Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-544/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azad Rəhimova, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Azad Rəhimova, Cavabdeh4 və Cavabdeh5 qarşı “payın naturada ayrılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1) Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsi sol tərəf - 3 otaq, yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahədən ibarət olmaqla İddiaçı1 məxsus payın naturada ayrılması; 2) Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr olan İddiaçı2 məxsus payın naturada ayrılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ilə X5 arasında 18 iyul 2018-ci il tarixində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 82.2 kv.m olan 3 otaqlı mənzili İddiaçı1 satmışdır. Alqı-satqı müqaviləsi əsasında xx.xx.2018-ci il tarixində İddiaçı1 mülkiyyət hüququ ********** nömrə ilə qeydiyyata alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ******* nömrəli çıxarış verilmişdir. İddiaçı2 notarial qaydada təsdiq edilmiş AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəfində yerləşən ümumi sahəsi 82.2 kv/metr, yaşayış sahəsi 48.6 kv.metr, yardımçı sahəsi 33.6 kv.metr olan 3 otaqlı mənzili almışdır və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahəsinə (********** qeydiyyat nömrə, xx.xx.2018-ci il tarixli qeydiyyat) əmlak hüquqları qeydə alınmışdır. Lakin bir müddətdən sonra qeyd olunan mənzilə qeydiyyata düşməklə bağlı notariat xidmətinə müraciət etdikdə, qeyd olunan mənzillərin paylı mülkiyyətin bir hissəsi olduğu və digər payçılar olan Rəhimov Azad, Cavabdeh3, Cavabdeh4, X7, Cavabdeh2 və Cavabdeh1 razılığı olmadan iddiaçıların həmin mənzillərə dair sərəncam vermək hüququnun olmadığı aşkar olunmuşdur. Yuxarıda qeyd edilən fərdi yaşayış evinin İddiaçı2 və İddiaçı1 məxsis hissəsi notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə alınarkən də faktiki olaraq naturada ayrılmış vəziyyətdə olmuşdur, hazırda da faktiki olaraq naturada ayrılmış vəziyyətdədir. Mənzilə giriş-çıxış ayrıdır, kommunal xəttlər (işıq, su, qaz və sair) ayrıdır, ayrıca sayğac quraşdırılıb, yəni yuxarıda qeyd edilən çıxarışda fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqları qeydiyyatdan keçmiş şəxslərlə İddiaçı2 mülkiyyətində olan hissə ev alınandan hazırki vəziyyətə qədər faktiki olaraq naturada ayrı vəziyyətdədir, digər pay sahibləri ilə heç bir faktiki olaraq naturada bağlığı yoxdur. Sadəcə mülkiyyət hüququnu təsdiq edən sənəddə fərdi yaşayış evində bir fərdi yaşayış evinin fərqli mülkiyyət hüquqları birgə paylı mülkiyyət hüququ üzrə rəsmiləşib. Bu hal da İddiaçı2, İddiaçı1 və digər mülkiyyətçilərinin mülkiyyət hüquqlarının həyata keçirilməsinə (mülkiyyət hüququ üzərində sərəncam vermə, fərdi yaşayış evinə yaxın qohumlarını qeydiyyata alınmasında və sair) çətinlik törədir. Hesab edirlər ki, İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evinin çıxarışda olan hissəsi faktiki naturada ayrı olduğundan (bina tikiləndən oradakı mənzillər faktiki olaraq ayrı vəziyyətdədir), həmin hissənin çıxarışda digər birgə mülkiyyətçilər ilə bir fərdi yaşayış evinin paylı mülkiyyətçiləri kimi qeydiyyata alınmasına zərurət yoxdur. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2024-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə İddiaçı1 ayrıca çıxarış və texniki pasportun verilməsi ilə əlaqədar müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixində göndərilmiş məktubda həmin mənzillərin yerləşdiyi binanın vahid konstruktiv yükgötürən divarlara malik vahid dam örtüyündən ibarət olan bina olması səbəbi ilə çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışı ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahəsinə dair İddiaçı2 həmin çıxarışla payları müəyyən olunmuş digər mülkiyyətçilərdən ayrı tam xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi barədə Azərbaycan Respublikası iqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə rəsmi xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilib. Həmin ərizə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində qəbul edilib və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixində göndərilmiş məktubda həmin mənzillərin yerləşdiyi binanın vahid kosntruktiv yükgötürən divarlara malik vahid dam örtüyündən ibarət olan bina olması səbəbi ilə çıxarışın verilməsinin mümkün olmadığı bildirilmişdir. Qeyd etmək istəyirlər ki, həmin binada yaşayan digər payçılar da özlərinə aid hissənin naturada ayrılmasına razıdırlar. Beləliklə pozulmuş hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Aşağıdakı sübutlara və əsaslara görə hesab edirlər ki, iddia tələbi təmin olunmalıdır. İddia ərizəsinə əlavə etdikləri X9 ilə İddiaçı2 arasında notarial qaydada təsdiq edilmiş AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin məzmunundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəfində yerləşən ümumi sahəsi 82.2 kv/metr, yaşayış sahəsi 48.6 kv.metr, yardımçı sahəsi 33.6 kv.metr olan 3 otaqlı hissəni İddiaçı2 almışdır. İddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının və **********18-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun məzmunundan görünür ki, İddiaçı2 mülkiyyət hüquqları Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahəsi ********** qeydiyyat nömrə, xx.xx.2018-ci il tarixdə qeydiyyat edilmişdir. İddia ərizəsinə əlavə etdikləri İddiaçı2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən və həmin ərizənin çatdırılmasını təsdiq edən poçt xəbərnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarış ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahəsinə dair İddiaçı2 həmin çıxarışla payları müəyyən olunmuş digər mülkiyyətçilərdən ayrı tam xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi xahiş olunmuşdur və həmin ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində xx.xx.2024-cü il tarixdə qəbul edilib və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin 3-21-3-30/2-S-0264-8/2024 **********50 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla müraciətləri əsasında hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının və **********18-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun məzmunundan görünür ki, İddiaçı1 mülkiyyət hüquqları Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 2-ci mərtəbə sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahəsi ********** qeydiyyat nömrə, xx.xx.2018-ci il tarixdə qeydiyyat edilmişdir. İddia ərizəsinə əlavə etdikləri İddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən və həmin ərizənin çatdırılmasını təsdiq edən poçt xəbərnaməsinin məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarış ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 2-ci mərtəbə sol tərəf - 3 otaq yaşayış sahəsi - 48.6 kv/metr, köməkçi sahəsi 33.6 kv.metr, ümumi sahəsi 82.2 kv.metr sahəsinə dair İddiaçı1 həmin çıxarışla payları müəyyən olunmuş digər mülkiyyətçilərdən ayrı tam xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və yeni texniki pasportun verilməsi xahiş olunmuşdur və həmin ərizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində qəbul edilib və Azərbaycan Respublikası İqtisadiyyat Naziliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubla müraciətləri əsasında hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qeyd etmək istəyirlər ki, mübahisə olunan yaşayış sahəsində payçıların biri-birindən faktiki asılılığı olmadığı halda öz mülkiyyətlərində olan əmlaka dair sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bu səbəbdən əmlaka dair payçılar tərəfindən sərəncam hüququnun həyata keçirilməsi üçün bütün payçıların razılığının alınması həm iddiaçının, həm də digər payçıların maraqlarına ziddir. Əlavə olaraq payçılara aid payların naturada bölünməsi və tam mülkiyyətə ayrıca çıxarışların verilməsi mümkün olduğu, həm də bunun bütün payçıların maraqlarına uyğun olduğu halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina verilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Bildirmək istəyirlər ki, mübahisəli yaşayış sahəsində payçılara məxsus mənzillər faktiki olaraq ayrı olmasına, bir-birinə heç bir maneəsi olmamasına baxmayaraq yalnız sənəd üzərində biri-birindən asılı vəziyyətdə qalması həmin payçıların mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrıca çıxarış və texniki pasportun verilməsindən həmin mənzillərin eyni dam örtüyü altında olmasını əsas gətirərək bölgüsündən imtina etməsini əsassız hesab edirlər. Belə ki, Bakı şəhəri ərazisində olan bütün binalar eyni dam örtüyü altındadır və həmin binalarda yerləşən mənzillər mülkiyyətçilərin tam mülkiyyətindədir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azad Rəhimovun cavabdehlərin siyahısından çıxarılmasını, Cavabdeh6 cavabdehlər siyahısına əlavə edilməsini xahiş etmişlər və bu tələb təmin edilmişdir. İddiaçı1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən olan seriya RX, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 709,6 kv.m olan fərdi yaşayış evinin 1) 4-cü mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 40.7 kv.m, ü/s – 89.3 kv.m hissəsi Rəhimov Azada (qeydiyyat tarixi: xx.xx.2012-ci il); 2) 2-ci mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissəsi X2 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 3) 3-cü mərtəbə sağ tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissəsi Cavabdeh3 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 4) 4-cü mərtəbə, 3 otaq, y/s – 48.6 kv.m, k/s – 40.7 kv.m, ü/ – 89.3 kv.m hissəsi Cavabdeh4 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 5) 3-cü mərtəbə 3 otaq y/s – 48.6 kv.m, k/s – 89.3 kv.m hissəsi X6 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 6) 1-ci mərtəbə sağ tərəf - 3 otaq y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissəsi Cavabdeh2 (qeydiyyat tarixi: xx.xx.2014-cü il), 7) 2ci mərtəbə sağ tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissəsi Cavabdeh1 (qeydiyyat tarixi: xx.xx.2015-ci il), 8) 1-ci mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissəsi İddiaçı2 məxsusdur. (qeydiyyat tarixi: xx.xx.2018-ci il). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 759,9 kv.m olan fərdi yaşayış evi 1) 4-cü mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 40.7 kv.m, ü/s – 89.3 kv.m hissədə Cavabdeh6 (qeydiyyat tarixi: xx.xx.2024-cü il); 2) 2-ci mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissədə İddiaçı1 (qeydiyyat tarixi: xx.xx.2018-ci il), 3) 3-cü mərtəbə sağ tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissədə Cavabdeh3 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 4) 4-cü mərtəbə, 3 otaq, y/s – 48.6 kv.m, k/s – 40.7 kv.m, ü/ – 89.3 kv.m hissədə Cavabdeh4 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 5) 3-cü mərtəbə 3 otaq y/s – 48.6 kv.m, k/s – 89.3 kv.m hissədə Cavabdeh5 (qeydiyyat tarixi: xx.xx.2019-cu il), 6) 1-ci mərtəbə sağ tərəf - 3 otaq y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissədə Cavabdeh2 (qeydiyyat tarixi: xx.xx.2014-cü il), 7) 2-ci mərtəbə sağ tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissədə Cavabdeh1 (qeydiyyat tarixi: xx.xx.2015-ci il), 8) 1-ci mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissədə İddiaçı2 məxsusdur. (qeydiyyat tarixi: xx.xx.2018-ci il). İş materiallarında olan X3 (“Satıcı”) ilə X9 (“Alıcı”) arasında bağlanmış 23 dekabr 2011-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 11/37781 saylı forma 1 arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən y/s 388,8 kv.m. yardımçı sahəsi 320,8 kv.m, ümumi sahəsi 709,6 kv.m olan 31 saylı fərdi yaşayış evindən 1-ci mərtəbədə sol tərəfdə yerləşən, yaşayış sahəsi 20,2 kv.m + 13,3 kv.m + 15.1 kv.m, köməkçi sahə 33.6 kv.m, ümumi sahəsi 82.2 kv.m olan 3 (üç) otağı “Alıcı”nın mülkiyyətinə vermişdir. İş materiallarında olan X9 (“Satıcı”) ilə İddiaçı2 (“Alıcı”) arasında bağlanmış 09 iyun 2018-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ünvanında 31 saylı fərdi yaşayış evinin 1-ci mərtəbə sol tərəfində yerləşən ümumi sahəsi 82.2 kv.m, yaşayış sahəsi 48.6 kv.m, yardımçı sahəsi 33.6 kv.m olan 3 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə vermişdir. İş materiallarında olan X3 (“Satıcı”) ilə X5 (“Alıcı”) arasında bağlanmış 17 dekabr 2012-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 10/88 saylı forma 1 arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində mülkiyyətində olan 0,02 ha torpaq sahəsində yerləşən y/s 388,8 kv.m. yardımçı sahəsi 320,8 kv.m, ümumi sahəsi 709,6 kv.m olan 31 saylı paylı fərdi yaşayış evindən satıcı B.A.Əliyevə aid torpaq sahəsində yerləşən 31 saylı fərdi yaşayış evindən satıcı B.A.Əliyevə məxsus 2-ci mərtəbədə sol tərəfdə yerləşən, yaşayış sahəsi (otaq №5 – 15,1 kv.m) (otaq №14-13,3 kv.m) (otaq №15-20,2 kv.m) 48,6 kv.m, yardımçı sahəsi (otaq №4 – 12,6 kv.m) (otaq №6 – 1,1 kv.m (otaq №7 – 4,0 kv.m, otaq №8 – 15,9 kv.m) 33,6 kv.m, ümumi sahəsi 82,2 kv.m olan 3 (üç) otağı “Alıcı”nın mülkiyyətinə vermişdir. İş materiallarında olan X5 (“Satıcı”) ilə İddiaçı1 (“Alıcı”) arasında bağlanmış 20 iyul 2018-ci il tarixli, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı” paylı mülkiyyət üzrə ona məxsus ünvan 3 ünvanında 2-ci mərtəbə sol tərəfdə yerləşən ümumi sahəsi 82.2 kv.m, yaşayış sahəsi 48.6 kv.m, yardımçı sahəsi 33.6 kv.m olan 3 otaqlı mənzili “Alıcı”nın mülkiyyətinə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/646 saylı ekspert rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 1) Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən paylı mülkiyyətdə olan 31 saylı evin İddiaçı2 istifadəsində olan tikililərinin (mənzilin) yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan İddiaçı2 istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 31 saylı evinin 1-ci mərtəbə, sol tərəf - 3 otaq (y/s- 48.6 kv.m, k/s-33.6) ümumi sahəsi 82.2 kv.m olan payının naturada ayrılmasının “AZDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 2) Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən paylı mülkiyyətdə olan 31 saylı evin X4 istifadəsində olan tikililərinin (mənzilin) yerləşmə vəziyyətinə uyğun olan digər mənzillərdən təcrid şəkildə yerləşdiyini, yaşayış (yataq) və yardımçı (dəhliz, mətbəx, sanitar-qovşağı və s.) tikililərin mənzilin daxilində yerləşdiyini, ayrıca giriş-çıxış qapısının olduğunu, həmin qapının pilləkən meydançasına tərəf açıldığını nəzərə alaraq, paylı mülkiyyətdə olan X4 istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 31 saylı evinin 2-ci mərtəbə sol tərəf - 3 otaq (y/s-48.6 kv.m, k/s-33.6) ümumi sahəsi 82.2 kv.m olan payının naturada ayrılmasının “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-21-3- 30/2-40513/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, 8 Mart küçəsi, 31 saylı fərdi yaşayış evi aşağıda qeyd olunan şəxslərin mülkiyyətlərindədir: Cavabdeh3 (3-cü mərtəbə sağ tərəf-3 otaq y/s-48.6 kv.m, k/s-33.6 kv.m, ü/s-82.2 kv.m), Cavabdeh4 (4-ci mərtəbə 3 otaq y/s-48.6 kv.m, k/s-40.7 kv.m, ü/- 89.3 kv.m), Cavabdeh2 (1-ci mərtəbə sağ tərəf-3 otaq y/s-48.6 kv.m, k/s-33.6 kv.m, ü/s-82.2 kv.m), Cavabdeh1 (2-ci mərtəbə sağ tərəf-3 otaq y/s-48.6 kv.m, k/s-33.6 kv.m, ü/s-82.2 kv.m), İddiaçı2 (1-ci mərtəbə sol tərəf-3 otaq y/s-48.6 kv.m, k/s-33.6 kv.m, ü/s-82.2 kv.m), İddiaçı1 (2-ci mərtəbə sol tərəf-3 otaq y/s-48.6 kv.m, k/s- 33.6 kv.m, ü/s-82.2 kv.m), Cavabdeh5 (3-cü mərtəbədə 3 otaq y/s- 48.6kv.m., k/s -40.7 kv.m; ü/s- 89.3kv.m.) Cavabdeh6 (4-cü mərtəbə sol tərəf-3 otaq y/s-48.6 kv.m, k/s-40.7 kv.m, ü/s-89.3 kv.m). İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ünvan 5 ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh4 İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən daşınmaz əmlakda olan paylarının naturada ayrılmasına və ayrıca çıxarış almalarına heç bir etirazı yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ünvan 5 ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh3 İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən daşınmaz əmlakda olan paylarının naturada ayrılmasına və ayrıca çıxarış almalarına heç bir etirazı yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ünvan 6 ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh6 İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən daşınmaz əmlakda olan payların naturada ayrılmasına və ayrıca çıxarış almalarına heç bir etirazı yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh2 İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən daşınmaz əmlakda olan payların naturada ayrılmasına və ayrıca çıxarış almalarına heç bir etirazı yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş 6 saylı Bakı “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh5 İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən daşınmaz əmlakda olan payların naturada ayrılmasına və ayrıca çıxarış almalarına heç bir etirazı yoxdur. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında yerləşən mübahisəli tikili – müxtəlif otaqlardan ibarət olmaqla, vahid əmlak kompleksi kimi dövlət qeydiyyatına alınmışdır. Tikilinin daxilində otaqlar aşağıdakı kimi bölüşdürülmüşdür 1) 4-cü mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 40.7 kv.m, ü/s – 89.3 kv.m hissə Cavabdeh6 (qeydiyyat tarixi: xx.xx.2024-cü il); 2) 2-ci mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissə İddiaçı1 (qeydiyyat tarixi: xx.xx.2018-ci il), 3) 3-cü mərtəbə sağ tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissə Cavabdeh3 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 4) 4-cü mərtəbə, 3 otaq, y/s – 48.6 kv.m, k/s – 40.7 kv.m, ü/ – 89.3 kv.m hissəsi Cavabdeh4 (qeydiyyat tarixi: xx.xx.2013-cü il), 5) 3-cü mərtəbə 3 otaq y/s – 48.6 kv.m, k/s – 89.3 kv.m hissə Cavabdeh5 (qeydiyyat tarixi: xx.xx.2019-cu il), 6) 1-ci mərtəbə sağ tərəf - 3 otaq y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissə Cavabdeh2 (qeydiyyat tarixi: xx.xx.2014-cü il), 7) 2-ci mərtəbə sağ tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissə Cavabdeh1 (qeydiyyat tarixi: xx.xx.2015-ci il), 8) 1-ci mərtəbə sol tərəf - 3 otaq, y/s – 48.6 kv.m, k/s – 33.6 kv.m, ü/s – 82.2 kv.m hissə İddiaçı2 məxsusdur. (qeydiyyat tarixi: xx.xx.2018-ci il). İddia tələbi onunla əsaslandırılışdır ki, iddiaçılar paylı mülkiyyətçilər kimi qeyd edilsələr də, onlara aid hissələr faktiki naturada ayrılmış müstəqil mənzillərdir. Buna görə də iddiaçılar özlərinə aid otaqların (mənzillərin) naturada ayrılmasını məhkəmədən xahiş etmişlər. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, iddiaçılara məxsus hissələrin naturada ayrılması texniki cəhətdən mümkündür. Cavabdeh1 istisna olmaqla, bu tikilinin digər mülkiyyətçiləri notarial qaydada ərizə verərək, iddiaçıların paylarının ayrılmasına etiraz etmədiklərini bildirmişlər. Belə ki, Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Qeyd edilən Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin iddiaçılara aid paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olması iş materialları ilə öz təsdiqini tapdığından və iddiaçıların qanunvericiliyə əsasən öz paylarının naturada ayrılmasını tələb etmək hüquqları olduğundan, iddia tələbi təmin edilərək, iddiaçılara aid paylar ekspertiza rəyində göstərildiyi kimi naturada ayrılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, əmlakın naturada ayrılması barədə iddia tələbi təmin edildiyindən, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul məbləği iddiaçılardan alınaraq dövlət büdcəsinə ödənilməlidir; ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında 2-ci mərtəbədə, sol tərəf – 3 otaq (y/s – 48,6 kv.m, k/s – 33,6), ümumi sahəsi 82,2 kv.m olan İddiaçı1 istifadəsində və mülkiyyətində olan sahə onun payına uyğun olaraq naturada ayrılsın. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 31 ünvanında 1-ci mərtəbədə sol tərəf - 3 otaq (y/s-48,6 kv.m, k/s – 33,6), ümumi sahəsi 82,2 kv.m olan İddiaçı2 istifadəsində və mülkiyyətində olan sahə onun payına uyğun olaraq naturada ayrılsın. Dövlət rüsumu iddiaçılara aid edilsin. 100 (bir yüz) manat ekspertiza xərci iddiaçılardan tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-544/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-544/2025
14.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver