Məhkəmə qərarları › İş №2(011)-5438/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5438/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5438/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – Cavabdeh MMC- ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixində bağlanmış müqaviləyə xitam verilməsi; tərəfindən ödənilmiş 1500 manatın, gecikməyə görə 18 manat faiz məbləğinin, əldən çıxmış fayda kimi 11072,25 manatın cavabdehdən tutularaq ona ödənilməsi; ona məxsus pasportun cavabdeh tərəfindən geri qaytarılması; tərəfindən ödənilmiş 127,77 manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixində aralarında bağlanmış müqavilənin 1-ci maddəsinin a bəndinə əsasən Sifarişçi xaricdə, Belçikada yerləşən iş yerindən dəvətin alınması, işlədiyi müddətdə qalmaq üçün yer məsələləri ilə əlaqədar sifarişçiyə məsləhət xidmətlərinin göstərilməsi, həmçinin, iş yerindən dəvət üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə müqavilədə müəyyən edilən qaydalar əsasında xidmətləri göstərməyi öhdəsinə götürür. Tərəflər həmin müqavilənin ümumi qiyməti barədə 3000 manat müəyyən olunması barədə razılığa gəlmişdirlər. Sifarişçi ilkin xidmət haqqının birinci hissəsini xx.xx.2024-cü il tarixində 1500 manat ödədikdən sonra, sənədləşmə prosesi başlayır, proses davam etdiyi müddətdə sifarişçi ikin xidmət haqqının ikinci hissəsini 4 aydan sonra, iş prosesi (sənədləşmə) bitdikdən sonra digər qalan yarı məbləği ödəyir. Müqavilə üzrə nəzərdə tutulmuş qaydada 1500 (bir min beş yüz) manat məbləğində ödənişi 20.11,2024-cü il tarixində etmişdir. Müqaviləyə görə, cavabdeh tərəfindən xidmətlərin 4 ay müddətində sənədləşmə işlərinin icra olunması nəzərdə tutulsa da, bu günədək - artıq 7 ay keçməsinə baxmayaraq - müqavilə üzrə heç bir öhdəlik icra olunmamış və öhdəliyinin icrası ilə əlaqədar olaraq heç bir hərəkət nümayiş etdirilməmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, müqavilə öhdəlikləri üzrə cavabdeh tərəfindən götürülmüş öhdəlikləri yerinə yetirilmədiyi üçün xx.xx.2024-cü il tarixində bağlanmış müqaviləyə xitam verilməsi, Müqavilə üzrə tərəfimdən edilmiş 1500 manat məbləğində vəsaitin, əgər o, bu müddət ərzində Belçikada minimum əmək haqqı ilə işlə təmin olunsaydı, aylıq təxminən 1995 avro (2025-ci ilin məlumatına əsasən) x 3 ay = 5985 avro həcmində gəlir əldə edə bilərdi ki, bu məbləğ manatla təxminən (1 avro = 1.85 AZN kursu ilə) 11,072.25 manat əldən çıxmış faydanın, 1500 manat vəsaitin müqavilənin sənədləşmə işləri ilə əlaqədar olaraq icrasının bitdiyi tarixdən sonra keçən 3 ay ərzində orta illik 5% hesabla hesablanan faizi - təxminən 18 manat məbləğin və cavabdehdə olan ona məxsus pasportun geri qaytarılması ilə əlaqədar müraciət etmişdir. Pretenziya məktubunda pretenziya məktubu təqdim edildiyi tarixdən etibarən 3 gün ərzində, yəni xx.xx.2025-ci il tarixinədək yuxarıda qeyd olunan tələbləri təmin edilməzsə, qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının bərpası ilə əlaqədar olaraq tərəfindən məhkəməyə müraciət etməyi də öz əksini tapmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o məhkəmə iclasında iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan: Cavabdeh MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında bağlanılmış xx.xx.2024-cü il tarixində müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.a bəndindən görünür ki, sifarişçi Belçikada yerləşən iş yerindən dəvət alınması, işlədiyi müddətdə qalmaq üçün yer məsləhətləri ilə əlaqədar sifarişçiyə məsləhət xidmətlərinin göstərilməsi, həmçinin iş yerindən dəvət üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi üzrə xidmətlərin gpstərilməsini sifariş verib, icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə müqavilədə müəyyən edilən qaydalar əsasında xidmətlər göstərməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.e bəndindən görübür ki, icraçı bu müqavilə əsasında sifarişçiyə iş yerindən dəvət alınmasına cavabdehlik daşıyır. Əlavə olaraq, sənədləşmə prosesinin tam peşəkar şəkildə aparılmasına nəzarət edir. Həmin müqavilənin 2.i bəndindən görünür ki, (icraçının vəzifələri və hüquqları) icraçı sifarişçi ilə tərəflərin razılığı əsasında müqaviləni bağladıqdan sonra, sifarişçi tərəfindən 365 gün ərzində sifarişin yerinə yetirilməsi üçün ödəniş edilən ilkin xidmət haqqı dəyərində ödənilən məbləğin geri qaytarılmaması üzrə hüquqa malikdir. Həmin müqavilənin 7-ci bəndindən (Müqavilə üzrə xidmət haqqı.Ödəniş qaydaları və şərtləri) görünür ki, sifarişçi ilkin xidmət haqqının birinci hissəsini xx.xx.2024-cü il tarixində 1500 AZN ödədikdən sonra, sənədləşmə prosesi başlayır, proses davam etdiyi müddətdə sifarişçi ilkin xidmət haqqının ikinci hissəsini 4 aydan sonra, iş prosesi (sənədləşmə) bitdikdən sonra digər qalan yarı məbləği 3000 AZN ödəyir. Həmin müqavilənin şərtlərindən görünür ki, bu müqavilənin 7.2-ci bəndinə əsasən ödənilən məbləğ müqavilə imzalandığı andan etibarən icraçının xidmət haqqıdır və şirkətdən asılı olmayan səbəblərdən və müqavilə üzrə tərəflər arasında razılaşdırılmış qaydalardan kənar, “Sifarişçi” müqavilədən hər hansı səbəbə görə imtina edərsə şirkətə ödənilən ilkin xidmət haqqı geri qaytarılmır. Dəvətin gəlmədiyi və ya viza təsdiqlənmədiyi halda ödənilən məbləğ tam şəkildə geri qaytarılır. “Müqaviləyə əlavə dəyişikliklərin edilməsi və xitam edilməsi” barədə bənddən görünür ki, müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada aşağıdakı hallarda - hər iki tərəfin yazılı razılığı ilə xitam verilə bilər. Bu müqavilə müəyyən edilmiş qaydalardan kənar birtərəfli qaydada dəyişdirilə, ləğv və ya xitam verilə bilməz. xx.xx.2025-ci il tarixli müqavilə öhdəliklərinin icra olunmaması ilə bağlı pretenziya məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində bağlanmış müqaviləyə xitam verilməsi; tərəfindən ödənilmiş 1500 manatın, gecikməyə görə 18 manat faiz məbləğinin, əldən çıxmış fayda kimi 11072,25 manatın cavabdehdən tutularaq ona ödənilməsi; ona məxsus pasportun cavabdeh tərəfindən geri qaytarılmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixində müqavilə bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən iddiaçı ilkin olaraq 1.500 manatı ödəmiş, ilkin xidmət haqqının ikinci hissəsini 4 aydan sonra, iş prosesi bitdikdən sonra isə digər qalan yarı məbləği ödəməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində cavabdeh isə iddiaçıya iş yerinin seçilməsi, həmin ölkədə işlədiyi müddətdə qalmaq üçün yer məsələləri ilə əlaqədar iddiaçıya məsləhət xidmətləri göstərilməli, həmçinin iş yerindən iddiaçı üçün müvafiq dəvətin alınması üçün müraciətin edilməsi, iş yerinə qəbul üçün zəruri sənədlərin siyahısının təqdim edilməsi xidmətləri həyata keçirməli idi. Həmçinin müqavilə şərtlərindən görünür ki, cavabdeh müqavilə əsasında iddiaçıya iş yerindən dəvət alınmasına cavabdehlik daşıyır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmişdir. Belə ki, o zəruri məlumatları və ümumivətəndaş pasportunu, həmçin ilkin xidmət haqqını ödəmiş, lakin cavabdeh müqavilənin qüvvədə olduğu müddət ərzində öz öhdəliklərini yeri yetirməmişdir. Odur ki, iddiaçı cavabdeh tərəfindən şərtlərin yerinə yetirilmədiyinə əsaslanaraq müqavilənin vaxtından əvvəl məhkəmə qaydasında xitam verilməsini, ilkin ödənişin geri qaytarılmasını (əldən çıxmış fayda ilə birlikdə) və ümumvətəndaş pasportunun ona geri qaytarılmasını tələb etmişdir. Həmçinin müqavilənin şərtlərindən aydın olur ki, tərəflər 365 gün müddətinə öz öhdəliklərini yerinə yetirməyi öhdəsinə götürmüşdür. Bundan başqa tərəflər müqavilənin ləğvini hər iki tərəfin qarşılıqlı razılığı əsasında həyata keçirilməsini şərtləşmiş, müqavilənin birtərəfli qaydada xitam edilməsini qəbul etməmişlər. Göründüyü kimi tərəflər Mülki Məcəllənin 390.1-cü maddəsinə əsasən, azad surətdə müqavilə bağlamış və bu müqavilələrin məzmununu müəyyənləşdirmişlər. Odur ki, qarşılıqlı öhdəliklər yerinə yetirilmədiyindən stərəflər arasında bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli, iddiaçının ümumivətəndaş pasportu və 1500 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələblərinin əldən çıxmış fayda olaraq 11072,25 manatın cavabdehdın tutulması hissəsində hesab edir ki, iddia tələbləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Lakin iddiaçının müqavilə üzrə öhdəlikləri yerinə yetirildiyi təqdirdə belə, əmək haqqı ilə işlə təmin olunacağı və nə qədər gəlir əldə edəcəyi də bəlli məsələ deyildir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın 127,77 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdehnə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 127,77 manat dövlət rüsumu Cavabdehndan alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində bağlanmış müqaviləyə xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 1500 (min beş yüz) manat pul məbləği Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. İddiaçı məxsus ümumvətəndaş pasportu Cavabdeh MMC tərəfindən İddiaçı geri qaytarılsın. 127,77 (yüz iyirmi yeddi manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu cavabdeh Tiger Travel” MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar