r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 064218 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X11, anası isə X9r. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 401488 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 22 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən 17 saylı mənzil 09 aprel 2011-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan satıcı X11 ilə alıcı X6 arasında bağlanan 11 noyabr 2011-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 20 ünvanında yerləşən 17 saylı mənzili 37632 manat məbləğinə alıcının mülkiyyətinə vermişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-i tərəfindən verilmiş 991 saylı, 22 aprel 2024-cü il tarixli arayışından görünür ki, mərhum X4 rayonu, Qafqaz küçəsi, 47/12 saylı evdə 16 noyabr 2011-ci ildən 29 noyabr 2014-cü ilədək qeydiyyatsız yaşamışdır. 29 noyabr 2014-cü ildən qeydiyyata düşmüş, 22 iyul 2020-ci ilədək həmin ünvanda yaşamışdır. İş materiallarında olan Xətai rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli Xidməti məlumatdan görünür ki, Xətai rayonu, Qafqaz küçəsi 47 XE (abunə kodu: 120200547XE0000) 16 noyabr 2011-ci il tarixində "xxxx" ASC tərəfindən qeydiyyata alınmış, X8 adına 120200547XE0000 abonent kodu açılmış, mənzilə A381143086 saylı elektrik hesabat sayğacı quraşdırılmışdır. Hal-hazırda fərdi yaşayış evi 06 oktyabr 2018-ci il tarixində Cavabdeh adına qeydiyyata alınmışdır. Elektrik enerji təchizatından istifadəyə əsasən mənzilin 04 aprel 2024-cü il tarixinə debitor borcu yoxdur. İş materiallarında olan “Azəriqaz” İB tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 18 noyabr 2011-ci il tarixdə ünvan 4 ünvanı üzrə X8 adına **********00121 nömrəli istehlakçı hesabı açılaraq, X3 Sistemində qeydiyyata alınmışdır. 06 oktyabr 2018-ci il tarixdə ASAN Kommunal mərkəzi tərəfindən **********00121 nömrəli istehlakçı hesabı Cavabdeh adına keçirilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh verilmiş 03 aprel 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, X12, X10 və X13 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Daxili İşlər Nazirliyi tərəfindən Cavabdeh verilmiş 03 aprel 2024-cü il tarixli ******* №-li Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan qonşular X17, X23, X7, X21, X18 və X24 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh öz ailə üzvlərilə birlikdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci ildən yaşayır və hal-hazırda da yaşayırlar. X11 öldüyü günədək orada yaşamışdır. İddiaçı1 və İddiaçı2 adlı şəxslər isə ümumiyyətlə həmin fərdi yaşayış evində yaşamamışlar. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. İlk növbədə məhkəmə cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cavabdeh Mülki Məcəllənin 165.1-ci maddəsinə əsaslanmışdır. Həmin maddəyə görə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər və bu halda iddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq 1 il təşkil edir. Mülki Məcəllənin müvafiq normaları sahibliyinin anlayışını aşağıdakı kimi ifadə edir: Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2.) Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. (Maddə 159) Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. (Maddə 163.1) Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. (Maddə 166.3.) Məhkəmə hesab edir ki, iddiaçıların iddianın predmeti olan özbaşına tikiliyə sahib olduqları işdə olan sübutlarla təsdiq edilmədiyindən, iddiaya iddia müddəti tətbiq edilməməli, mahiyyəti üzrə baxılaraq, obyektiv qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X8 övladlarıdır. X11 22 iyul 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçılar hazırda məhkəməyə müraciət edərək atalarının yaşadığı ünvan 2 fərdi yaşayış evinə daxil olmaqlarına Cavabdeh tərəfindən maneə yaradıldığını iddia etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2 mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 17 saylı mənzili satmış, həmin pula ünvan 2 fərdi yaşayış evini almışdır. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzil 09 aprel 2011-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə mərhum X8 adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, N.Tağıyev tərəfindən həmin mənzil 11 noyabr 2011-ci il tarixdə 37632 manat məbləğinə alıcı X1. Mübahisə predmeti olan ünvan 2 fərdi yaşayış evinin hüquq müəyyən edici sənədi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, həmin evin özbaşına tikili olduğu təsdiq edilmişdir. X11 həmin fərdi yaşayış evində 16 noyabr 2011-ci ildən 29 noyabr 2014-cü ilədək qeydiyyatsız yaşamış, 29 noyabr 2014-cü ildən qeydiyyata düşmüş, 22 iyul 2020-ci ilədək həmin ünvanda yaşamışdır. Eyni zamanda həmin fərdi yaşayış evində Cavabdeh və ailə üzvləri X12, X10 və X13 qeydiyyatda olmaqla, yaşayırlar. İddiaçıların anaları olan nümayəndəsinin izahatı ilə müəyyən olunmuşdur ki, o, Nadir Tağıyev ilə nikahda olmuş, 1985-ci ildə birinci qızı, 1987-ci ildə ikinci qızı doğulmuş, X11 türmələrə tez-tez düşdüyü üçün boşanmışdır. İddiaçılar həmin evdə yaşamaqla atalarının qulluğunda durduğunu, onun ehtiyaclarını qarşıladığını bildirsələr də, iddiaçıların həmin fərdi yaşayış evində yaşamaqları, həmin evə dair hər hansı hüquqlarının mövcudluğu heç bir mötəbər sübutla təsdiq edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçılar iddianın predmeti olan özbaşına tikili ilə bağlı hər hansı hüquqlara malik olduqlarını, yaxud onlara həmin evdə yaşamağa imkan verən hər hansı faktiki əsasın mövcudluğunu mötəbər sübutlarla təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayış evinə girişə yaradılmış maneənin qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5426/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5426/2024
29.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver