Məhkəmə qərarları › İş №2(011)-5472/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5472/2025

20.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5472/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə və digərlərinə qarşı “mənzillərin təhvil verilməsi və sair” tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzillərin təhvil verilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu ildə bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansarlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzilləri qəbul etməyi öz öhdəliyinə götürmüşlər. Müqavilə üzrə mənzilin dəyəri 88.200 manat təşkil edir. Beləliklə, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-ildə Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansarlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan, 4 otaqlı, 22 nömrəli mənzilə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən podrat müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2019-cu ildə imzalanmış podrat müqaviləsi üzrə cavabdeh qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra icraçı mənzili təhvil verməyi, payçı isə mənzili tam təhvil almalıdır. Lakin buna baxmayaraq, xeyli müddətdir mənzillərin təhvil-təslim prosesi cavabdeh tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub, təhvil verildiyi halda iddiaçının mənzilləri hələ də təhvil verilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq, Bakı şəhər, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli, mansarlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan, 4 otaqlı, 22 nömrəli mənzilin İddiaçı təhvil verilməsini, mənzildən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 sonradan məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, ərizədə göstərmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu ildə bağlanmış 3 ayrı-ayrı müqavilələrə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 582 nömrəli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evindən aşağıda göstərilən 3 ədəd mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzilləri qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzillər aşağıdakılardır:

1. 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzil. Müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir.

2. 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzil. Müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir.

3. 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzil. Müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir. Bundan başqa, İddiaçı ilə Cavabdeh MMC 08 noyabr 2019-cu ildə bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş 120.000 manat məbləğində pulu tam ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu ildə 4 (dörd) ədəd mənzilə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən podrat müqaviləsi bağlanılmışdır. İddiaçı 08 noyabr 2019-cu ildə imzalanmış podrat müqaviləsi üzrə Cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra İcraçı (cavabdeh) mənzili təhvil verməyi, Payçı (iddiaçı) isə mənzili tam təhvil almalıdır. Lakin buna baxmayaraq, xeyli müddətdir mənzillərin təhvil-təslim prosesi cavabdeh tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub təhvil verildiyi halda iddiaçının mənzilləri hələ də təhvil verilməmişdir. İddiaçının nümayəndəsi göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilin, 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin, 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilin, habelə Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilin İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4075/2024 saylı 08 iyul 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4075/2024 saylı 11 iyun 2025-ci il tarixli qərardadına əsasən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4075/2024 saylı 08 iyul 2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4075/2024 saylı 08 iyul 2024-cü il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X11 arasında 16 dekabr 2020-ci il tarixli 22 saylı müqavilə bağlanılmış; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X12 arasında 06 mart 2020-ci il tarixli 13 saylı müqavilə bağlanılmış; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X8 arasında 26 yanvar 2021-ci il tarixli 69 saylı müqavilə bağlanılmış; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X13 arasında 07 avqust 2020-ci il tarixli 54 saylı müqavilə bağlanılmışdır. İddiaçının ərizəsi əsasında X11, X12, X8 və X13 cavabdehlər qismində işə cəlb edilmişdirlər. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, ünvan 1 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X11 arasında bağlanılmış 16 dekabr 2020-ci il tarixli 22 saylı müqavilənin; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X12 arasında bağlanılmış 06 mart 2020-ci il tarixli 13 saylı müqavilənin; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X8 arasında bağlanılmış 26 yanvar 2021-ci il tarixli 69 saylı müqavilənin; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X13 arasında bağlanılmış 07 avqust 2020-ci il tarixli 54 saylı müqavilənin etibarsız hesab olunması; Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1- ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilin, 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin, 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilin, Bakı şəhəri, ünvan 1 ünvandakı 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilin İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini və eyni zamanda Cavabdeh MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayətin əlamətləri aşkara çıxarsa, materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə xüsusi qərardad çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin sonuncu baxış iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,əvvəlki tələblərinə əlavə olaraq Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin qaytarılması mümkün olmadıqda, həmin mənzilin bazar qiyməti ilə dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələblərinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı aşağıdakı mənzillərin ona təhvil verilməsi və bu mənzillərə maneəsiz sahiblik və istifadə hüququnun təmin olunması, yəni başqa şəxslər tərəfindən həmin hüquqların məhdudlaşdırılmasının qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir: Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin: 1-ci blok, 4-cü mərtəbə, 147 kv.m sahəli, 3 otaqlı, 13 nömrəli mənzil; 1-ci blok, 8-ci mərtəbə, 147 kv.m sahəli, 3 otaqlı, 37 nömrəli mənzil; 1-ci blok, 10-cu mərtəbə, 147 kv.m sahəli, 3 otaqlı, 54 nömrəli mənzil; Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidəki 11 mərtəbəli mansardlı evin: 1-ci blok, 5- ci mərtəbə, 200 kv.m sahəli, 4 otaqlı, 22 nömrəli mənzil İddiaçı ilə Cavabdeh MMC 08 noyabr 2019-cu ildə bağlanmış 3 ayrı-ayrı müqavilələrə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli “582” nömrəli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evindən göstərilən 3 ədəd mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş məbləği tam ödəməyi və mənzilləri qəbul etməyi öz öhdəsinə götürmüşdür. Mənzillər bunlardır: 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzili, müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir; 08 noyabr 2019cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzili, müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir; 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı binanın 1-ci blokunun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzili, müqavilə üzrə dəyəri 88.200 manat təşkil edir. Bundan başqa, İddiaçı ilə Cavabdeh MMC 08 noyabr 2019-cu ildə bağlanmış müqaviləyə əsasən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli “Yaşayış binasının tikintisi haqqında” sərəncamına uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə müqavilədə göstərilmiş 120.000 manat məbləğində pulu tam ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. Beləliklə, müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu ildə 4 (dörd) ədəd mənzilə dair tərəflərin hüquq və vəzifələrini müəyyən edən podrat müqaviləsi bağlanılmışdır. İddiaçı 08 noyabr 2019-cu ildə imzalanmış podrat müqaviləsi üzrə Cavabdeh MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirsə də, cavabdeh öz üzərinə götürdüyü vəzifələri yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 4-cü maddəsinə əsasən tikinti işləri başa çatdıqdan sonra İcraçı (cavabdeh) mənzili təhvil verməyi, Payçı (iddiaçı) isə mənzili tam təhvil almalıdır. Lakin buna baxmayaraq, xeyli müddətdir mənzillərin təhvil-təslim prosesi cavabdeh tərəfindən həyata keçirilmir. Həmin yaşayış sahəsindəki digər mənzillər təmir olunub təhvil verildiyi halda iddiaçının mənzilləri hələ də təhvil verilməmişdir. Xüsusilə narahatedici və hüquqi baxımdan ən ciddi məsələ odur ki, məhkəmənin həyata keçirdiyi yerli baxış zamanı Cavabdeh MMC-nin satışa çıxardığı mənzillərlə bağlı qanunsuzluğa (böyük ehtimalla cinayətə) yol verdiyi aşkar edilmişdir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş yerli baxış zamanı məlum olmuşdur ki, Cavabdeh MMC həmin mənzilləri ciddi qanun pozuntularına yol verərək müxtəlif şəxslərə satmışdır. Belə ki, Cavabdeh MMC Bakı şəhəri, ünvan 1 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzili 08 noyabr 2019-cu ildə bağlanmış müqavilə ilə İddiaçı satsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X14 tərəfindən qanunsuz olaraq “Payçı” X11 ilə 16 dekabr 2020-ci il tarixdə 22 saylı müqavilə bağlanılmışdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzili 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Cavabdeh MMC tərəfindən İddiaçı satılsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X14 tərəfindən qanunsuz olaraq “Payçı” X12 ilə 06 mart 2020-ci il tarixdə 13 saylı müqavilə bağlanılmışdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzili 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Cavabdeh MMC tərəfindən İddiaçı satılsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X14 tərəfindən qanunsuz olaraq “Payçı” X8 ilə 26 yanvar 2021-ci il tarixdə 69 saylı müqavilə bağlanılmışdır. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzili 08 noyabr 2019-cu il tarixli Müqavilə ilə Cavabdeh MMC tərəfindən İddiaçı satılsa da, həmin mənzillə bağlı Cavabdeh MMC-nin direktoru X14 tərəfindən qanunsuz olaraq “Payçı” X13 ilə 07 avqust 2020-ci il tarixdə 54 saylı müqavilə bağlanılmışdır. Göründüyü kimi İddiaçı Cavabdeh MMC ilə müqavilələr bağlayaraq mənzillər əldə etsə də, cavabdeh qanunsuz olaraq, iddiaçının hüququ ilə yüklü edilmiş, iddiaçıya məxsus həmin mənzilləri üçüncü şəxslərə satmışdır. Bu hal isə iddiaçının hüquqlarının ciddi şəkildə pozulmasına, mülki mübahisələrin yaranmasına və alıcıların mənzil hüququna dair təminatlarının şübhə altına düşməsinə səbəb olmuşdur. Beləliklə, cavabdehin əqddən əvvəlki və əqddən sonrakı hərəkətləri onu təsdiq edir ki, Cavabdeh MMC tərəfindən sonradan bağlanmış müqavilələr mülki qanunvericiliyin tələblərinə cavab vermir, bəlkə də cinayət xarakteri daşıyır və həmin əqdlər etibarsız sayılmalıdır. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmənin baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=2811731Nümayəndə1 hər biri ayrıayrılıqda iddia tələblərini müdafiə edərək, mübahisənin predmetləri olan mənzillərlə bağlı müqavilələrin etibarsız hesab edilməsini, həmin mənzillərin iddiaçıya təhvil verilməsinin Cavabdeh MMC-yə həvalə edilməsi, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırılması qadağan olunmasını, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin qaytarılması mümkün olmadıqda, həmin mənzilin bazar qiyməti ilə dəyərinin Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz etməklə yanaşı bildirmişdir ki, iddiaçı ilə Cavabdeh MMC arasında müqavilələr bağlanmış, lakin sonradan iddiaçı mənzilləri satmaq istədiyi üçün müqavilələrə xitam verilsə də, müqavilələrin əsli iddiaçıda qalmışdır. Daha sonra mənzillərlə bağlı Cavabdeh MMC tərəfindən digər şəxslərə müqavilə ilə satılmışdır. Müqavilələr bağlandığı müddətdə iddiaçı ölkə ərazisində olmamış və müqavilələri iddiaçının yerinə onun nümayəndəsi bağlamışdır. Cavabdehin nümayəndəsi və vəkili qeyd etmişdir ki, Cavabdeh MMC də dələduzluqla qarşılaşmışdır və MMC-yə mühüm ziyan vurulmuşdur, bununla bağlı prokurorluq orqanına müraciət ediləcək tərəflərindən. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin baxış iclasında iştirak edən cavabdeh X9 və onun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, izahatlarında bildirmişlər ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzili Cavabdeh MMC ilə X8 arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli 69 saylı müqavilə əsasında əldə etmişdirlər. Həmin vaxtdan mənzil onların faktiki sahibliyindədir, mənzili tam təmir etdirmişdirlər və hazırda orada yaşayırlar, ona görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclası barədə cavabdehlər X6, X7 və X10 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 37 nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 37 nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 10-cu mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 54 nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 10-cu mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 54 nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, 22 nömrəli mənzil izoləolunmuş 4 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, 22 nömrəli mənzilin pay dəyəri 12000 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 4-cü mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 13 nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 4-cü mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 13 nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 06 mart 2020-ci il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” X12 arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 13 nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 06 mart 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 4-cü mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 13 nömrəli mənzil, izoləolunmuş 3 otaqdan ibarət pay dəyəri 102900 manat X12 tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 07 avqust 2020-ci il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” X13 arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan, izoləolunmuş 3 otaqdan ibarət 54 nömrəli mənzil bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 1 bloklu, 13 mərtəbəli mansardlı binanın 10-cu mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan, izoləolunmuş 3 otaqdan ibarət 54 nömrəli mənzil pay dəyəri 102900 manat X12 tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 26 yanvar 2021-ci il tarixli müqavilədən məlum olur ki, “icraçı Cavabdeh MMC ilə “payçı” X8 arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən yaşayış binasının tikintisi haqqında Sərəncamı ilə Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, 37 nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil bir pay kimi “payçı” ya verməyi, “payçı” da müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 13 may 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, 54 nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil pay dəyəri 105000 manat X8 tərəfindən tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan yerində müayinə protokolundan müəyyən olunur ki, tərəflərin iştirakı ilə məhkəmə tərəfindən mübahisənin predmeti olan mənzillərə 18 iyun 2024-cü il tarixdə baxış keçirilmiş və təsdiq edilmişdir ki: Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanda tikilmiş 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin qapısı bağlıdır, vizual baxışdan mənzildə təmir işlərinin aparılması və qapısının dəyişdirilməsi müəyyən edilir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (452.2-ci maddə). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.( 337-ci maddə) Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (337.2-ci maddə) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. ( 337.3-cü maddə) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.4-cü maddə) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (337.5-ci maddə) Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. (339.1-ci maddə) Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (339.2-ci maddə) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (339.3-cü maddə)

Konstitusiya Məhkəməsinin Plenum Qərarları: Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. . Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında aşağıdakı daşınmaz əmlaklarla bağlı 08 noyabr 2019-cu il tarixdə 4 müqavilə bağlanmışdır: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən Cavabdeh MMC Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin: 4-cü mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 3 otaqlı, 13 nömrəli mənzili; 8-ci mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 3 otaqlı, 37 nömrəli mənzili; 10-cu mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 3 otaqlı, 54 nömrəli mənzili; Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, 4 otaqlı, 22 nömrəli mənzili. Həmin müqavilələrə əsasən cavabdeh mənzilləri (tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya verməyi, iddiaçı isə həmin yaşayış sahələri qəbul etməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən mənzillərin dəyəri tam ödənilmişdir. Bununla bağlı "xxxx" MMC tərəfindən 08 noyabr 2019-cu il tarixli maliyyə arayışları verilmişdir. Lakin həmin mənzillər hazıradək iddiaçıya təhvil verilməmişdir. Məhkəmə baxışı dövründə müəyyən edilmişdir ki, mübahisənin predmeti olan mənzillərlə bağlı iddiaçı ilə bağlanmış müqavilələr ləğv edilmədən, iş üzrə cavabdehlər X11, X12, X8 və X13 ilə də müqavilələr bağlanmış, həmin mənzillərə görə ödənişlər edilmişdir. Yerində müayinə zamanı təsdiq edilmişdir ki: Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanda tikilmiş 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzil təmirsiz olmaqla həmin mənzildə heç kim yaşamır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin qapısı bağlıdır, vizual baxışdan mənzildə təmir işlərinin aparılması və qapısının dəyişdirilməsi müəyyən edilir. Məhkəmə baxışında təsdiq edilmişdir ki Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbəsində, 37 nömrəli, ümumi sahəsi 147 kv.m olan mənzil cavabdeh X5 təhvil verilmişdir, həmin mənzil onun faktiki sahibliyində və istifadəsindədir, mənzildə təmir işləri aparılmışdır və L.Piriyeva ailə üzvləri ilə birlikdə həmin mənzildə hazırda yaşayır. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və mülki işdə olan sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli müqavilələr üzrə İddiaçı təhvil verilməli olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 582 №-li sərəncamına əsasən Cavabdeh MMC Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 4-cü mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 3 otaqlı, 13 nömrəli mənzillə; 10-cu mərtəbəsində, ümumi sahəsi 147 kv.m olan 3 otaqlı, 54 nömrəli mənzillə; Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol və Ukrayna dairələri arasında yerləşən ərazidə 11 mərtəbəli mansardlı evin 5-ci mərtəbəsində, ümumi sahəsi 200 kv.m olan, 4 otaqlı, 22 nömrəli mənzillə bağlı müqavilələr Cavabdeh MMC ilə ilkin olaraq İddiaçı arasında bağlandığından, həmin müqavilələr ləğv edilmədən həmin mənzillərlə bağlı müvafiq olaraq X11, X12 və X13 ilə müqavilələrin bağlanması qanunsuz olduğundan, həmin mənzillərin hazırda heç kimin faktiki sahibliyində və istifadəsində olmadığı təsdiq edildiyindən, həmin mənzillərin digər cavabdehlərə təhvil verilməsi təsdiq edilmədiyindən iddia tələbləri həmin mənzillərlə bağlı hissədə təmin edilməli, Cavabdeh MMC tərəfindən: Bakı şəhəri, ünvan 1 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X11 arasında bağlanılmış 16 dekabr 2020-ci il tarixli 22 saylı müqavilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X12 arasında bağlanılmış 06 mart 2020-ci il tarixli 13 saylı müqavilə Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X13 arasında bağlanılmış 07 avqust 2020-ci il tarixli 54 saylı müqavilə etibarsız hesab edilməli, həmin mənzillərin iddiaçıya təhvil verilməsi Cavabdeh MMCyə həvalə edilməli, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırılması qadağan olunmalıdır. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzillə bağlı məhkəmə belə qənaətə gəlir ki, həmin mənzillə bağlı ilkin müqavilə iddiaçı ilə bağlansa da, həmin mənzil Cavabdeh MMC ilə “payçı” X8 arasında 26 yanvar 2021-ci il tarixdə bağlanmış müqavilə əsasında X5 təhvil verildiyindən, həmin mənzil X3 faktiki sahibliyinə və istifadəsində olduğundan, onun tərəfindən təmir edildiyindən həmin mənzillə bağlı müqavilənin etibarsız hesab edilməsi tələbi təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş 08 noyabr 2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilir ki, Ramiz Quliyev küçəsi 23 saylı binanın yanındakı ərazidə yerləşən 12 mərtəbəli mansardlı evin 8-ci mərtəbədə, ümumi sahəsi 147 kv.m olan 37 nömrəli mənzilin pay dəyəri 88200 manat İddiaçı tərəfindən tam ödənilmişdir. İddiaçının nümayəndələri məhkəmənin sonuncu baxış iclasında iddia ərizəsinə əlavə verərək, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin qaytarılması mümkün olmadıqda, həmin mənzilin bazar qiyməti ilə dəyərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin mənzilin satılmasından qısa müddət keçmişdir və mənzilin dəyərinin artması ilə bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə qənaətə gəlir ki, nəzərə alaraq ki, mülki qanunvericilik kreditora öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu verir, həmin hissədə iddia tələbləri qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzil iş üzrə cavabdeh X1 həmin mənzilə görə iddiaçı tərəfindən ödənilmiş 88200 manat Cavabdeh MMC-dən tutularaq, iddiaçıya ödənilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 100 manat. Məhkəmə hesab edir ki, iddiaçının məhkəmə xərclərinin tutulması ilə bağlı tələbi olmadığından məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq,

Q ə t e t d i:

İddiaçı Cavabdeh MMC-yə, X6, X7, X5 və X10 qarşı “mənzillərin təhvil verilməsi və sair” tələblərinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanda 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X11 arasında bağlanılmış 16 dekabr 2020-ci il tarixli 22 saylı müqavilə etibarsız hesab olunsun. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X12 arasında bağlanılmış 06 mart 2020-ci il tarixli 13 saylı müqavilə etibarsız hesab olunsun. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X13 arasında bağlanmış 07 avqust 2020-ci il tarixli 54 saylı müqavilə etibarsız hesab olunsun. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1- ci blokun, 4-cü mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 13 nömrəli mənzilin, 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilin, 1-ci blokun, 10-cu mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 54 nömrəli mənzilin, habelə Bakı şəhəri, ünvan 1 ünvandakı 11 mərtəbəli mansardlı evin 1-ci blokunun, 5-ci mərtəbəsindəki, ümumi sahəsi 200 kv. metr olan 4 otaqlı 22 nömrəli mənzilin İddiaçı (və və ya nümayəndəsinə) təhvil verilməsi Cavabdeh MMC-yə həvalə edilsin, mənzillərdən maneəsiz sahiblik və istifadənin məhdudlaşdırılması qadağan olunsun. İddia tələbləri “Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilinə dair Cavabdeh MMC ilə “Payçı” X8 arasında bağlanılmış 26 yanvar 2021-ci il tarixli 69 saylı müqavilənin etibarsız hesab edilməsi” hissəsində təmin edilməsin. Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsi, 23 saylı binanın yaxınlığında yerləşən 12 mərtəbəli mansardlı evin 1-ci blokun, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 147 kv. metr olan 3 otaqlı 37 nömrəli mənzilə görə iddiaçı tərəfindən ödənilmiş 88200 manat Cavabdeh MMC-dən İddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar