Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-544/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Lençik (Matveyenko) Lyubov Anatolyevnanın iştirakı ilə, Lençik (Matveyenko) Lyubov Anatolyevnanın Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb edilməklə Azərbaycan Respublikasında yaşama faktının və başqa ölkənin vətəndaşı olmaması faktının müəyyən olunmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi 1992-ci il ildən etibarən bu günədək Azərbaycan Respublikasında yaşama faktının və başqa bir ölkənin vətəndaşı olmamağı faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1965-ci il tarixdə Ukrayna Sumı vilayətində anadan olmuşdur. 1992-ci il tarixdə Bakı şəhərinə köçmüş və həmin vaxtdan bu günədək Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 26 saylı evin 6 saylı mənzilində qeydiyyatsız yaşayır. 1992-ci il tarixdən etibarən heç vaxt Azərbaycan Respublikası ərazsinin hüdudlarından kənara çıxmamış, azərbaycan vətəndaşı ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Səhlənkarlığı ucbatından hələ də ümumvətəndaş pasportu ala bilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etməmişdir. Bu səbəbdən də bir sıra problemlərlə üzləşir. Ümumvətəndaş pasprotunun alınması üçün Dövlət Miqrasiya xidmətindən ona bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazisində 1992-ci ildən bu günədək yaşamağı faktı və başqa dövlətin vətəndaşı olmamağı faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. 1992-ci ildən Ukrayna Respublikası vətəndaşlığından çıxmışdır. Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, onun soyadı ərə gedəndən sonra Matveyenko olmuşdur. Qızlıq soyadı isə Lençikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi sonuncu məhkəmə iclaslarına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərdiyi ərizəsində “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini rəhbər tutaraq hüquqi faktın müəyyən edilməsi barədə ərizəçinin ərizəsinin təmin edilməsinə etiraz edilməməsi bildirilmişdir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, o, 67 ildir Bakıda yaşayır. Lyubov da onların qəsəbəsində yaşayır. Onlar qonşudur. Lyubovu 18 ildir tanıyır. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Lyubovun özünü 14-15 yaşından tanıyır. Onun yaşamağa yeri yox idi, ona görə də onların evində qalırdı. O, Ukraynadan gəlib. Özü orda-burda işləyir, süpürür, yığışdırır, axır ki, özünü öz zəhməti ilə saxlayır. Məhkəmə ərizəçinin, şahidlərin izahatlarını, ərizənin dəlillərinin və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İ-БП №269317 saylı doğum haqqında şəhadətnamənin tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ərizəçi xx.xx.1965-ci ildə Ukrayna Sumı vilayəti Konotop şəhərində anadan olmuşdur. Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Mənzil Kommunal təsərrüfat Birliyinin 2 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 55 nömrəli arayışda qeyd edilmişdir ki, ərizəçi Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi, 26 saylı evin 6 saylı mənzilində qeydiyyatsız yaşayır. Ukrayna DMX Sumı vilyətində X3 Xidməti İdarəsinin xx.xx.2021-ci il tarixdə Ukrayna XİN-nə, Konsulluq xidməti departamentinə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinə və birinci katib Dimit Paşkinə ünvanladığı məlumatda qeyd edilir ki, ərizəçinin Ukrayna vətəndaşlığı olub-olmamsı ilə bağlı Ukrayna DMXİ-də uçotlarında yoxlama aparılmış və müəyyən edilmişdir ki, həmin şəxs Ukrayna vətəndaşlığının olmasının müəyyən edilməsi və Ukrayna vətəndaşlağının rəsmiləşdirilməsi barədə vəsatətlə müraciət etməyib, Sumı vilayət ərazisində ona Ukrayna vətəndaşı pasportu və xaricə getmək üçün Ukrayna vətəndaşı pasportu verilməmiş, qeyd olunmuş şəxs Ukrayna vətəndaşı deyildir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli, arayışında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus pasportun və ünvandan çıxarılma vərəqəsinin azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, onun soyadı həmin sənədlərdə Matveyenko olmuşdur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus pasportun azərbaycan dilinə tərcümə edilərək notarial qaydada edilmiş surətindən görünür ki, ərizəçi sonuncu dəfə xx.xx.1990-cı il tarixdə Sumı vilayəyi Konotop şəhərindən yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Həmçinin, xx.xx.1990-cı il tarixdə tərtib edilmiş ünvandan çıxarılma vərəqəsinin azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ərizəçinin sonuncu iş yeri tramvay idarəsi, vəzifəsi sürücü olmuş, gedəcəyi yer Bakı şəhəri, səfər iş məqsədi üçün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1965-ci il tarixdə Ukrayna Respublikasında doğulmuş, 1990-cı il tarixində iş məqsədi üçün Azərbaycan Respublikasına gələrək burada yaşamağa başlamışdır. Ərizəçi hazırda doğulduğu Ukrayna Respublikasının vətəndaşı deyil. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmadığından Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsi üçün onun heç bir dövlətin vətəndaşı olmaması və Azəbaycan Respublikasında daimi yaşamasının müəyyən edilməsi hüquqi əhəmiyyətə malik olduğundan, lakin ərizəçi heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azəbaycan Respublikasında daimi yaşamasına dair müvafiq sənədləri isə başqa qaydada əldə edə bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, bu səbəbdən onun ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmçinin məhkəmə hesab edir ki, hüquqi faktın müəyyən edilməsi ərizəçiyə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi və şəxsiyyət vəsiqəsinin alınması üçün zəruridir. Belə ki, Mülki Prosessual Məcəllənin 311-ci maddəsində müəyyən edilmişdir ki, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi zamanı məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Lençik (Matveyenko) Lyubov Anatolyevnanın heç bir ölkənin vətəndaşı olmaması və 1992-cı il tarixdən Azərbaycan Respublikasının ərazisində daimi yaşaması faktı müəyyən edilsin. Bu qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-544/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-544/2022
03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver