Məhkəmə qərarları › İş №2(011)-5445/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5445/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5445/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X4, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5, Üçüncü şəxs X6 iştirakı ilə, İlkin iddia üzrə ddiaçı İddiaçı ilkin iddia üzrə Cavabdeh2, X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı payın müəyyən edilib paya uyğun çıxarış verilməsi tələbi barədə ilkin iddiasına; Qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Naib qızı və Cavabdeh2 qarşı mənzilə hüququ olan şəxsləri müəyyən edib, mənzili özəlləşdirib paylı mülkiyyətə verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə ddiaçı İddiaçı ilkin iddia üzrə Cavabdeh2, X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilindəki payını müəyyən edib, payına uyğun çıxarış verilməsi tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzili X2na ailə üzvləri nəzərə alınaraq 07 iyun 1971-ci il tarixli 104896 nömrəli orderə əsasən verilmişdir. X2 22.04.1984-cü il tarixində kəskin ürəkdamar çatışmazlığından vəfat etmişdir. X1 19.10.1977-ci il tarixində ürək-damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. X3 və X22, Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi 6 saylı evin 20 saylı məzilindən qeydiyyatdan çıxaraq özlərinə məxsus evdə yaşayırlar. Orderdə adı qeyd olunan Cavabdeh2 və cavabdeh X14 isə Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı məzilində pasport qeydiyyatındadırlar. Cavabdeh2 öz ailə üzvləri ilə bu mənzildə qeydiyyatda olsalar da onlar X2na məxsus bağ sahəsində özlərinə ev tikib 20 ildən artıqdır ki, orada yaşayırlar. İddiaçı isə cavabdeh X14 ilə sözü gedən mənzildə yaşayır. O mənzilin mətbəxindən, hamam otağından lazimi kimi istifadə edə bilmir, mütəmmadi olaraq qaz, su, işıq sərfiyyatı üstündə aralarında davadalaş olur iddiaçını söyür, təhqir edir, mənzildə rahat yaşamağa qoymur, iddiaçının başqa yaşayış yeri yoxdur. Dəfələrlə Cavabdeh2 və cavabdeh X8 Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilinin özəlləşdirilməsinə dair müraciət etsə də, razılıq əldə edə bilməmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX xidmətinin 1 saylı idarəsinə də müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Naib qızı və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilə hüququ olan şəxsləri müəyyən edib, mənzilin özəlləşdirilib paylı mülkiyyətə verilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Naib qızı ilə Aşıq Ələsgər küçəsi, ev 6, mənzil 20-də yaşayırlar. Cavabdeh2 sözü gedən mənzildə ailə üzvləri ilə qeydiyyatda olsalar da, X2na məxsus bağ sahəsində özlərinə ev tikib 20 ildən artıqdır ki, orada yaşayırlar. Onunla cavabdeh İddiaçı Naib qızı mənzildən birgə istifadəsi mümkün olmayan vəziyyətə çatıb. Mütəmmadi olaraq dava-dalaşlar baş verir. Bu səbəbdən də, mənzilin özəlləşdirilib, gələcəkdə satılıb ayrı-ayrı mənzillərə çıxmağa zərurət yaranmışdır. Mənzil X2na order ilə ailə üzvləri nəzərə alınaraq verilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili X15 məhkəmə iclasında ilkin və qarşılıqlı iddialara etiraz edərək, ilkin və qarşılıqlı iddiaların rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X14 məhkəmə iclasında, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs X16 məhkəmə iclasında ilkin və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və mülki iş üzrə digər sübutları təhlil edərək belə qənaətə gəlir ki, aşağıda qeyd edilənlərə əsasən iddia əsassız olduğundan rədd edilməlidir. Mülki işə əlavə edilən sənədlərdən aşağıdakılar müəyyən edilir. - Azəraycan SSR Bakı şəhəri X10 104896 nömrəli 07.06.1971-ci il tarixli Orderinə əsasən X12, Ağayeva Bikəxanım, Cavabdeh1, İddiaçı, Cavabdeh2, Ağayeva Zamina, Ağayeva Afət Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 6, mənzil 20-ni tutmaq hüququna malikdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı 31.05.2021-ci il tarixli **********51 nömrəli məktubuna əsasən 104896 saylı orderin və ya qeyd olunan orderin arxiv arayışının əsli, mənzili özəlləşdirməyə razılıqları bərədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) ilə ASAN Xidmət Mərkəzlərinə müraciət edəcəyi təqdirdə müraciətinizdə qeyd olunan məsələyə qanunamüvafıq qaydada baxılacaqdır. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - AZ-İİ seriyalı 160964 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X7 19.10.1977-ci il tarixində Bakı şəhərində ölmüşdür. - AZ-İİ seriyalı 160965 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X12 22.04.1984-cü il tarixində Bakı şəhərində ölmüşdür. - AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 14.04.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, ev 6, mənzil 20-də İddiaçı, Cavabdeh2, Cavabdeh1, X18, X11, Maraqlı şəxs1, X19 qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk olaraq, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və X8 hazırki iddialar ilə müraciət etmək hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisənin hüquqi əsasını təşkil edən “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” 8 iyul 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Yaşayış evlərində ticarət, məişət ehtiyacları və qeyri-sənaye xarakterli digər ehtiyaclar üçün nəzərdə tutulan qeyri-yaşayış sahələri mənzil fonduna daxil deyildir. Həmin Məcəlləsinin 28-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Mənzil-tikinti kooperativlərinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan üzvləri, xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu cür evlərdə yaşayan başqa vətəndaşlar yaşayış sahəsi ilə ümumi əsaslarla təmin edilirlər. Vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə (29-cu maddə) və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş əsaslara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X10 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yuxarıda istinad edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və X14 mübahisə predmeti olan mənzilə dair əmlak kirayə müqaviləsi üzrə tərəf olmadıqlarına görə onların dövlət mənzil fonduna aid yaşayış sahəsinə dair payların müəyyən edilməsi və ya mənzilə dair çıxarış verilməsi barədə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Yuxarıda göstərilənlərə əsasən, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2, X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı – Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilindəki payını müəyyən edib, payına uyğun çıxarış verilməsi barədə iddiası və qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Naib qızı və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilə hüququ olan şəxsləri müəyyən edib, mənzilin özəlləşdirilib paylı mülkiyyətə verilməsi barədə qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh2, X8 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı – Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilindəki payını müəyyən edib, payına uyğun çıxarış verilməsi barədə iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı X5 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Naib qızı və Cavabdeh2 qarşı Bakı şəhəri, Xətai rayonu, A.Ələsgər küçəsi, 6 saylı evin 20 saylı mənzilə hüququ olan şəxsləri müəyyən edib, mənzilin özəlləşdirilib paylı mülkiyyətə verilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar